Гендер и Цели Развития Тысячелетия


GENDER TƏDQİQATLARINA AİD MATERİALLAR



Yüklə 2,17 Mb.
səhifə39/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   33   34   35   36   37   38   39   40   41
GENDER TƏDQİQATLARINA AİD MATERİALLAR

Lorber C.

Cins sosial kateqoriya kimi

(ixtisarla şərhi)


Kişi və qadın fərqinə dair təsəvvürlərin əksəriyyətinin aldadıcı olması haqda elmi dəlillər kifayət qədərdir. Lakin cəmiyyət yeni-yeni fərqlər aramaqda və əvvəlkilərin də mövcudluğu haqda illüziyalara dəstək verməkdə davam edir. Bu proseslərin dinamikasını araşdırmaq, onların nəticələrini müəyyənləşdirmək və bəlkə də onlara təsir göstərmək üsullarını təyin etmək istərkən, sosioloqlar cins kateqoriyasını konseptual şəkildə əsaslandırmaq problemi ilə qarşılaşmışlar.

Cins (gender) – kişi və qadın arasındakı sosial münasibətlərin təşkili modeli olaraq yalnız şəxsiyyətlərarası ünsiyyət və ailədəki qarşılıqlı əlaqələri xarakterizə etmir, həm də cəmiyyətin əsas institutlarında, məsələn, sosial siniflərdə, iri təşkilatların iyerarxiyasında və məşğulluq strukturunun formalaşmasında sosial münasibətləri təyin edir. Bu modelin fəaliyyəti üçün kişi və qadınlar bir-birindən seçilməlidir, yəni onlar tamamilə fərqli mənada qəbul edilməlidir.

Fərd səviyyəsində gender təfəkkürünün sosial istehsalı cinsi əlamətə əsaslanan sosietal strukturu dəstəkləyir; gender statusu ilə əlaqədar onlardan gözlənilən hərəkətləri yerinə yetirən fərdlər gender müxtəlifliyini və eyni zamanda bununla şərtlənən hakimlik və amirlik sistemini konstitutlaşdırır. Bir çox cəmiyyətlərdə kişi və qadınları nəinki müxtəlif cür qəbul edir, həmçinin onlar arasında səlahiyyəti bölüşdürərkən qabiliyyət fərqini də gender xüsusiyyətləri ilə əsaslandıraraq qiymətləndirirlər. Coan Skottun sözlərinə görə, « gender mənsubiyyəti cinslər arasındakı fərqin qəbul edilməsinə əsaslanan sosial münasibətlərin tərkib elementidir; cins isə hakim münasibətlərin prioritet ifadə üsuludur»...

Gender mənsubiyyəti təfəkkürü cəmiyyətimizdə o qədər inkişaf etmişdir ki, artıq o bizim qanımıza hopmuşdur. Öz naturialist oriyentasiyamıza görə inana bilmirik ki, gender fərqi elə insanların qarşılıqlı əlaqəsi gedişində yaranaraq meydana çıxır və eyni zamanda sosial həyatın əsasını təşkil edərək onun təşkil başlanğıcına çevrilir. Cinsi mənsubluqla şərtlənmiş gender təfəkkürü və davranış gündəlik həyata elə daxil olub ki, biz ona adətən o qədər də əhəmiyyət vermirik. Lakin əgər davranışı birmənalı olmayan və kişi yaxud qadın olduğunu təyin etməyə bizə imkan verməyən insanla rastlaşırıqsa, onu müəyyən bir gender kateqoriyasına aid etməyincə rahat ola bilmirik. Cəmiyyətdə belə tipli iki kateqoriya mövcuddur: transvestit (kişi və ya qadın kimi geyinən insanlar) və transseksual (cinsi dəyişməklə bağlı əməliyyat keçirənlər) insanlar. Lakin bu adamlar yalnız ikimənalı təsir bağışlayır və bu zaman gender dixotomiyasını pozmur. Əgər kişi və ya qadının hansı paltarı geyindiyi barədə təsəvvür mövcud olmasa idi, kiminsə başqa cinsə aid libas geyinməsi ətrafdakılarda elə bir təəccüb doğurmazdı. Cinsinə aid olmayan geyimdə biz müəyyən gender kateqoriyasına mənsubluğun əlamətlərini seçir və transvestiti kişi və ya qadına aid edirik. Doğrudan da bioloji baxımdan transvestit yalnız kişi paltarı geyinmiş qadın, yaxud qadın paltarı geyinmiş bir kişidir. Lakin qadından dönüb kişi olan, yaxud kişidən dönüb qadın olan trasseksual isə cins kateqoriyasının çərçivəsini aşır, amma kişi və ya qadın statusu alaraq normal şəkildə vərdiş etdiyimiz kateqoriya çərçivəsində qalır.

Əksər hallarda biz ilk baxışdan insanın hansı cinsə mənsub olduğunu ayırd edə bilirik. Sonra eyni və ya başqa-başqa cinsə aid olan insanların davranışına müvafiq olaraq bu qarşılıqlı təsir davam edir və ünsiyyət kontekstindən, həmçinin digər status əlamətlərindən – yaşdan, irqdən, təhsildən, sənətdən, dindən asılı olur. Hakimliyin zahiri aşkarlıqları qəbul olunmuş və adət etdiyimiz gündəlik qaydalarda dərin kök salmışdır. Uest və Simmerman qeyd edir ki, «cinsi yönündən kişilər hakim, qadınlar isə tabe vəziyyətə aiddirlər».

Qadın və kişilər arasında fərqin mühümlüyünə dair hər hansı cəmiyyətdə mövcud olan inam əməyin cinsi əlamətə görə bölünməsi və övlad tərbiyəsinin qadına etibar olunması üçün mənəvi əsas verir. Din, dil, təhsil və mədəniyyət (həm ali, elitar, həm də aşağı, kütləvi) cəmiyyəti kişi və qadının müəyyən dəyərli qəbuluna yönləndirir və onu gücləndirir. Nəticədə gender fərqinə əsaslanan müəyyən mənəvi normalar meydana gəlməyə başlayır. Bu normaların legitimliyinin ictimai nemətlərə (şəxsi mülkiyyətə, hakimiyyətə, nüfuza) daha az yol tapanlar tərəfindən qəbul olunması həmir normalara hakim xarakter verir...

... Lakin gender mənsubluğu, səriştəlilik səviyyəsi, liderlik bacarığı, lider potensialı və insanın hakimiyyət iyerarxiyasında yüksək statusa malik olmaq haqqı liderlik iddiasında olan namizədin kişi yaxud qadınlığından asılı olaraq qiymətləndirilir. Gender mənsubluğu hansısa bir vəzifənin yerinə yetirilməsi ilə bağlı istiqamət dərəcəsinin və davranışın ekspressivlik səviyyəsinin qiymətləndirilməsinə bir əlavə olmayaraq, əvvəlcədən onları təyin edir – «kişilər əqllə, qadınlar isə emosiya ilə hərəkət edir». Belə vəziyyətdə gender statusu ilə əlaqədar gözləmənin sabitiyi və ya dəyişkənliyinin əlavə tədqiqinə ehtiyac duyulur.

Beləcə də sosial institutlar və burada kök salmış mövqe cins mənsubluğu ilə (tibb bacıları, həkimlər, müəllim və inspektorlar, rahibələr və din xadimləri) o qədər bağlıdır ki, cinsi sərhəd pozulanda üstün cinsi dixotomiya saxlanılır (əgər söhbət qadın prezidentdən, polis işçisindən, yanğınsöndürəndən, Ali Məhkəmənin üzvündən; və yaxud kişi katibdən, feldşerdən, uşaq bağçasının tərbiyəçisindən gedirsə, xüsusi izah lazım gəlir). İş və ailədə – bir çox cəmiyyətlərin əsas institutlarında – praktiki olaraq tamamilə gender fərqi kök salmışdır. Cəmiyyətlərin hamısında iş, ixtisas növü, yerinə yetirilən işin xarakteri elə bir lazımi əsası olmadan kişi və qadın ixtisasına bölünmüşdür... Ailədə qohumların rolu onların adının da göstərdiyi kimi (ana, ata, qız, bacı, qardaş, xala, əmi) gender mənsubiyyətinə görə təyin olunur, baxmayaraq ki, bu, uzaq qohumların roluna aid olmaya bilər. Burada gender mənsubiyyəti həçinin institutun strukturuna daxil edilmişdir və xüsusən də ev əməyinin bölüşdürülməsində praktiki rol oynayır. Yaxşı olar ki, hazırda qadınların və kişilərin istehsalatda və evdə hansı iş növü ilə məşğul olmasını araşdırmaqdansa pullu işin və ev əməyinin bölüşdürülməsinin gender mənsubiyyətindən hansı prosesləri asılı etdiyini nəzərdən keçirək.

Nəhayət, onu da qeyd etməliyik ki, gender mənsubluğu yalnız mürəkkəbtəşkilli cəmiyyətlərə xas olan stratifikasiya sistemlərində mühüm rol oynamır; ictimai nemətlərin qeyri-bərabər bölündüyü, qadına daha az mülkiyyət payı, hakimiyyət və nüfuz verildiyi hər yerdə bu tamamilə adi bir şeydir. Mövcud dəyərlər ehtiyatının ölçüsündən asılı olmayaraq sinfi çərçivədə, irqi yaxud etnik qrupun daxilində onları kişilər bölüşdürür (əgər bölüşdürməli bir şey varsa). Gender bərabərliyinin səviyyəsi ehtiyatların kasıb olduğu və müntəzəm mülkiyyətin yaxud imtiyazların olmadığı (məsələn, yığımla və ovla məşğul olan cəmiyyətlərdə, xəfəliklərdə və gettolarda) şəraitdə daha yüksək olur. Amma daha aşağı səviyyəli şəraitdə – quldarlıqda, konsentrasiya düşərgələrində də qadınlar kişilərlə müqayisədə daha çox əziyyət çəkir, çünki hakim kişilər tərəfindən zorakılığa və seksual istismara məruz qalırlar.

Mürəkkəbtəşkilli cəmiyyətlərdə hakim sosial qruplar mənəvi normaları sərtləşdirmək, gender fərqinə əsaslanan sosial qaydalara qarşı müqaviməti və üsyanı boğmaq yaxud zəiflətmək üçün sosial nəzarət institutlarından (hökumət, hüquq, təhsil, səhiyyə, ordu, din) istifadə edir. Qadınların uşaq dünyaya gətirmə və tərbiyə etməsi ilə bağlı məsuliyyətində nəslə aidliyin ata xətti ilə müəyyən olunduğu cəmiyyətdə kişilərin onların seksuallığı üzərində nəzarətinə bəraət qazandırır; nəslin davamının ana xətti ilə qeydə alındığı cəmiyyətdə isə qadınlar daha artıq seksual azadlığa malikdirlər. Hüquqi cəmiyyətdə qadına qarşı birbaşa zorakılıq (zorlama və döyülmə) qeyri-qanuni sosial nəzarətin metodu sayılır; lakin qadına qarşı açıq nəzərə çarpmayan zorakılıq sosial nəzarətin gender fərqinə əsaslanan sanksiyalı və hakim forması olaraq qalır. Bütün cəmiyyətlərdə işçi qüvvəsinə, gələcək analara və gələcək əsgərlərə olan ehtiyacdan (hazırkı yaxud gələcəkdə) asılı olaraq qadınları uşaq doğub-doğmamağa həvəsləndirir yaxud məcbur edirlər. Dövlət siyasətinin qadını uşaq dünyaya gətirib-gətirməməyə məcbur etmə dərəcəsindən asılı olaraq o, gender fərqinə əsaslanan sosial nəzarətin əlavə formasına çevrilir.

Deyilənlərdən bu nəticəyə gəlirik ki, gender mənsubiyyəti şəxslərarası ünsiyyəti, iş növlərini, ailəni və başqa sosial institutları strukturlaşdırır; məhdud və qiymətli ehtiyatların bölümünü də həyat şansı qədər əsaslandırır; kişi və qadınlara sual verməmək, mövcud vəziyyətə qarşı çıxmamaq və hətta şəraitin nə üçün məhz belə olması haqda düşünməmək göstərişi verən mənəvi normaların legitimliyini təmin edir.

... Tətbiq olunan metodlardan (kəmiyyət və keyfiyyət) asılı olmayaraq konkret araşdırma aparmazdan əvvəl cins kateqoriyasının kompleks xarakterini dərk etmək gərəkdir. Cins monolit mahiyyət olmayaraq, bir-biri ilə aşağıdakı kimi bağlı olan bir çox komponentlərdən ibarətdir:




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin