Гендер и Цели Развития Тысячелетия


Övladın hansının xeyirli olacağını heç kim bilmir



Yüklə 2,17 Mb.
səhifə30/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
Övladın hansının xeyirli olacağını heç kim bilmir

Əksər valideynlər nədənsə, əsasən oğlan uşağı arzulayırlar. Qız uşaqlarına "köçəri quş" kimi, oğlan uşaqlarına isə "dayaq" kimi baxırlar. Oğlan uşaqlarının onlara daha xeyirli olacağını güman edirlər. Buna görə də İslamdan əvvəlki ərəb cəmiyyətindəki ənənə təəssüflər olsun ki, bu gün özünü açıq şəkildə göstərir. Quranda bu təəssüf obyekti haqqında belə buyurulur: "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar" ("Nəhl" surəsi, 58). Bəli, həmin İslamdan əvvəlki cahiliyyə insanların üzlərinin qaralmasına səbəb olan bu müjdə, hətta yeni dünyaya gələn qız uşaqlarını diri-diri torpağa basdırmağa qədər aparıb çıxardığı kimi ("Nəhl" surəsi, 59), bugünkü "müasir cahiliyyə"də texnologiyanın imkanlarından istifadə edərək həmin körpələrin cinsini aparatda müəyyən edəndən sonra dünyaya gəlməmiş "torpağa basdırır"lar.

Qızı da, oğlanı da Allah Öz iradəsi ilə yaratmışdır. Allah istədiyinə qız, istədiyinə də oğlan verər. Bunu ayədə Yaradan belə bildirir: "...O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verər..." ("Şura" surəsi, 49). Bəli, hər bir kəs Allahın hədiyyəsinə qarşı ancaq sevinməli və şükür etməlidir.

Uca Allah həmçinin Quranda hansı övladın, yəni qızın, yoxsa oğlanın daha xeyirli, daha faydalı olacağını, hansının valideynin üzünü qara, hansının ağ edəcəyini bilmədiyimizi belə buyurur: "...Övladlarınızdan hansı birinin xeyir və mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmirsiniz..." ("Nisa" surəsi, 11). Elə isə oğlan uşağı istədiyi halda, qızı olarsa, yaxud bir neçə oğlan uşağı olandan sonra və ya bir oğlandan sonra qız istədiyi halda oğlu olarsa, buna naşükürlük etməmək, Allahın hədiyyəsinə qarşı etiraz etməmək lazımdır. Ayədə də bildirildiyi kimi, "O, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verər. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verər, istədiyini də sonsuz edər..." ("Şura" surəsi, 49-50). Hətta İslam alimləri anadan ancaq oğlan olanda sevinənlərin düşüncə tərzinə zidd olaraq hər iki övlad olanda, yəni həm qız, həm də oğlan olanda ikisinə də sevinməyin gözəl olduğunu bildirmişlər.

Hətta peyğəmbərlərdən Hz.Nuhun oğlunun xeyirsiz olduğu Quran qissələrində xəbər verilir. Hz.Nuh xalqını Allaha iman gətirməyə dəvət edib, dəvətini qəbul edərək Allaha inanan insanları Onun buyruğu ilə tufandan xilas etmək üçün əvvəlcədən düzəltdiyi gəmisinə mindirmişdi. Öz oğlunun da iman gətirərək gəmiyə minməsini istədi. Ancaq oğlu Allaha inanmadığı üçün gəmiyə minmədi.

Demək olar ki, ailə sahibi olan hər bir kəs övladı olmasını, evindən körpə səsinin eşidilməsini, onun olan bir uşağı oynatmağı və onun nəvazişilə oynamağı arzu edir. Allah da Quranda dünya həyatının həqiqətlərini bildirərkən bu həyatın həm də övladları çoxaltmaqdan ibarət olduğunu belə buyurmuşdur: "Ey insanlar! Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək deyil? Mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi məhsul əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən..." ("Hədid" surəsi, 20).

Allahın valideynlərə əmanəti olan uşaqlar Onun istədiyi şəkildə tərbiyə edilməyəndə həmişə arzusunda olduqları bu körpələr böyüyüb onlara düşmən olurlar. Allah belələri haqqında bunları bildirir: "Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma onları əfv etsəniz, keçsəniz və bağışlasanız daha yaxşı olar. Çünki Allah bağışlayandır, rəhm edəndir!" ("Təğabun" surəsi, 14), Allahın bizə böyük nemət kimi bəxş etdiyi övladlar həm də bizi imtahan etmək üçün bəxş edilib. Allah ayədə övladların imtahan üçün verildiyini belə buyurur: "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!" ("Ənfal" surəsi, 28).


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin