Gəncə Qazax bölgəsində qarğıdalı bitkisinin ərzaq və yem kimi istifadəsi perspektivləri



Yüklə 280,5 Kb.
səhifə3/3
tarix28.07.2020
ölçüsü280,5 Kb.
#32340
1   2   3
aqropark məqalə əsas

100 q qarğıdalı – 97 kkal


Onun tərkibində kifayət qədər  karbohidratlar, qida lifləri, protein, böyük miqdarda B qrupu vitaminləri və E vitamini, kalium, fosfor, maqnezium, dəmir, sink.





Cavanlıq eliksiri


Qarğıdalının tərkibində olan böyük miqdarda maqnezium, orqanizmin qocalma prosesi ilə bağlı olan çoxlu xəstəlikləri müşaiyət olan bu elementin catışmazlığını əla şəkildə bərpa edir.Qarğıdalının 150 qramı böyuklərin B1 vitamini tələbatının təxminən 25%-i qarşılayır.Onun tərkibində həmçinin aparıcı anti-toksin olan E vitamini var ki, bu vitamin skleroza qarşı qoruyur.Qarğıdalını gündəlik menyuya daxil edilməsi ürək xəstəliyi və xərçəng riskini azaldır.Qarğıdalıda olan karbohidratlar piy yığınlarını yaratmadan orqanizmi enerji ilə təmin edir.

İncə və sakit


Qarğıdalı anti-stress effektinə malikdir. O, B qrupu vitaminlərlə, xüsusən əsəb sisteminin, əzələlərin, ürəyin düzgün fəaliyyətinə və qırmızı qan hüceyrələrinin yaradılmasına müsbət təsir edən B1– lə zəngındir.

Qarğıdalı qiymətli dən bitkisidir


Nəşr edilib 30.04.2013 09:04 | 



Son illər dünyada və Azərbaycanda qarğıdalı məhsullarını, qarğıdalı yağının konserviləşdirilmiş dəninin, ununun gündəlik qida rasionuna surətlə daxil olması və istifadəsi bu bitkiyə fermerlərin marağını xeyli artırmışdır. Digər tərəfdən quşçuluq və heyvandarlıqla məşğul olan fermerlər qarğıdalıdan daha çox istifadə etməyə çalışırlar. Eyni zamnda Azərbaycanda müxtəlif bitkilərin müqayisəli üstünlüyünə dair aparılmış tədqiqatlar göstərir ki, qarğıdalı ölkə səviyyəsində müqayisəli üstünlüyə malik olmasa da, regional səviyyədə o müqayisəli üstünlüyünü saxlayır. Xüsusilə təmin olunmuş dəmyə şəraitində (eyni zamanda suvarma əkinçiliyi şəraitində) ideal becərmə texnologiyası tətbiq olunduğu şəraitdə qarğıdalı müqayisəli üstünlüyə malikdir. Ona görə qarğıdalının müqayisəli üstünlüklə yetişdirilməsinə geniş imkanlar vardır. Qeyd olunmalıdır ki, heyvandarlıq məhsulları Azərbaycanda nəzərəçarpacaq müqayisəli üstünlüyə malikdir və qarğıdalı heyvanların bəslənilməsində mühüm yer tutur. Qarğıdalının DRİ əmsalının 1-dən aşağı düşməsinin qarşısını almaq üçün isə onun məhsuldarlığının artırılmasına ciddi ehtiyac vardır. Dənli-taxıl bitkilərinin əkin strukturunda qarğıdalının xüsusi çəkisi 4%-ə yaxındır. Son illərdə qarğıdalının əkin sahəsində əsaslı dəyişiklik olmamışdır. Belə ki, əgər 2005-ci ildə qarğıdalının əkin sahəsi 31753 hektar olmuşdursa 2008-ci ildə bu göstərici 33550 hektar təşkil etmişdir.
Quşçuluq və heyvandarlıq sənayesinin inkişafı xarici ölkələrdən baha qiymətlərlə on min tonlarla qarğıdalı dəninin gətirilməsinə səbəb olur. Ona görə də fermerlərin qarğıdalı biitkisinə, dəninə artan tələbat bu sahəyə xüsusi önəm verilməsini tələb edir. Bu məqsədlə müxtəlif torpaq-iqlim şəraitinə uyğun tez yetişən, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı ortaboylu, məhsuldar qarğıdalı sort və hibridlərinin alınması, rayonlaşması və fermer təsərrüfatlarında geniş sahələrdə becərilməsi əhəmiyyətlidirKolxoz və sovxozların torpaqları özəlləşdirildikdən sonra qarğıdalının demək olar ki, ölkədə iri əkin sahələri yoxdur. Hazırda qarğıdalı yetişdirilməsi ilə yalnız kiçik ailə təsərrüfatları, ayrı-ayrı torpaq mülkiyyətçiləri və kiçik fermer təsərrüfatları məşğul olurlar. Müxtəlif təsərrüfat sistemləri, xüsusilə ailə təsərrüfatları, kiçik fermer təsərrüfatları, ayrı-ayrı sahibkarlar hələ də yeni iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklər çəkir, kifayət qədər bilgi və informasiya əldə edə bilmirlər. Buna görə də yeni texnologiyaların müxtəlif təsərrüfat sistemlərinə tez bir zamanda çıxışını təmin etmək üçün ailə təsərrüfatları, fermerlər, torpaq mülkiyyətçiləri ilə birbaşa əlaqələrin yaradılması, onların sahələrində yeni məhsullar sort və hibridlərin əkilərək nümayiş etdirilməsi, təlim kurslarının, seminarların, tarla günlərinin keçirilməsinə ciddi ehtiyac vardır.                                                                                                 B akı – 2009
Qarğıdalı dünya əkinçiliyində ən mühüm və ən məhsuldar dənli yem bitkisidir. Qarğıdalı məh­suldarlığına və yemlilik dəyərinə görə bütün dənli yem bitkilərindən üstündür və onları ötüb ke­çir. Qarğıdalı xalq təsərrüfatında ərzaq, texniki və yem kimi istifadə edilən bitkidirDənin tərkibində, torpaq-iqlim şəraitindən və becərmə texnologiyasından asılı ola­raq 65-75% nişasta, 7,5-12% zülal, 1-2% şə­kər, 4-8% yağ (nüvəsində 40%), 1,5-2% kül ele­ment­ləri, mineral duzlar və vitaminlər var. Müəy­yən edilmişdir ki, ərzaq və texniki məqsədlə bu bit­kidən 146 məmulatın hazırlanmasında isti­fadə olunur. Qarğıdalının dənindən un, yarma, kon­serv, nişasta, etil spirti, pivə, dekstrin, qlükoza, sa­xaroza, sirop (şirə), yağ, qlutamin turşusu, mis (Cu) elementi, E və C vitaminləri alınır. Gövdə, yar­paq və qıcasından kağız, linolium, viskoz, süni pro­bka, plastmas, fəallaşdırılmış kömür, yuxu gətirici dərman və s. hazırlanır [1].

Qarğıdalı heyvandarlıqda istifadə edilən əsas yem bitkisidir, 1 kq dəndə 1,34 yem vahidi və 78 qr. həzm olunan protein vardır. Dənində li­zin və triptofanın miqdarı azdır, yemlilik dəyəri aşa­ğı olan zeatinin miqdarı isə çoxdur. Dən qarışıq yem sənayesi üçün əvəzsiz komponentdir, eyni zamanda yeyinti sənayesi və başqa sahələr üçün qiymətli xammaldır.



Qarğıdalı bitkisi möhkəm yem bazasının yaradılmasında həlledici rol oynayır. Belə ki, on­dan yaşıl kütlə halında (karotin çox olduğundan) is­tifadə edilir. Yem kimi həm gövdəsindən, həm yarpağından, həm də qıcasından dən yığıldıqdan son­ra da istifadə olunur. Yaşıl kütlənin hər sent­ne­rində 21, küləşin hər sentnerində isə 37 yem vahidi var.



Toxum üçün (ton)

Mal qara və quş yemi üçün (ton)

Ərzaq məhsullarının istehsalı üçün (ton)

un və yarma istehsalına (ton)

spirt istehsalına (ton)

pivə istehsalına (ton)

sair ərzaq məhsullarının istehsalına (ton)

Ərzaq məhsulu kimi birbaşa istifadə edilmişdir (emal edilmədən) (ton)

Qeyri ərzaq məhsullarının istehsalına (ton)

qarışıq yem istehsalına (ton)

kraxmal istehsalına (ton)

sair qeyrirzaq məhsullarının istehsalına (ton)

İxrac (ton)

Toxum üçün (ton)



Aqroparkların əhəmiyyəti

1.2.İstehsal və təsərrüfat sistemləri:

Kolxoz və sovxozların torpaqları özəlləşdirildikdən sonra qarğıdalının demək olar ki, ölkədə iri əkin sahələri yoxdur. Hazırda qarğıdalı yetişdirilməsi ilə yalnız kiçik ailə təsərrüfatları, ayrı-ayrı torpaq mülkiyyətçiləri və kiçik fermer təsərrüfatları məşğul olurlar. Müxtəlif təsərrüfat sistemləri, xüsusilə ailə təsərrüfatları, kiçik fermer təsərrüfatları, ayrı-ayrı sahibkarlar hələ də yeni iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklər çəkir, kifayət qədər bilgi və informasiya əldə edə bilmirlər. Buna görə də yeni texnologiyaların müxtəlif təsərrüfat sistemlərinə tez bir zamanda çıxışını təmin etmək üçün ailə təsərrüfatları, fermerlər, torpaq mülkiyyətçiləri ilə birbaşa əlaqələrin yaradılması, onların sahələrində yeni məhsullar sort və hibridlərin əkilərək nümayiş etdirilməsi, təlim kurslarının, seminarların, tarla günlərinin keçirilməsinə ciddi ehtiyac vardır.


. Qarğıdalı seleksiyasının əsas məqsədi :

Fermerlərin tələbatına və müxtəlif bölgələrin torpaq-iqlim şəraitinə cavab verən, xəstəlik və zərərvericilərə qarşı davamlı, tezyetişən, ortaboylu, məhsuldar qarğıdalı sort və hibridlərinin yaradılması və tətbiqi ilə kənd yerlərində kənd təsərrüfatı məhsul istehsalçılarının iqtisadi imkanlarının yaxşılaşdırılmasına nail olmaq. 

Aqroparklar kənd təsərrüfatının, emal və aqrar sənayenin tamamilə yenidən qurulmasını əhatə edir. Onların yaradılmasının əsas məqsədlərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin tətbiqinın həyata keçirilməsidir.

aqroparkların yaradılmasında məqsəd elmi bilgini fermerlərə, kəndlilərə ötürməkdən, yeni texnologiyanı tətbiq edib onları maarifləndirməkdən ibarətdir. Deməli, aqroparklar bir növ elmlə bağlı sahədir”.

Azərbaycanın aqroiqlim şəraiti respublika ərazilərində ekoloji cəhətdən təmiz, təbii üsullarla, gen mühəndisliyindən və ya geni dəyişdirilmiş orqanizmlərdən istifadə edilən texnologiyalara əl atmadan yüksək keyfiyyətli və insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalına geniş imkanlar açır. Cənab Prezidentin qarşıya qoyduğu vacib tapşırıqlardan biri də belə məhsulların xarici bazarlarda yer alması üçün zəruri fəaliyyətlərin həyata keçirilməsidir.



Ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar–sənaye kompleksinin modernləşdirilməsi istiqamətində cənab Prezident tamamilə yeni yanaşma—aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. İndi isə bir qədər araşdıraq görək aqropark nədir, nə kimi üstünlüklərə malikdir və onlar hansı prinsiplər əsasında yaradıla bilər.

Aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri–kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır: yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində, elə bir tərzdə kombinasiyasıdır ki, həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin olunsun, həm bitkiçiliyin, həm də heyvandarlığın və bunlarla yanaşı emal sənayesinin inkişafı üçün möhkəm əsaslar yaransın
Yüklə 280,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin