Qız-oğlan ayrı-seçkiliyi salmayın!
Allah bəndələrinə qarşı ədalətli və mərhəmətli olduğu kimi, bəndələrinin də bir-birilərinə ədalətli davranmalarını və nümunəvi rəftar etmələrini istəyir: "Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi buyurur..." ("Nəhl" surəsi, 90). Bu əmr həmçinin valideynin övladlarına qarşı fərq qoymamasının və ədalətli davranmasının da əsasını təşkil edir. Valideynləri tərəfindən uşaqlar arasında göstəriləcək ədalətli rəftar onların hörmətlərinin çoxalmasına və gələcək həyatlarına da müsbət təsir edir.
Peyğəmbərin (s) yanında oturan bir adamın yanına oğlu gəldi. Adam oğlunu dizinin üstündə otuzdurdu. Onu öpdü. Bu əsnada qızı da gəldi. Onu da qarşısında otuzdurdu. Rəsulullah: "Onlara mərhəmət edirsən?", - deyə soruşdu. Həmin adam: "Bəli", - cavabı verdi. Allah Rəsulu: "Övladlarına olan şəfqətinlə sən də Allahın mərhəmətinə layiqsən. Çünki Allah mərhəmətlilərin ən mərhəmətlisidir". Başqa bir hədisdə də onlarla ədalətli davranmağı tənbeh etdiyi bildirilib.7
Hz.Peyğəmbər: "Allahdan qorxun, övladlarınızın arasında ədalətə riayət edin", - buyurub. Başqa bir hədisdə də bunları bildirib: "Ey səhabələrim və ümmətim, övladlarınızın arasında eyni cür davranın. Mən övladlardan birini üstün tutsaydım, qadınları daha üstün qəbul edər və onları seçərdim". Hətta Peyğəmbərin üç dəfə dalbadal bu sözləri söylədiyi xəbər verilir: "Övladlarınızın arasında ədalətli olun".8
Dostları ilə paylaş: |