Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları


UŞAQLARINMÜSSİSƏLƏRƏYERLƏŞDİRİLMƏSİNİNSOSİAL-İQTİSADİVƏPSİXOLOJİSƏMƏRƏLİLİYİMƏSƏLƏLƏRİ



Yüklə 300,9 Kb.
səhifə57/60
tarix29.03.2022
ölçüsü300,9 Kb.
#54372
1   ...   52   53   54   55   56   57   58   59   60
Az rbaycan respublikasinin t HS l naziRL Y baki d VL t universi

UŞAQLARINMÜSSİSƏLƏRƏYERLƏŞDİRİLMƏSİNİNSOSİAL-İQTİSADİVƏPSİXOLOJİSƏMƏRƏLİLİYİMƏSƏLƏLƏRİ

Aysel Qasımova

Azərbaycan Universitetinin müəllimi
Uşaqlarla bağlı təhlil prosesinə insan-cəmiyyət münasibətləri sisteminin müxtəlif aspektlərinin cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Ümumfəlsəfi baxımdan insan biososial və psixoloji varlıqdır. Bu anlayışın bütün tərkib elementləri – bioloji, sosial və psixoloji aspektləri müvafiq müəssisələrə cəlb olunan uşaqlarla bağlı problemlərin həlli baxımından əhəmiyyətlidir.

Araşdırmalar göstərir ki, uşaqların sığınacaq tipli müəssisələrə yerləşdirilməsi təkcə sosial amillərləşərtlənmir. Burada bioloji və psixoloji amillər də mühüm rol oynayır. Ona görə də bu amillərin qarşılıqlıəlaqə və təsirdə nəzərdən keçirilməsi daha məqsədəmüvafiqdir. Məsələyə bir qədər ümumi yanaşsaq, deyə bilərik ki, insanın özü (bu halda müəssisələrə yerləşdirilən uşaqlar), onun yaşayış yeri vəətraf mühitlə qarşılıqlı təsiri bütöv bir sistemdir. Çünki insana yaşadığı yerin, geniş mənada ətraf mühitin təsiri həm insanın öz imkanlarından, həm də gerçək mühitdəki amillərdən asılıdır.

Qabriel Tard yazırdı ki, «əgər sosial varlıq eyni zamanda həm də təbii, hissiyyatlı və xarici təbiətin təəssüratlarıüçün, eləcə də kənar cəmiyyətlərin təsiri üçün açıq olan bir varlıq olmasaydı, onda dəyişməyə qətiyyən qabiliyyəti olmazdı» (Q.Tard. Təqlidqanunları. Bakı: 2009, s.91).

Bioloji amil və ya qüsurlar adətən aşkar hiss olunduğundan, onlarla bağlı məsələlər nisbətən asan dərk edilir. Psixoloji faktorların aşkarlanması isə müəyyən diaqnostik testləşdirmələrdən sonra mümkündür. Deməli, psixoloji resursları da təhlil etmək çox vacibdir. Bunları 4 əsas qrupa bölmək olar: 1.qavrama, hərəkətlər; 2.hisslər, tələbatlar, münasibətlər; 3.əqli qabiliyyətlər; 4. özünüqiymətləndirmə.

Ətraf mühitlə qarşılıqlıəlaqə və təsir prosesində ailə mühitinin özünəməxsus yeri vardır. Evdə uşaq öz bacarıqlarını inkişaf etdirməli, öz hiss və tələbatlarını dərk etməli, onların idarə etməyi bacarmalı, əqli qabiliyyətlərini artıqmalı, öz imkanlarına istinadən baxışlarını və dəyərlərini formalaşdırmalıdır. Uşaq həmçinin özünə qulluq etməyi və sağlamlığının qayğısına qalmağıöyrənməlidir. Evdə digər ailəüzvləri ilə birgə yaşaması, onlardan öyrənməyəçalışması, emosional yaşantılarla ünsiyyətdən istifadə, eləcə də ev işlərində iştirak etmək və müəyyən tapşırıqları yerinə yetirmək sayəsində uşaq həyat üçün vacib olan bacarıqlarıəldə edir.

Uşaqlar böyüklərlə müqayisədəətraf mühitlə qarşılıqlıəlaqədə xeli fərqli olurlar. Kiçik uşağın psixi və fiziki inkişafı onu evdəəhatə edən əşyalarla, yaxud şəraitlə «təmasda» keçir. Belə sosial əlaqə uşaq üçün çox vacibdir. Uşaqlıq və yeniyetməlik illərində bu «təmas»dan məhrum olan insanlar çox zaman emosional cəhətdən yetkin olmurlar.

Əqli inkişafdan geri qalma təfəkkürün daha bəsit struktura malik olması və xarakter etibarilə daha konkret olması deməkdir. Qapalı müəssisəşəraitində sosial və fiziki mühitlə qarşılıqlıəlaqə prosesindəəqli geriliyə səbəb olacaq təsirlər bir sıra mühüm amillərləşərtlənir: uşağıın fiziki və psixi imkanları; uşaq qapalı müəssisəyə yerləşdirilənədək onun ailəsindəki vəziyyəti (sosial və fiziki resurslar); qapalı müəssisəyə yerləşdirmə proseduru (ayrılıq); müəssisənin sosial və fiziki standartları; ətrafdakı insanların (siyasətçilər, inzibatçılar, ekspertlər, ictimaiyyətin müxtəlif nümayəndələri və s.) məlumatlılığı və münasibəti.

Ətrafdakıların laqeydliyi də hərəkət sahəsini xarakterizə edən şərtlərdəndir. Bu halda aparıcı amil müəssisənin müəyyənləşdirdiyi və qanunvericiliyə zidd olmayan standartlardır. Hissiyyatın daha adekvat stimullaşdırılması və seçim imkanlarının olması ciddi inkişaf geriliyi olan insanlara hərəkət etmək baxımından daha sakit olmaq imkanı yaradır və onlar özlərinə daha az xətər yetirirlər. Bu zaman sensomotor treninq və düşünülmüş fəaliyyətlərhərəkətin inkişafına müsbət təsir göstərir. Göstərilən amillərin emosiyalara, tələbatlara və münasibətərə təsiri də diqqətdən yayınmamalıdır.

Qapalı müəssisələrədə yaşayan və intellektual pozuntuları olan uşaqlar ailədə yaşayan həmyaşıd uşaqlarla müqayisədə az gülürlər. İri müəssisələrin sakinləri üçün sevincin (gülüşün), yaxud kədərin (ağlamağın) açıq şəkildə büruzə verilməsi çox tipik hal deyildir. Məlumdur ki, bu insanların müəssisələrə düşməzdən öncə də emosional pozuntuları olur. Bu müəssisələrə düşdükdən sonra onların durumu frustratik həddəçatır (emosional hisslərin sönməsi, ağrıların hiss edilməməsi və s.). Çox ciddi inkişaf gerilikləri olan uşaqlar üçün müvafiq situasiya daha gərgin olur, çünki onlar tamamiləçarəsiz vəziyyətə düşdüklərindən, demək olar ki, müdafiəsiz olurlar.

Ayrılığın emosiyalara təsiri xüsusilə güclü olur. Bir və ya bir neçə böyük adamla etibarlı eosional əlaqələr quran uşaq ayrılığın öhdəsindən necə gəlməyi illər ərzində mənimsəməyəçalışır.

Uşağı müəssisəyə yerləşdirərkən onun reaksiyasıüç mərhələdən ibarət olur: əvvəllər etiraz, hiddət, göz yaşları, sonra onunla görüşə gəlmiş valideynlərinə panik sarılma, bir qədər sonra isə etinasızlıq, laqeydlik və bunun nəticəsi olaraq heç kəsdən fərqlənməyən yadlaşmış, özgələşmiş valideynlər.

Qapalı müəssisə sakinlərinin emosional durumuna neqativ təsir göstərən bir hal da gözlənilməz hadisələrin baş verməsidir. Ayrı-ayrı heyət üzvlərinin müxtəlif qayda və tələbləri olur, gündəlik həyatda müəyyən dəyişikliklər baş verir, dostlar tez-tez dəyişir, müəssisə sakinləri başqa yerə göçürülür və s.

Qapalı müəssisəyə yerləşdirmə müxtəlif tələbatlara da neqativ təsir göstərir. Müvafiq hadisəyə reaksiya olaraq həmin uşaqlarda ya iştahın pozulması, ya da, əksinə acgözlük yarana bilər. Ayrılığın nəticəsi olaraq uşaqlar ya yuxusuz qala bilər, ya da əzizlərinin xiffətini çəkərək halsız olub davamlı yata bilərlər.

Bir tədqiqatda intellektual pozuntuları olan iki qrup uşağın müqayisəsi aparılmışdır: Daun sindromu olan 65 uşaqdan 40-ı qapalı müəssisəyə yerləşdirilir, qalan 25-i isə evdə yaşamaqda davam edir. Qapalı müəssisəyə köçürülmüş bütün uşaqların tualetə sərbəst getmək, ondan istifadə etmək, yemək yemək bacarıqları nəzərəçarpacaq dərəcədə pisləşmişdir. Daha geniş və rahat həyat məkanına malik ikinci qrup uşaqların isəbütövlükdəöz təbii ehtiyaclarına nəzarət edə bilmələri müşahidə edilmişdir.

Ətrafdakışəraitin dəyişdirilməsi ilk növbədə onu göstərir ki, hətta ciddi inkişaf gerilikləri olan insanlar belə, lazımi şərait yaradıldığı təqdirdə təlimləndirilə bilər, funksional bacarıqların elə səviyyəsinəçata bilərlər ki, elementar sosial adaptasiyanı mümkün etsin.

Münasibətlər məsələsi daha mürəkkəbdir. Cüzi inkişaf geriliyi olan insanlar arasında yaşayışşəraitinə dair beynəlxalq təşkilatlar tərəfindən aparılan bir tədqiqat maraq doğuran aspektləri üzəçıxarmışdır. Müvafiq məsələyə münasibət bildirməli olanların 71%-i qeyd etmişdir ki, otaq qapılarının bağlanmasından narazıdırlar, 31%-i isə bildirmişdir ki, heyət arasında qapını döydükdən sonra otağa daxil olmaq vərdişi yoxdur. Sübut olunmuşdur ki, qapalı müəssisələrə yerləşdirilmiş intellektual geriliyi olan uşaqlar böyüklərlə daha az əlaqədə olurlar. Onların ən ülvi arzusu ailələrinə qovuşmaqdır vəçox təəsüf ki, əksər hallarda bu, elə arzu olaraq da qalır. Beləliklə, emosional pozuntular daha çox həmin insanlara göstərilən qayğıdan asılıdır, yəni onların yaşadıqları mühit əsas kimi çıxış edir.

Qapalı müəssisələrdə yaşayış mühiti intellektin – əqli qabiliyyətlər və biliklərin inkişafına da müəyyən səviyyədə neqativ təsir göstərir. Belə müəssisələrdə yaşayış mühiti kiçik uşaqlara daha pis təsir edir. Əqli qabiliyyətlər, o cümlədən nitq-dil imkanları stimullaşdırıcı mühitdən – böyüklərin əhatəsindən, dostların mövcudluğundan və s. çox asılıdır. Aşağı səviyyəli özünüqiymətləndirmə intellektual pozuntuları olan insanların bir çoxuna xasdır. Məhz bu səbəbdəndir ki, onlar danışmağa daha pis və könülsüz meylli olurlar.

Özünüqavrama insanın özünün özünü anlayış təsəvvürüdür. Onunla sıx bağlı olan özünüqiymətləndirmə insanın özü haqqında kompleks obrazıdır. Bu obraz situasiyadan asılı oluraq dəyişə bilər. Lakin ətrafdakıların beləinsanlar haqqındakı bilgiləri və onlara münasibətləri həmin insanların inkişafına ciddi təsir göstərir. Adi halda ən əhəmiyyətli insanlar valideynlərdir, sonra dostlar və qohumlardır. Qapalı müəssisələrdə yaşayan insanların timsalında bu funksiyanıüzərlərinə götürənlər işçi heyətin üzvləridir.

Öz uşaqlarını qapalı müəssisəyə yerləşdirmiş validenlər psixoloji cəhətdən ağır həyati situasiyada olurlar. Onlar bu faktıöz həyatlarının bir hissəsi kimi qəbul etməyəçalışmalı, uzun müddət tələb edəcək adaptasiya prosesi keçirməlidirlər. Bununla yanaşı, qeyri-institutlaşma və qapalı müəssisələrin durumunun yaxşılaşdırılması yolları da axtarılmalıdır (qohumlarla əlaqələrin gücləndirilməsi; işçi heyəti təlimləndirilməsi; uşaqlara emosional dəstək verilməsi; işçilərin daha çox köməkçi heyət və məsləhətçilər qismindəçıxış etməsi; himayədarlıq qayğısının artırılması; sosial köməyin göstərilməsinə məsul olan müəssisələrin işinin yenidən qurulması və s.). Xüsusi qayğıya ehtiyacı olanlara ən səmərəli yollar axtarmaqla kömək göstərilməlidir. Bu, necə deyərlər, həqiqətdir, həm də «ümumi qanundur». Dahi mütəfəkkir Aristotel qeyd edirdi ki, «həqiqət vəümumi qanun əbədi mövcuddur və heç vaxt dəyişmir, ona görə ki, həm həqiqət, həm dəümum qanun təbiətlə uyğundur, yazılı qanunlar isə tez-tez dəyişir» (Aristotel. Ritorika. Bakı: 2008, s.63-64).

Böhran vəziyyətlərində ailələrə yardım göstərmək, uşaqları ailələrə vermək və s. kimi xidmətlər üçün qısamüddətli maliyyə vəsaiti tələb olunur. Hər zaman sığınacaq əsaslı uşaq müəssisələrinin müəyyən formalarına ehtiyac olsa da, onlar çox az sayda uşaq üçün zəruri ola bilər. Araşdırmalara əsasən belə qənaətə gəlmək olar ki, uşaqlar və ailələr üçün müxtəlif xidmətlər göstərən çoxsaylı inteqrasiya olunmuş sosial xidmətlər müəssisə qayğı sisteminə nisbətən daha sərfəlidir. «Uşağın inkişafı uşaqlıqda yetkinləşməyə uyğun olaraq fizioloji, psixoloji və sosial davranışda müntəzəm surətdə başverən dəyişikliklərdir» (Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. Tom 1. M.: 2001, s.175). Ona görə də BMT-nin Uşaq Hüquqları konvensiyasında təsbit edildiyi kimi, uşağın şəxsiyyət kimi tam və ahəngdar inkişafıüçün onun ailə, məhəbbət, anlaşma və qayğı mühitində böyüməsi çox vacibdir.

Araşdırmalar göstərir ki, respublikamızda xüsusi himayəyə ehtiyacı olan uşaqlara münasibətdəəsaslı siyasət işlənib hazırlanmışdır. Bunu ondan görmək olar ki, internat müəssisələrində tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı xeyli azalmışdır: 2001-ci ildə 2752 nəfər - 2010-cu ildə isə 1637 nəfər (Azərbaycanın statistik göstəriciləri. Bakı: 2010, s.226).


Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin