«gender və TƏHSİL: İnsan və CƏMİYYƏT»



Yüklə 0,52 Mb.
səhifə5/6
tarix22.04.2017
ölçüsü0,52 Mb.
#15354
1   2   3   4   5   6

Xeyirli övlad istəyin!

Bəzi insanlar Allaha dua edib övlad istəyərkən oğlan uşaqlarının olmasını arzulayırlar. Lakin İslam dini övlad üçün dua edərkən xeyirli və saleh övlad istəməyi tövsiyə edir. Övlad istəyərkən xeyirli övlad olmasını istəmək əlbəttə ki, ən doğrusudur. Quranda da Allah bizə övlad istəyərkən necə dua edilməsini öyrədir: "Onlar: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə rəhbər et!" - deyərlər" ("Furqan" surəsi, 74). Bu ayədə uşaq sözünə "gözümüzün işığı (bəbəyi)" mənasında "qurrətu aynin" ifadəsi işlədilib. Bu isə arzularımıza uyğun və Allaha həqiqi mənada təslim olan bir nəsil deməkdir.

Arzu edilən övladın əsas xüsusiyyətləri başqa bir ayədə belə bildirilir: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" ("Ali-İmran" surəsi, 38). Bu ayədə dünyaya gələcək uşağın "pak" olması arzu edilir. Həmçinin bir ayədə də belə dua edildiyi xəbər verilir: "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et..." ("Bəqərə" surəsi, 128).

Hz.Aişəyə (r.a.) dünyaya bir körpə gəldiyi xəbər veriləndə: "Tam yaradılıb?" - deyə soruşardı. "Bəli" cavabı alanda da "aləmlərin Rəbbinə şükrlər olsun" - deyə dua edərdi. Peyğəmbərimizin xanımı, böyük alim Hz.Aişə də uşağın qız, yoxsa oğlan olduğunu deyil, sağlam olub-olmamasını, xəsarət alıb-almamasını soruşardı.

Quranda Hz.Adəmin və Hz.Həvvanın da belə dua etdikləri bildirilir: "Əgər bizə saleh bir uşaq versən, şükr edənlərdən olarıq!" ("Əraf" surəsi, 189).

Quranda Allahdan övlad istəyən bir atanın belə dua etdiyi bildirilir: "Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!" ("İbrahim" surəsi, 40).



Övladın hansının xeyirli olacağını heç kim bilmir

Əksər valideynlər nədənsə, əsasən oğlan uşağı arzulayırlar. Qız uşaqlarına "köçəri quş" kimi, oğlan uşaqlarına isə "dayaq" kimi baxırlar. Oğlan uşaqlarının onlara daha xeyirli olacağını güman edirlər. Buna görə də İslamdan əvvəlki ərəb cəmiyyətindəki ənənə təəssüflər olsun ki, bu gün özünü açıq şəkildə göstərir. Quranda bu təəssüf obyekti haqqında belə buyurulur: "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar" ("Nəhl" surəsi, 58). Bəli, həmin İslamdan əvvəlki cahiliyyə insanların üzlərinin qaralmasına səbəb olan bu müjdə, hətta yeni dünyaya gələn qız uşaqlarını diri-diri torpağa basdırmağa qədər aparıb çıxardığı kimi ("Nəhl" surəsi, 59), bugünkü "müasir cahiliyyə"də texnologiyanın imkanlarından istifadə edərək həmin körpələrin cinsini aparatda müəyyən edəndən sonra dünyaya gəlməmiş "torpağa basdırır"lar.

Qızı da, oğlanı da Allah Öz iradəsi ilə yaratmışdır. Allah istədiyinə qız, istədiyinə də oğlan verər. Bunu ayədə Yaradan belə bildirir: "...O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verər..." ("Şura" surəsi, 49). Bəli, hər bir kəs Allahın hədiyyəsinə qarşı ancaq sevinməli və şükür etməlidir.

Uca Allah həmçinin Quranda hansı övladın, yəni qızın, yoxsa oğlanın daha xeyirli, daha faydalı olacağını, hansının valideynin üzünü qara, hansının ağ edəcəyini bilmədiyimizi belə buyurur: "...Övladlarınızdan hansı birinin xeyir və mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmirsiniz..." ("Nisa" surəsi, 11). Elə isə oğlan uşağı istədiyi halda, qızı olarsa, yaxud bir neçə oğlan uşağı olandan sonra və ya bir oğlandan sonra qız istədiyi halda oğlu olarsa, buna naşükürlük etməmək, Allahın hədiyyəsinə qarşı etiraz etməmək lazımdır. Ayədə də bildirildiyi kimi, "O, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verər. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verər, istədiyini də sonsuz edər..." ("Şura" surəsi, 49-50). Hətta İslam alimləri anadan ancaq oğlan olanda sevinənlərin düşüncə tərzinə zidd olaraq hər iki övlad olanda, yəni həm qız, həm də oğlan olanda ikisinə də sevinməyin gözəl olduğunu bildirmişlər.

Hətta peyğəmbərlərdən Hz.Nuhun oğlunun xeyirsiz olduğu Quran qissələrində xəbər verilir. Hz.Nuh xalqını Allaha iman gətirməyə dəvət edib, dəvətini qəbul edərək Allaha inanan insanları Onun buyruğu ilə tufandan xilas etmək üçün əvvəlcədən düzəltdiyi gəmisinə mindirmişdi. Öz oğlunun da iman gətirərək gəmiyə minməsini istədi. Ancaq oğlu Allaha inanmadığı üçün gəmiyə minmədi.

Demək olar ki, ailə sahibi olan hər bir kəs övladı olmasını, evindən körpə səsinin eşidilməsini, onun olan bir uşağı oynatmağı və onun nəvazişilə oynamağı arzu edir. Allah da Quranda dünya həyatının həqiqətlərini bildirərkən bu həyatın həm də övladları çoxaltmaqdan ibarət olduğunu belə buyurmuşdur: "Ey insanlar! Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək deyil? Mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi məhsul əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən..." ("Hədid" surəsi, 20).

Allahın valideynlərə əmanəti olan uşaqlar Onun istədiyi şəkildə tərbiyə edilməyəndə həmişə arzusunda olduqları bu körpələr böyüyüb onlara düşmən olurlar. Allah belələri haqqında bunları bildirir: "Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma onları əfv etsəniz, keçsəniz və bağışlasanız daha yaxşı olar. Çünki Allah bağışlayandır, rəhm edəndir!" ("Təğabun" surəsi, 14), Allahın bizə böyük nemət kimi bəxş etdiyi övladlar həm də bizi imtahan etmək üçün bəxş edilib. Allah ayədə övladların imtahan üçün verildiyini belə buyurur: "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!" ("Ənfal" surəsi, 28).
Qız-oğlan ayrı-seçkiliyi salmayın!

Allah bəndələrinə qarşı ədalətli və mərhəmətli olduğu kimi, bəndələrinin də bir-birilərinə ədalətli davranmalarını və nümunəvi rəftar etmələrini istəyir: "Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi buyurur..." ("Nəhl" surəsi, 90). Bu əmr həmçinin valideynin övladlarına qarşı fərq qoymamasının və ədalətli davranmasının da əsasını təşkil edir. Valideynləri tərəfindən uşaqlar arasında göstəriləcək ədalətli rəftar onların hörmətlərinin çoxalmasına və gələcək həyatlarına da müsbət təsir edir.

Peyğəmbərin (s) yanında oturan bir adamın yanına oğlu gəldi. Adam oğlunu dizinin üstündə otuzdurdu. Onu öpdü. Bu əsnada qızı da gəldi. Onu da qarşısında otuzdurdu. Rəsulullah: "Onlara mərhəmət edirsən?", - deyə soruşdu. Həmin adam: "Bəli", - cavabı verdi. Allah Rəsulu: "Övladlarına olan şəfqətinlə sən də Allahın mərhəmətinə layiqsən. Çünki Allah mərhəmətlilərin ən mərhəmətlisidir". Başqa bir hədisdə də onlarla ədalətli davranmağı tənbeh etdiyi bildirilib.7

Hz.Peyğəmbər: "Allahdan qorxun, övladlarınızın arasında ədalətə riayət edin", - buyurub. Başqa bir hədisdə də bunları bildirib: "Ey səhabələrim və ümmətim, övladlarınızın arasında eyni cür davranın. Mən övladlardan birini üstün tutsaydım, qadınları daha üstün qəbul edər və onları seçərdim". Hətta Peyğəmbərin üç dəfə dalbadal bu sözləri söylədiyi xəbər verilir: "Övladlarınızın arasında ədalətli olun".8


Qız övladlarına ötəri baxmayın!

Qız uşaqlarına baxmaq və onları yetişdirməklə bağlı Hz.Peyğəmbər belə buyurub: "Kimin üç qızı olarsa, bunlara səbr edərsə və imkanı daxilində onları geyindirərsə, bunlar onu atəşdən qoruyan bir pərdə olarlar".9

Başqa bir hədisində də Allah Rəsulu bunları bildirib: "Kimin üç qızı, yaxud üç bacısı olarsa və onlarla yaxşı davranarsa, şübhəsiz, cənnətə daxil olar".10

Ənəs bin Malik (r) də Hz.Peyğəmbərin belə dediyini qeyd edib: "Hər kim yetkinlik yaşına kimi iki qız uşağına baxmağı, onların yeyib-içmələrini, tərbiyə və yetişdirilmələrini öz üstünə götürər, bunları yerinə yetirərsə, həmin adam qiyamət günü mənimlə birlikdə olacaqdır", - deyərək iki barmağını birləşdirərək göstərdi.11 Rəsulullah hər kəsə uşaqlarını öpməyi tövsiyə edərdi.


Bətnlərdəkinin nə olduğunu ancaq Allah bilir

Allah Quranda belə buyurur: "Allah hər bir dişi məxluqun bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını bilir, hər şey Onun yanında müəyyən bir ölçü ilədir..." ("Rəd" surəsi, 8).



"Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə olacağını (kəsb edəcəyini), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!" ("Loğman" surəsi, 34).

Ayələrdə bəhs edilən və bir çox etirazlara səbəb olan məsələ "Bətnlərdə nə olduğunu O bilir" ifadəsidir. Deyirlər ki, bu gün rentgen şüaları ilə körpənin ana bətnindəki vəziyyəti, doğulacaq uşaqların oğlan, yoxsa qız olacağı bilinir. Ancaq qeyd edək ki, səbəblərin əlaməti görsənəndən sonra məlumat vermək qeybi bilmək deyil. Hz.Muhəmməd: "Əgər kişi qələbə çalarsa, uşaq oğlan; qadın qələbə çalarsa, uşaq qız olur", - buyurub. Bu hədisi bəziləri başa düşmədiklərinə görə, yanlış mənalara yozublar. Əslində isə burada haqqında bəhs edilən məsələ başqadır: Kişinin hüceyrəsi (sperması) qadından əvvəl gedər və yumurtaya daxil olarsa, uşaq oğlan, əks təqdirdə isə qız olur. Bu, Hz.Peyğəmbərə aid elmi möcüzələrdən qəbul edilən bir hədisdir. Elm adamları da bu məsələni ifadə edildiyi şəkildə qəbul edirlər. Səbəbləri bu qədər açıq olandan sonra, belə bir məsələni bilməyi qeyb sayanlar özlərini aldatmış olurlar. Qurani-Kərimdə də bu məsələ ifadə edilərkən, ərəb dilində belə buyurulur: "Və yələmu mə fil-ərhami" ərəb dilində "mə" ana dilimizdə "nəsnə", "şey" mənalarına gəlir. Demək ki, Allah ayədə bətnlərdə olanın Allah tərəfindən bilinəcəyindən bəhs etmir, oğlan və ya qız olacağını bildiyini bildirmir. Allah onun oğlan və ya qız olduğunu bildiyi kimi, onun gələcək həyatını da bilir. Yəni onun gələcəkdə nələrlə məşğul olacağını, xasiyyətini, üstünlüklərini və nöqsanlı yönlərini bilmək ancaq və ancaq Allaha məxsusdur. Elə isə qeyb olanlar "mə" ifadəsinə şamil olan hər şeydir.



"Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verər. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verər, istədiyini də sonsuz edər..." ("Şura" surəsi, 49-50).
Qızlara nifrət etməyin!

Peyğəmbərimiz: "Qızlara nifrət etməyin, çünki onlar qiymətli can yoldaşlarıdır", - buyurub və başqa bir hədisində də qadınlarla bağlı bunları söyləyib: "Mən də qız övladlarının atasıyam və anaları da qiymətli həyat yoldaşlarıdır". Allah Rəsulu qız uşaqlarını təhqiramiz şəkildə qəbul etməyi qadağan etmişdi. Hətta məşhur İslam alimlərindən biri olan Əhməd bin Hənbəl qızı olan valideynləri təbrik edərkən: "Peyğəmbərlər də qız atalarıdır" deyə təbrik etmişdir.

Quranda və Peyğəmbərimizin hədislərində müxtəlif peyğəmbərlərin də qızları olduğu bildirilib. Məsələn, Hz.Adəmin, Hz.Şueybin, Hz.Lutun, Hz.İmranın, Hz.Muhəmmədin və s.-in qızları olduğu qeyd olunur.12

Peyğəmbərimizin: "İnsanların ən xeyirlisi qadınlarına və qız uşaqlarına qarşı ən xeyirli olandır" hədisi də uşaqlara, xüsusilə də qız uşaqlarına qarşı xoş rəftar etməyin zəruriliyini göstərir. İbn Həcər Hz.Peyğəmbərin qız nəvəsi Umamə belində olduğu halda namaz qıldığını da cahiliyyə ərəblərindən qız uşaqlarına qarşı mövcud olan nifrət hissəsinə müxalifət şəklində dəyərləndirir.

Rəsulullah: "Kimin iki qızı olarsa, bunları öldürməzsə, alçatmazsa, oğlan uşaqlarını bunlardan üstün tutmazsa, Allah onu cənnətə qoyar", - buyurmuşdur.

İslamdan əvvəlki ərəb cəmiyyətində mövcud olan qız-oğlan ayrı-seçkiliyini özlərini müsəlman adlandırmalarına baxmayaraq, bu gün əksər ailələrdə görmək mümkündür. Çünki hazırda müsəlmanların əksəriyyəti özünü müsəlman adlandıranlardan ibarətdir, İslama əməl edənlərdən deyil. Bu "müsəlmançılığımızın" zəifliyi təkcə namaz, zəkat, oruc kimi buyruqları yerinə yetirməməyimizdən asılı deyil. Bunun səbəblərindən biri də tərbiyə məsələləri ilə bağlı olan İslamın əmrlərini yerinə yetirməkdə ehmalkar davranmağımızdır. Qız uşağı ilə oğlan uşağı arasında oğlan və ya qız lehinə ayrı-seçkilik salan bir şəxs davranışına ayə və hədisdən heç bir dəlil gətirə bilməz.

Uşaqların qorunması məsələsi ilə bağlı Allahın Quranda bildirdiyi təhdid və tədbirlərdən biri də uşaq öldürmək qadağasıdır. Bəşər tarixi boyunca müxtəlif şəkillərdə də olsa, müxtəlif cəmiyyətlərdə və xalqlarda uşaqların öldürülməsi halları mövcud olmuşdur. Quran bu utandırıcı xüsusiyyətlərə bir çox ayədə toxunur. Quranda Hz.Musanın dövründəki Fironun İsrail oğullarının oğlanlarını öldürdüyü xəbər verilir. Firon təzə dünyaya gözlərini açan oğlan uşaqlarını öldürtdürür və qız uşaqlarını sağ saxlayırdı.13 İsrail oğullarının başına gətirilən bu cinayət düşmənçilik məqsədi ilə törədilirdi.

Kasıbçılıq, çətin vəziyyət, imkansızlıq qorxusu ilə öldürüb, "namus" qorxusu ilə qız uşaqlarını diri-diri torpağa basdıran və bu ənənənin İslam qəbul edilənə kimi geniş yayıldığını açıq şəkildə göstərən çoxlu məlumatlar mövcuddur. Bunlardan biri də müsəlman olmamışdan əvvəl öz əlləriylə 12 qızını diri-diri torpağa basdırmış Kays bin Asımla əlaqəlidir. Müsəlman olandan sonra günahını etiraf edərək ilk öncə Hz.Peyğəmbərdən bu günahdan xilas olmağın çarəsi olub-olmamasını soruşub.

Sasaa bin Naciyə imkanlı bir şəxs idi. Bu xeyirsevər adam da Peyğəmbərə (s) müraciət edərək müsəlman olmamışdan əvvəl 360 nəfər uşağı pulla alaraq ölümdən xilas etdiyini və bu əməlinin mənəvi mükafatının nə olacağını soruşmuşdu.

Quran müxtəlif bəhanələrlə qiyamətə kimi davam edəcək bu cür hərəkətlərlə ciddi şəkildə mübarizə aparır. Buna iki misalla nəzər yetirməyə çalışaq:

"Ənam" surəsinin 151-ci ayəsində ən böyük günahlar ardıcıllıqla bildirilərkən uşaq öldürmək üçüncü cərgədə yer tutur. Ayədə Allah belə buyurur: "De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq qorxusu üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!" ("Ənam" surəsi, 151).

"İsra" surəsində də Allah uşaq öldürməyin "böyük günah" olduğunu bir daha təkrar vurğulamışdır: "Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!" ("İsra" surəsi, 31).

Həmçinin Allah Quranda uşaqlarını öldürənlərin ziyana məruz qalacaqlarını bildirir: "Səfehlik üzündən, anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər" ("Ənam" surəsi, 140).

Yenə Quranda qadın və kişilərlə bağlanan əhdlərdə, saziş və beyətlərdə uşaq öldürməmək şərti qoyulur: "Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" ("Mumtəhinə" surəsi, 12).

Quranda uşaqları öldürmək qadağası təkrar edilərək bizə tənbeh edilir. "Təkvir" surəsində "diri-diri torpağa gömülən körpə qızdan" hansı günaha görə öldürüldüyünün soruşulacağı bildirilir.

Texnologiya əsrində iqtisadi çətinlikləri bəhanə edərək, onların tərbiyəsi ilə məşğul ola bilməyəcəklərini səbəb göstərərək, elm adamı və ya iş adamı olduğunu əldə əsas tutaraq övladlarını bətnlərində hərəkət etmələrindən sonra öldürənlər, böyük insan öldürmüş kimi cinayət törətmiş sayılırlar. Bunun qarşısını almaq üçün öncədən alınan tədbirlərin heç birini İslam qadağan etmir.

Hətta olduğum bir şəhərdə eşitdiyim hadisə də çox ibrətamizdir: Bir cavan ailə artıq bir qızları və bir oğlanları olduğunu nəzərə alaraq üçüncüyə ehtiyac olmadığını, "sonra olsa daha yaxşıdır" deyərək iki uşağı evdə qoyub bətnindəkini "aldırmaq" üçün həkimə müraciət edirlər. Əməliyyatdan sonra evə qayıdan ailə iki körpəsinin də qazdan boğulduğunun acı şahidi olurlar. Lakin sonrakı peşmançılıq fayda vermir.

Qadınlara atılan böhtanlar

Bəzi insanlar yaşayış tərzlərini özlərinin müəyyənləşdirdiyi doğrular və səhvlərin üstündə qurduqları üçün İslamın insanlara verdikləri həqiqətlərdən xəbərsizdirlər. Belələri İslamda qadına nə qədər əhəmiyyət və dəyər verildiyini bilmirlər. Bəziləri də "Qadınları evlərindən çölə buraxmayın, onlara oxumağı-yazmağı öyrətməyin, ip əyirməyi öyrədin" - kimi Peyğəmbərin adından uydurulan hədislərə uyğun olaraq hərəkət edirlər. Ancaq hər bir müsəlman bu cür sözlərin İslamın ümumbəşəri prinsiplərinə zidd olduğunu dərk edərək bu əsassız sözləri Peyğəmbərə istinad edənlərə: "Kim mənə qəsdən yalan isnad edərsə, cəhənnəmdəki yerini hazırlasın" hədisini xatırlatmalı və bu cür uydurulmuş hədislərdən sitat gətirənləri belə sözlərdən çəkindirməlidirlər.

Bəzi müsəlman ailələrində mövcud olan patriarxal həyat tərzinə haqq qazandırmaq üçün bunu ayə və hədislərlə əsaslandırmağa çalışmaq istəyənlər həmişə olmuşdur. Hətta gətirilən hədislərin doğruluğuna fikir verilmədən zəif hədislərdən (uydurulmuş hədislər də bura daxildir) dəlil kimi istifadə etməyə çalışanlar da olmuşdur. Məsələn, Peyğəmbərə istinad edilən bir söz var: "Üç şey uğursuzluq gətirir: Ev, at və qadın".14 Bu ən çox hədis rəvayət edən səhabə Əbu Hüreyrədən nəql olunmuşdur. Həzrəti Aişə bu hədisi rəvayət edən Əbu Hureyrəyə kəskin etirazını bildirib, adı çəkilən səhabənin Peyğəmbərin bu hədisinin əvvəlini eşitmədiyini söyləyib. Həzrəti Aişə Peyğəmbərin (s) başqa bir tayfanın uğursuzluğu bu üçündə gördüyünü söyləyərkən hədisi nəql edən səhabənin içəri girib həmin sözlərin axırını eşitdiyini bildirərək məsələyə açıqlıq gətirmişdir.

Müxtəlif dövrlərdə qadının uğursuz olduğunu düşünən təfəkkür İslam tarixində bəzi sosial fəlakətlərin məsuliyyətinin qadınla əlaqələndirilməsinə və buna uyğun olaraq da qadınlara qarşı təzyiqlərin güclənməsinə səbəb olduğuna gətirib çıxarıb. Məsələn, Fatimi xəlifəsi Hakim Biəmrillah hicri tarixi ilə 391-ci ildəki (miladi 1001) quraqlığı və yoluxucu xəstəlikləri qadınların özbaşına evdən çıxmaları ilə əlaqələndirərək onların evdən kənara çıxmalarını qadağan etmişdi. Buna oxşar bir icraatı da qıtlığın və yenə yoluxucu xəstəliklərin yayılmasının günahkarı kimi Məmluk Sultanı Barsbay tətbiq etmişdir.15

Peyğəmbərə istinad edilən və heç bir əsası olmayan hədislərdən biri də namaz qılan şəxsin qabağından eşşəyin, qara itin və qadının keçməsi halında namazın pozulması ilə bağlı olan hədisdir.16 Bu hədis Peyğəmbərə istinad ediləndə Həzrəti Aişə kəskin şəkildə bunu rədd edərək belə buyurub: "Bəzən Allah Rəsulu namaz qılarkən mən onunla qibləsi arasında yatmış olurdum. Səcdə etmək istəyəndə ayaqlarıma toxunar, mən də ayaqlarımı yığışdırardım".17

Peyğəmbərin adından uydurulmuş bu cür hədislər olmasına baxmayaraq, İslam cəmiyyətlərində qadınlar heç vaxt ictimaiyyətin nifrət mərkəzində olmamışlar. Həzrəti Peyğəmbərdən sonra bəzi müsəlmanlar arasında qadınlara qarşı fərqli münasibəti isə onların dini mənsubiyyəti ilə deyil, şəxsi prinsipləri, adət-ənənələri və ictimai qınaqla əlaqələndirsək, daha məntiqli olar.

Həzrəti Peyğəmbərin dövründə qadınların da eyni ilə kişilər kimi sosial həyatın bütün sahələrində aktiv rol oynadıqlarını, vəzifələr tutduqlarını, İslam cəmiyyətinə xeyir verdiklərini görmək mümkündür. Qadınların eyni zamanda "Peyğəmbər məscidi"ndə daha aktiv fəaliyyətləri olub. Səhabə qadınlar bayram və cümə namazları ilə yanaşı, gündəlik namazlarda da Peyğəmbərin arxasında namaz qılıblar. Hətta Allah Rəsulu qadınların da bayram namazlarında iştirak etmələrini istəyib, namaz qıla bilməyənlərin isə yenə məscidə gələrək hamı ilə birlikdə təkbir gətirmələrini tövsiyə etmişdir.18

Həzrəti Peyğəmbər bir çox hallarda qadınların məsciddə ibadət etdiyi yerlərə gedərək onlara dini məlumatlar da vermişdir. Peyğəmbərin vaxtında qadınların məsciddə eyni imamın arxasında dayanaraq namaz qıldıqları halda, Allah Rəsulundan sonrakı bəzi dövrlərdə onların evdə namaz qılmasının məsciddə qılmalarından daha məqsədəuyğun olduğu və məscidə getmələrinin fitnəyə səbəb olacağı kimi inanc yerləşməyə başladı. Bəzi qadınlar da bu cür sözlərin təsirindən sonrakı dövrlərdə ortaya atılmış və insanlar tərəfindən müqəddəs olduğu bildirilən yerlərə getməyə başlamışdılar ki, bu xurafatın yayılmasına təkan verən səbəblərdən olmuşdur.

Bəziləri hələ də qadına qarşı cinsi ayrı-seçkilik aparmaqda davam edilər. Müxtəlif cəmiyyətlərdə bu cinsə qarşı qoyulan tabular qarşısında aciz qalan qadınlar bəzən qadın olmalarından utanırlar. Hətta qadınlar öz xüsusi halları haqqında ərlərinə danışmaqdan da çəkinirlər. Bilməliyik ki, qadın hər şeydən əvvəl insandır. Allah kişini də, qadını da insan olaraq yaradıb. Allah Qurani-Kərimdə insanı ən gözəl surətdə yaratdığını bildirir: "Biz insanı ən gözəl biçimdə yaratdıq!" ("Tin" surəsi, 4). Allah burada qadını kişidən fərqli yaratdığını deyil, insan olaraq hər ikisini ən gözəl surətdə yaratdığını bəyan edirlər.

Nigar Əsgərova
Mədəniyyət və injəsənətdə gender
Gender probleminin mədəniyyətdə və injəsənətdə yerini və rolunu araşdırmadan önjə, qadın və kişinin kainatdakı yerinə, onların psixoloci durumuna nəzər salaq.

İslamdan önjəki dinimiz sayılan zərdüşlikdə dünyamız ikili başlanğıj üzərində qurulub. Yer və göy, xeyir və şər, işıq və qaranlıq, gejə və gündüz, kişi və qadın və s.i. Bu günə qədər oxuduğumuz və dinlədiyimiz bütün əsərlər məhz bu iki qüvvənin mübarizəsi, harmoniyası, dözümlülüyü-tolerantlılığı üzərində qurulub. Qəribədir ki, bu ikilikdə kişi göylə, qadın yerlə müqayisə edilib. Qadına yer kürəsi, yer kürəsində məskunlaşan bəşər övladını bejərmək, böyütmək, tərbiyə etmək həvalə edilib. Təsadüfən deyilmir ki, ana torpaq, ana vətən. Bu başlanğıjlar özlüyündə əsrlərlə kişinin və qadının psixoloqiyasını da formalaşdırır. Kişinin düşünjəsi göylər qədər miqyaslı, qadının düşünjəsi torpaq qədər dərindir.

Kişilərlə qadınlar nə qədər biz onları eyniləşdirsək də fərqlidirlər. Bu bir tərəfdən bioloci və digər tərəfdən genetik başlanğıjdan asılıdır. Anadan olduqdan sonra isə ətraf mühit bu başlanğıjları öz möhürü ilə tənzimləyir. Kişilər hadisələrə yuxarıdan nəzər salır, qadınlar daha çox hadisələrin injəliklərinə varır. Məhz bu bir-birini tamamlayan xüsusiyyətlər vahidlik, bütövlük yaradır və biz təbiətin bu ziddiyyətləri barışdıran bütövlüyünü pozmamalı, məntiqlə, elmə söykənərək onların bioloci və genetik faktorlarını nəzərə alaraq korreksiya etməliyik.

Hind filosofu Oşo hər bir qadının iç dünyasında kişinin, hər bir kişinin iç dünyasında qadının mövjud olduğunu qeyd edir. Bu həqiqətən belədir. Bundan irəli gəlir ki, kişi qadını, qadın kişini anlayır, duyur, sevir. Qadın başlanğıjı olmayan kişi hədsiz aqressiv olur, hətta jəmiyyət üçün təhlükəyə çevrilir. Kişi başlanğıjı olmayan qadınlar isə səthi, jəmiyyət və ailəsi üçün tam maraqsız bir insana çevrilir. Qadında kişi başlanğıjının, kişidə qadın başlanğıjının ifrat dərəjədə olması isə sadəjə patoloqiyadır və biz bu gün dünyada və bilavasitə Bakıda bu halın inkişaf mərhələsində olmasının şahidiyik. Qomoseksualların, çəhrayilərin (gizlində) ,,fəaliyyəti,, göz önündədir.

Bütün bu söylədiklərimin məğzi sizi həmin başlanğıjların mədəniyyətdə və injəsənətdə nejə əks olunmasını açıqlamaqdır. Mədəniyyəti və injəsənəti həmin başlanğıjlara bölsək mədəniyyəti əsasən qadın, injəsənəti isə əsasən kişi başlanğıjlı görərik. Nə üçün?

Gəlin təfərrüatı ilə təhlil edək. Mədəniyyət (latınja - jultura) tərbiyə, təhsil, inkişaf, ehtiram, sənət mənasını daşıyır. Dar mənada mədəniyyət insanın əxlaqına və davranışına şamil edilirsə, geniş mənada bu anlayış hər hansı bir reqionun daha çox xalq yaradıjılığını, mətbəxini, mentalitetinə hopmuş xüsusiyyətlərini nəzərdə tutur. Mədəniyyət hardasa bioloci başlanğıjdan uzaqlaşmadır. Şəxsin təkamülüdür. Jəmiyyətin nizam-intizama tabeliliyidir. Mədəniyyətin son məqsədi insanları xoşbəxt görmək, onların təbii tələbatları ilə həmahəng yaşamasındadır. Tədqiqatlar bu sahənin daha çox qadın əlində olduğunu vurğulayır. Gəlin nəzər yetirək: uşaq tərbiyəni atadan yox, anadan alır, ona davranış qaydalarını ata yox ana öyrədir, mətbəx Azərbayjanda (kababdan savayı) və ümumiyyətlə dünyanın bir çox yerlərində qadınların əlindədir, xalçaçılıq, tirmə, tikmə əsasən qadınların əl sənətidir, xalq mahnıları əsasən qadınların ağzından nota salınır, zərgərlik kişilərin əlinin məhsuludur.

Biz mədəniyyətin əsasən qadın simalı olduğunu sübuta yetirdik. Bəs nə üçün injəsənəti kişi başlanğıjı kimi təqdim edirik?

Bu günə kimi injəsənət sahəsində miqyas tələb edən tablolar, heykəltəraşlıq abidələri, iri formalı musiqi əsərləri, memarlıq dünyaya yalnız kişi sənətkarlarını təqdim edib. Bu baxımdan tarix hələ də dünya mədəniyyətinə Bethoven, Leonardo da Vinçi, Rossi kimi qadın sənətkarlar bəxş etməyib. İnjəsənət tarixi göstərir ki, teatr və kino sənətindən savayı injəsənətin bütün növlər kişi simalıdır: yazıçı və şairlər, rəssamlar, heykəltəraşlar, memarlar, recissorlar, bəstəkarlar, sirk, estradada və kino-teatr sahəsində üstünlük qadınların əlindədir.

Bu baxımdan Azərbayjan dünya sivilizasiyasından kənarda qalmayıb. Bu gün Azərbayjan İnjəsənətinin əsasən kişi simalı olmasını görsək də, ayrı-ayrı məqamlarda, ayrı-ayrı injəsənət sahələrində qadınların aktivliyinin şahidi oluruq. Bu əsasən qeyd etdiyim kimi ədəbiyyat, teatr-kino, rəssamlıq, bəstəkarlıq və ifaçılıq, bu gün dəbdə olan dizayn sənətində – özünü biruzə verir. Əfsuslar olsun ki, bu qadınlar həm keyfiyyətinə, həm də kəmiyyətinə görə kişi sənətkarları arısında əriyir.

Yaradıjı kişi və qadınların problemləri üzərinəd dayanmaq istərdim.

mədəniyyət sahəsində çalışanlar ailəyə söykənirlərsə, injəsənət sahəsində çalışanların çoxları ailədən məhrumdurlar. Ailə həatı çox tez onları usandırır. Bunun hansısa izahını Freyd verir. Düzdür onunla razılaşmaq da olar, razılaşmamaq da. Freydə görə seksual problemli insanlar adətən injəsənət sahəsində özlərini reallaşdıra bilirlər. Mən bu fikirlə Mosartın, Çaykovskinin, Prkofyevin yaradıjılıqlarına söykənərək razılaşa bilmirəm. Hər üç bəstəkar erkən yaşlarından bəstəjiliklə məşğul olmuşlar.

Ümumiyyətlə götürsək, yaradıjı şəxsiyyətlər jəmiyyətdən hər baxımdan fərqli insanlardırlar və onlarnı istər kişi olsun, istərsə də qadın şəxsi həyatlarında problemlər hədsiz çoxdur.

Bu onların yaradıjılıq dövrü keçirdiyi stresdən, ağır recimdə işləmələri ilə bağlıdır.

Hər bir sənətkarın gözə görünən və görünməyən səhnəarxası həyatları və zəhmətləri var. Memar nə dərəjədə öz əsərlərinə vaxt sərf edirsə, bəstəkarda o dərəjədə vaxt sərf edir, həyajan keçirir.

Yaradıjı şəxsiyyətin keçirdiyi stressə güjlü relaksasiya tələb olunur. Əfsuslar olsun ki, ailə bunu öhdəsinə götürə bilmir. Ailə özü problemlidir və yaradıjı şəxsiyyət stresdən azad olmağı ailədən kənarda tapır.

Dünya injəsənətinə dahi əsərlər bəxş edən yaradıjı insanların psixoloci durumuna nəzər yetirək. Bu insanlar güjlü kişi və güjlü qadın başlanğıjlarının vəhdətidirlər. Bu sənətkarların əsərlərində hər iki jinsin hərtərəfli, ən injə məqamlara belə toxunaraq xarakterizə edilməsini başqa jürə izah etmək olmaz. Qolsu Orsinin yaratdığı İren, Tolstoyun yaratdığı Nataşa Rostova, Puşkinin yaratdığı Tatyana və Olqa, Ordubaninin yaratdığı Qətibə, Dümanın yaratdığı Miledi, Drayzerin Jenni Herhardı və s.i. obrazlar qadın psixoloqiyasının dərinliklərinə sirayət edən kişilər yaratmışdır. Çaykovskiyə sual edirlər ki, axı siz qadınların keçirdiyi hissləri hansı səbəbdən belə gözəl təsvir edirsiniz?

Dünya miqyaslı yazıçıların öz əsərlərində kişi və qadın problemlərinin açıqlaması onların daxilində hər iki başlanğıjın eyni dərəjədə inkişafından xəbər verir. Balzak janini və zadəganı, ismətli qadını və yolunu azmış qadını eyni dərəjədə dahiyanə qələmə alır, onların iç dünyasını xarakterizə edir.

Beləliklə, dünyanın ikili başlanğıj üzərində qurulduğunu qəbul etməli, tarazlığı qorumalıyıq.



  • kişi miqyasılı, qadının dərin düşünjəli olmasını qəbul etməliyik.

  • hər bir kişinin iç dünyasında qadının, hər bir qadının iç dünyasında kişinin olmasını qəbul etməliyik.

  • mədəniyyət qadın başlanğıjlı, injəsənət kişi başlanğıjlıdır.

  • dahi sənətkarlar kişi və qadın başlanğıjlarını özlərində daşıyan insanlardır.


Fikrət Əlizadə
Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin