Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları


QADINLARIN SOSİAL-PSİXOLOJİ BAXIMDAN



Yüklə 300,9 Kb.
səhifə31/60
tarix29.03.2022
ölçüsü300,9 Kb.
#54372
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Az rbaycan respublikasinin t HS l naziRL Y baki d VL t universi

QADINLARIN SOSİAL-PSİXOLOJİ BAXIMDAN

YARANAN CİNSİ PROBLEMLƏRİ
Abdullayeva Aygül

BDU-nun II kurs magistrantı
Qadinların sosial-psixoloji baxımdan yaranan problemlərini sıralamazdan öncə qadınların cinsi həyatını xarakterizə etmək yerinə düşərdi. Dahi psixoanalitik Freyd qadınların cinsi həyatını hələ kəşf edilməmiş ada olaraq xarakterizə edirdi. O düşünürdü ki, qadınlara bağlı aparılan araşdirmalar əslində kişilərin istəkləri üzərinə qurulmuşdur. Müasir dövrdə aparılan araşdırmalarda qadınların çox yüksək nisbətdə yaşamları boyunca ən az bir dəfə cinsəlliklə bağlı problem yaşadığı görülmüşdür. İnkişaf etmiş ölkələrdə daha çox ehtiras hissinin oyanması ilə bağlı problemlər olmasına baxmayaraq, ölkəmizdə vaginizmlə bağlı problemlər daha çox müşahidə olunur.

Cinsi problemlərə yanaşmada ölkəmizin ictimai quruluşu xüsusilə nəzərə alınmalıdır. Çünki cinsilik ölkəmizdə tabu olaraq qəbul edilməkdədir. İnsanlar cinsəlliklə bağlı məlumatı doğruluğu mübahisəli və məhdud bir şəkildə almaq şansına malikdir. Son illərdə çap olunan nəşrlər və internet sayəsində, məlumat sahənin genişlənməsi müşahidə olunmuşdur.

Söhbət cinsəllikdən getdikdə masturbasiya üzərində dayanılması vacib mövzulardan biridir. Masturbasiya insanın həyatına yetkinlik çağından daxil olur. Ancaq çox mürəkkəb bir mövzudur. Ümumiyyətlə zərərli olduğuyla bağlı səhv düşüncələr və ya ailə qurduqdan sonra edilməsi ziyanlı olduğu ilə əlaqəli bir çox əsassız fikirlər vardır. Yeniyetmə oğlanlar üçün təbii qəbul edildiyi halda, gənc qızlar üçün xüsusilə “qadağan olunmuş mövzu” olaraq qəbul edilir.

Mentalitetə əsasən gənc qızların cinsəllikdən təmamilə uzaq durmalı və ailə qurana qədər tək maraq sahəsi özünü qorumaqla bağlı olmalıdır düşüncəsi inkar edilməzdir. Düşüncələrin bu qarışıq vəziyyəti real bir məlumata söykənmədiyi üçün, ya bu sahədəki hislərin sıxışdırılmasına, ya da yaşanaraq günahkarlıq duyğusunun ortaya çıxmasına səbəb olur.Bunun nəticəsidə təbii olaraq ya cinsəlliklə bağlı psixoloji problemlərin yaranması, ya da təmin edilməmiş bir cinsi həyat olaraq ortaya çıxacaqdır.

Qadınlarda ortaya çıxan psixoloji qaynaqlı cinsi problemlər-i sıralamağa çalışarkən aşağıdakı göstəricilərə diqqət yetirilməlidir:

1.Cəmiyyətə uyğun qadın obrazı:-bizim cəmiyyətimizdə, qadınların məlum bir obrazı və davranış formaları vardır. Ətraf mühitin sıx təsiri altında böyüyən gənc qızlar, cinsəlliklə əlaqədar mövzulardan uzaq saxlanılır. Onlar üçün müəyyən edilən davranış qəlibinə uyğun davranmalı və buna uyğun bir davranış forması sərgiləməli, hətta qarşı cinsdən özünü evlilik tarixinə qədər qorumalıdırlar. Qarşı cinsdən xüsusilə uzaq durmalıdırlar. Bu şəkildə böyüyən gənc qızın, ailə quran kimi uzaq dayanmağa alışdığı qarşı cinsdən birinə fərqli və bilmədiyi bir yaxınlaşma tərzi sərgiləməyi gözlənilir.

2.Düzgün olmayan bədən quruluşu:-qadın olaraq hər kəsin öz bədən quruluşu haqqında düşüncəsi cinsi həyata təsir edən bir ünsürdür. Cəmiyyətdə gözəl olaraq qəbul edilən xüsusiyyətləri daşımadığına inanan və bu mövzunu prioritetləri arasında qiymətləndirən bir qadının, cinsi həyatı ilə əlaqədar problem yaşaması və professional dəstəyə ehtiyac duyması qaçınılmazdır. Düzgün olmayan bədən quruluşlu qadınların orqazmla bağlı problem yaşaması ehtimalı qaçınılmazdır.

3.İntrovert şəxsiyyət quruluşu:-şəxsiyyət quruluşu olaraq introvert qadınların, ekstrovert şəxsiyyət quruluşu qadınlardan daha çox cinsi funksiya pozuntuları yaşadıqları araşdırmalar yolu ilə ortaya çıxmışdır. Burada əhəmiyyətli olan faktorlar introvert qadınların cinsi əlaqədə rahat davrana bilməmələri, cinsəlliklə bağlı mövzuda yoldaşlarıyla danışmağa çətinlik çəkmələri problemlər yaşamasına gətirib çıxarır.

4.Valideynlərlə yaşanan psixoloji problemlər:-ana və ya atanın yanaşmaları və ailə içərisində yaşanmış problemlər, doğru üsullarla həll edilmədikdə, xüsusilə cinsi məzmunlu problemlərin yaşandığı görülür.

5.Psixoloji problem yaşayan şəxslər:-əslində qadın olsun, kişi olsun, psixoloji mənada problem yaşayan kəslərdə problemə paralel olaraq cinsi problemlər də tez-tez ortaya çıxır.

6.Cinsi təcavüz və ya bu sahədəki zədələr:-cinsi istismar və ya cinsi təcavüzə uğramış kəslərdə cinsi məzmunlu problemlər tez-tez rast gəlinir. Bu cür vəziyyətlərdə daha çox cinsi diksinmə pozuntusu və vaginizm başda olmaq üzrə bir çox cinsi funksiya problemləri görülür.

7.Evlilik daxili problemlər:-cütlərin arasındakı uzun müddət davam edən problemlər, cinsi əlaqədə problemlərin yaşanmasına səbəb ola bilir.

8.Yoldaşdan qaynaqlanan problemlər:-yoldaşdan qaynaqlana bəzi problemlərində cinsi xəstəliklərin səbəbi kimi göstərilə bilir. Yoldaşa marağın itkisi, yoldaşın təcrübəsizliyi, cinsi mənada uyğun olmayan yanaşmaları, ehtirasın yaranması və orgazm pozuqluqlarına səbəb ola bilər.

9.Stresli həyat hadisələri:-iş həyatındakı problemlər, çox yaxın birinin itkisi, iqtisadi problemlər kimi həyatın içindən gələn problemlər də uzun və davamlı olaraq yaşandığında, cinsi məzmunlu xəstəliklər gətirib çıxara bilir.


Ədəbiyyat
1. Женская психология.Карен Хорни.

2. Psikoanaliz kuramında kadın. Dr.Bekir Onur.

3. Kadın psikolojisi. Nevzat Tarhan.



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin