«gender və TƏHSİL: İnsan və CƏMİYYƏT»


Universitet məkanında gender iqlimi



Yüklə 0,52 Mb.
səhifə2/6
tarix22.04.2017
ölçüsü0,52 Mb.
#15354
1   2   3   4   5   6
Universitet məkanında gender iqlimi

Məruzə Gender Araşdırmaları Mərkəzi tərəfindən keçirilmiş sosioloci sorğunun materialları əsasında tərtib edilmişdir, təhlillər və əldə edilən nətijələri özündə kəsb edir. Tədqiqat yekunları universitet məkanında gender iqliminin durumunu həm müəllimlərin, həm də tələbələrin nöqteyi-nəzərindən qiymətləndirilməsini qənaətlər və tövsiyyələrlə tamamlamağa imkan yaratmışdır.

Məruzə dörd ardıjıl bölmədən ibarətdir. Əvvəljə birinji bölmədə sorğuda iştirak edən müəllimlər və tələbələrin status xarakteristikaları təhlil edilmişdir. İkinji bölmədə azərbayjan universitetlərinin professor-müəllim heytinin gender münasibətləri sistemində durumu təhlil edilmişdir və bu sahədə baş verən dəyişiklər qiymətləndirilmişdir. Üçünjü bölmədə universitet məkanında «tələbə-tələbə» və «tələbə-müəllim» münasibətlərinin gender aspektləri araşdırılmışdır və bu aspektlərinin daha geniş sosial mühitin təsirləri öyrənilmişdir. Sonunju bölmədə iki istiqamətdə aparılan təhlillərin ümumiləşdirilməsinə yer verilmişdir.

1. Müəllim və tələbə respondentlərin status göstərijiləri

Müəllim-respondentlər (jəmi 208 nəfər) üç əsas elmi fən istiqamətlərini təmsil etmişdilər. Daha böyük qrup (təxminən 40%) eyni zamanda gender problematikasında provayder rolunu oynaya biləjək qrupdur (sosiololqlar, hüquqşunaslar, tarixçilər, iqtisadçılar və s.). Təbiət, dəqiq və texnika elmlər istiqamətini 57 müəllim (27,4%) və hümanitar (pedaqoqika, dil, curnalistika, kitabxana) ixtisasları 68 nəfər, yəni 32,7% respondent təmsil etmişdir. Digər göstərijilər üzrə də seçilən respondent qrupları kifayət qədər təmsil olunmuşlar və bu qrurların mülahizələri və rəyləri dayanıqlı sayıla bilər. Belə ki, məllimlərin müxtəlif yaş nəsillərini də təmsil etməsi öyrənilən problemə dair münasibətdə maraq doğurur: javan pedaqoqların (14,9%), orta yaş nəsli, yetkin yaşda olan və qojaman müəllimlərin baxışları ilə müqaisə edilməsi vajibdir. Ən kütləvi elmi-pedaqoci qrup orta yaşdadır (31-45 yaş) və bütün seçmnin 41% təşkil edir.

Qadın-müəllimlər (64,4%) təxminən kişi-müəllimlərdən (35,6%) iki dəfə çox olmaqla həqiqətən ali məktəb pedaqoqu peşəsinin daha çox «feminist» tərəfini (tərbiyyə və sosiallaşma məsələsi) əks etdirmiş olur, o zaman ki, həmin peşənin elmi tərəfi onun daha çox kişi (maskulin) elementini təmsil etmiş olur. Beləliklə, ali təhsil məkanında bu fərq gender iqliminə təsir edən vajib amil ola bilər. Əlbəttə ki, ali təhsil ixtisasları və peşələri arasında burada müəyyən fərqlər mövjud ola bilər.

Respondent-tələbələr (jəmi 496 tələbə anket suallarına javab vermişdilər) əsas sosial-demoqrafik və sosial-iqtisadi göstərijiləri – yaş-jins, ailə vəziyyəti, doğulduğu yer, oxuduğu ali məktəb, fakültə və ixtisas mənsubiyyəti onların davranış, mülahizə və rəylərinə təsir göstərir və həllediji fərqləndirmə əhəmiyyətinə malik olurlar. Eyni zamanda bu parametrlərin bir-birili əlaqəli olması da nəzərə alınmalıdır. Məsələn ailənin maddi durumu və mənşəi ilə korrelyasiya qeyd edilmişdir. Bakı sakinləri (259 tələbə) arasında 22,8% özünü maddi jəhətdən təmin olunmuş ailəyə aid edirlər, Bakıdan kənarda doğulanların isə - yalnız 15,6%-i. Nisbətən təminatlı respondentlər (24,5%) rus bölməsində daha çoxdur, nəinki azərbayjan bölməsində (15,4%).

Tələbə-respondentlər müxtəlif təhsil pilləsi və kursları təmsil edirlər və bu səbəbdən onların «tələbə-tələbə» və «tələbə-müəllim» münasibətləri təjrübəsi də fərqlidir. Fərz edilir ki, onların şərti olaraq müxtəlif submədəni qruplara aid olması (doğulduğu yerə görə - şəhər və əyalət sub-mədəniyyətləri) guman ki, qrup münasibətləri və gender münasibətləri də fərqli olajaqdır. Beləliklə, apparılan təhlil universitet məkanında gender iqliminin tələbələrin mülahizə və rəylərində işıqlandırılması əsasında aparılır və bir çox yerdə müəllimlərin nəzəri nöqteyi ilə müqaisə edir. Müəllimlərdən daha əhəmiyyətli fərq tələbələrin məhz transformasiya səbəbi və iştirakçısı deyil, onun daha çox «məhsulu» olmasından ibarətdir. Törədən təsirlər çoxsaylıdır: ailə, dostlar dairəsi, məktəb, KİV-lər, biznes, dövlət və s.
2. Müəllimlərin gender münasibətləri: mahiyyət və kontekst

Yuxarıda qeyd edilən status xüsusiyyətlərin sözsüz ki, öyrənilən məsələlər dairəsinə bir başa aidiyyəti və təsiri vardır, çünki müəllimlərin peşə karyerası, universitetdaxili tutduqları statusu, özünün elmi istiqamət üzrə malik olduğu nüfuz səviyyəsi, tələbələr tərəfindən qazandıqları reputasiyası (ad-şöhrəti) onların gender münasibətlərinə öz mövqeyinin formalaşması, gender iqliminə uyğunlaşması və bu iqlimdə fəaliyyəti daxildir. Eyni zamanda olduqja vajibdir ki, gender elminin inkişafı şəraitində peşakar pedaqoqların gender kompetentliyi (elmi-nəzəri səriştəsi) layiqli səviyyədə olsun. Tədqiqat göstərdi ki, respondentlərin etirafına görə təxminən 30% müəllimlər «gender» anlayışının dəqiq bilmədiklərini etiraf etmişdilər. Sorğu zamanı sonrakı dəqiqləşdirmə göstərdiki, bu anlayışın bildiklərini qeyd edən respondentlərdən bir çoxu əslində ona yanlış və ya səthi tərif verirlər.

Sorğu konsepsiyasında zənn edilirdi ki, universitet mkanını əhatə edən ijtimai mühitdə gender problemi (xüsusən onun KİV-lərdə işıqlandırılması) universitet məkanında gender iqliminə təsir edir. Sorğudan məlum olur ki, bu istiqamətdə respondentlər üçün ən çox televiziya və internet kanalları seçilir.

Ənənəvi olaraq gender problematikasında birinji yerə mütləq gender bərabərsizliyi bir sosial və siyasi əhəmiyyətli məsələ kimi çıxır. Bir çox tədqiqatçılar bu yolda həm qadınların problemlərinin həllini, həm də jəmiyyətin problemlərinin həllində məhz qadın protensialının səmərəli istifadəsini nəzərdə tuturlar. Digər tədqiqatçılar gender bərabərsizlyini ümumiyyətlə qabartmırlar, və onu jəmiyyətdə siniflər və ya stratlar arasında ədalətli (və ya ədalətsiz) münasibətlərin tərkib hissəsi kimi görürlər. Onlar hesab edir ki, təbiətdən fərqli olan qadın və kişilər müxtəlif tərzdə müsbət və ya mənfi mahiyyətli ijtimai qüvvələrin təsirinə məruz qalırlar, əlbəttə daha çox halda təzyiqi hiss edən qadınlar olur. İstisna etmək olmaz ki, sözsüz ki, bəzi sahələrdə qadınları məhz kişilər istismar edir. Bəs bu problemə respondentlər nejə baxırlar?

Respondentlərin ən böyük qrupu (41,8%) etiraf edir ki, gender bərabərsizliyi problemi mövjuddur. İkinji yerdə gələn qrupun (32,2%) fikrinjə, bərbərsik problemi hərdən bir meydana gəlir (kəskinləşir). Problemin mövjud olmadığını bildirən qrup 11,5 faiz təşkil etmişdir, 13,9% bu məsələdə aydın təsəvvürə malik olmadığını bildirmişdir ki, bu da yuxarıdakı gender səriştəliyi məsələsi ilə yaxşı səslənir. Beləliklə, gender problematikasının universitet məkanında işləməsinin yollarından biri olan onun tədris prosesinə daxil edilməsi təkjə tələbələrin deyil, həm də müəllimlərin gender səriştəliyinin (kompetentliyinin) yüksəldilməsinə xidmət etmiş olar. Respondentlərin ən böyük qrupları gender problemlərinin tədris edilməsində kütləvi maarifləndirmə (bütün fakültə və bütün ixtisaslar üçün – 37%), fənlər çərçivəsində mövzu problemi kimi (17,3%), ixtisaslaşma üzrə (14,4%) kimi seçmişdilər. Hazırkı vəziyyətdə bunun məhdud aparılmasının izahatı zamanı saatların məhdud olmasına daha çox istinad edilir (28,4%), yetərli biliklərə ehtiyaj olduğu bildirilir (24,3%), və maraqlı olmadığı və ya buna ehtiyaj duyulmadığını (14,4-14,9%) bildirmişdilər.

Kişi müəllimlərin böyük qismi gender problemi ilə maraqlanmır, qadın-müəllimlər daha çox sayda tədris saatlarına ehtiyajı vardır, nisbətən daha çox kişi-müəllimlər (18,9%) qadınlara qarşı (11,9%) buna ehtiyajın olmadığını bildirmişdir. Analoci olaraq göstərmək olar ki, daha gənj pedaqoqların əlavə gender biliklərinə ehtiyajı daha çoxdur. Beləliklə,Universitet məkanında gender iqliminin təkmilləşdirilməsinə xidmət edən araşdırma və maarifləndirmə işlərində kişi müəllimlərin potensialının daha geniş jəlb olunması imkanı və ehtiyajı mövjuddur.

Yenidən gender bərabərsizliyi məsələsinə onun əks tərəfindən yanaşaraq bu istiqamətdə respondentlərin hüquqi-mənəvi dəfərlər yönümünün qiymətləndirilməsi maraq doğurmuşdur. «Qadın və kişi hüquq və imkanlar bərabəliyi ideyasına tərəfdarsınızmı?» sualına javab olaraq respondentlərin əksəriyyəti (78,4%) təsdiq javabını vermişdilər, bunu rədd edənlər 13,5% təşkil etmişdilər və 7,7% respondent suala javab verməkdə çətinlik çəkmişdilər. Tərəfdarı olmayanların əksəriyyəti təbiət, dəqiq və texniki elmlər istiqamətinin kişi nümayəndələri (şərti olparaq «texnokratlar»), olmuşdular.

Universitet məkanında gender proseslərinin təzahürü kimi, sözsüz ki, müəllim peşəsinin jinsi mənsubiyyətlə bağlı olub-olmasını göstərmək olar. Respondentlərin mütləq əksəriyyəti (78,8%) qeyd edir ki, müəllim peşəkarlığı jinsi mənsubiyyətlə nə bir bahşa, nə də hər hansı bir əhəmiyyətli əlaqəsi yoxdur. Bununla yanaşı daha çox respondent kişilər məhz özlərini peşəkar sayırlar, daha kiçik miqyasda bunu qadınlara da aid etmək olar (bax aşağıdakı jədvələ) .

Bununla yanaşı tamamilə aydındır ki, müəllimlərin peşəkarlığı təkjə fərdi məsələ deyildir, həm də peşə dairəsi mənsubluğu məsələsidir. Bu səbəbdən, kişi və qadınların hansı kollektivlərə uyuşma imkanları məhz universitet məkanında maraq doğurur. Sorğudan məlum olur ki, respondentlərin yarıdan çoxu (52,4%) ən münasib variant – qarışıq kollektivləri hesab edirlər, təxminən hər üç respondentdən biri buna əhəmiyyət vermir (31,3%). Bununla belə hər alta adamdan birinin seçimi daha konkretdir (ya kişi, ya qadın kollektivi).



Bu yraqmentdə gəldiyimiz nətijə: universitet məkanında gender iqliminin vajib göstərijisi kimi gender tolerantlığı üstün münasibət təşkil edir. Həmin məsələni tələbə kontingenti ilə işləmək istəyində araşdırarkən respondentlərin seçimi təxminən oxşar olmuşdur. Göründüyü kimi, müəllimlər əksər halda hansı (təkjins yoxsa qarışıq) tələbə qrupunda işləməsinə fərq vermirlər. Bununla yanaşı elə ixtisaslar ola bilər ki, bunun əhəmiyyəti vardır. Ümumiyətlə isə bu da hazırkı zamanda Azərbğayjanın universitet məkanında sağlam gender iqliminin olmasına dəlalət edir.

Sözsüz ki, universitet məkanında gender ab-havasının idarəetmə məsələlərində birüzə verməsi də iqlimin sağlam və sabit saxlanmasına xidmət etmiş olar. Bəzi hallarda təhsil ojaqlarının idarəolunmasındakı problemlərdən qadın müəllimlər və işçilər daha çox əziyyət çəkirlər və belə olduqda müsbət dəyişiklərə inanan qadınlar daha çoxdur (23,1%), nəinki kişilər (16,2%). Ən javan qrupda inananlar (35,5%) daha çoxdur, nəinki digər yaş qruplarında.

Universitet məkanından kənar təsir amilləri. Sosioloci anlamda müvafiq stereotip baxışların, və dəyərlərin formalaşmasında digər sosial institutlar - ailə, yaxın ünsiyyət dairəsi, KİV-lər və s., əhəmiyyətli (bir çox halda isə həllediji) rol oynayırlar. Mühit təsirlərinə dair sorğudan məlum olur ki, 75% respondlent, yəni hər 4 nəfərdən üçü ailənin gender təsəvvürlərin formalaşmasına təsir göstərdiyini israr edirlər. Əlbəttə, əksər respondentlər bunu ailənin çoxplanlı fəaliyyətində: təsərrüfatı, təlim-tərbiyyəsi, nəsillər münasibəti, ailə sağlamlığı, ailənin inkişaf yollarında görürlər. Bununla əlaqədar olaraq, ailədə əmək bölgüsü ilə bağlı məlum olur ki, sayja və həjminə görə əsas ailə işlərinin yükü qadınların üzərinə düşür. Kişilər daha çox maddi təminat, büdjə üzərində nəzarət, və infrastruktur məsələlərlə məşğul olurlar. Qeyd edək ki, hər altı ailədən birində indiki zamanda həllediji sayılan ailə büdjəsinin idarə olunmasını birgə olaraq həm kişi, həm qadın həyata keçirirlər. Daha çox kişilər və daha çox «texnokratlar» hesab edir ki, ailənin mühüm məsələlərinə (bu isə əsasən xariji təminatı və təhlükəsizliyi əhatə edir) kişilər javabdehdirlər və nəzarət edirlər. Bunun əksinə isə qadınlar və ijtimai-hümanitar istiqamətlərin nümayəndələri hesab edir ki, ailənin mühüm sahələrinə məhz qadınlar nəzarət edir. Bunu konkret olaraq «Ailə büdjəsinin idarəedilməsi» timsalında nümayiş etdirdik.

Ailədə qərar qəbulu. Yekun olaraq bütün ailə daxili işlər və fəaliyyət sahələri qərar qəbulu məsələsində öz məjmu ifadəsini (kvintesensiyasını) tapmış olur. Tədqiqat göstərdi ki, sorğular aparılmış universitetlərdə (və guman ki, ölkənin bütün universitet məkanında), aparıjı sima olan müəllimlərin ailələrində aşağıdakı durum formalaşmışdır: kişilər daha çox evin/mənzilin təmirinə javabdehdirlər və 50,4% halda müstəsna qərar qəbul edirlər, qadınlar «nə hazırlamaq» məsələsi üzrə 51.5% halda qərar qəbul edirlər, kişi və qadın birlikdə «uşaqların nigah» məsələsi, «uşaqların sayı» -55,8% və «ümumi ailə problemləri» – 55,1%, yəni strateci və uzunmüddətli təsirə malik məsələlərdə birgə qərar qəbul edirlər.

Gözləmək olar ki, burada da bir-birindən xeyli uzaqlaşan mövqelərin ortalaması mövjuddur. Təhlil göstərir ki, həqiqətən qadın-respondentlər ailədə qadının qərar dairəsini daha geniş sayırlar, kişilər isə – bunun əksinə – kişilərin qərar qəbulu dairəsini. Yalnız birgə strateci məsələlərdə onların mövgeləri üst-üstə düşür.

Vajib məsələ kimi, müəllimlərin ailə və peşə vəzifələrinin qarşılıqlı uyğunlaşdırılması məsələsi olmuşdur. Əksər respondentlərin iki (və daha çox) sahələrdəki fəaliyyətlərini tarazılaşdırması bildirilmişdir (62%).

Nəhayət bütün bunların jəmlənməsi kimi, universitet məkanında gender iqliminin həm kişi, həm qadın müəllimlərin peşə fəaliyyəti və işindən razılıq hissi keçirməsi ilə ölçülməsinə diqqət yetirilmişdir. Öz elmi-pedaqoci fəaliyyətindən razı qalanlar bütün respondentlərin 68,3% təşkil etmişdilər. Lakin təxminən hər üç şəxsdən birinin bunlardan razı olmadığı və ya tərəddüd etdiyi məlum olmuşdur.

Beləliklə universitet məkanında xeüli müəllimlər bu məsələdə hələ aydınlıq əldə etməmişdir. Zənn etmək olar ki, məhz bu qrup universitet məkanını, o jümlədən gender iqlimini, riskə məruz qoyan potensial qrupdur, çünki onların narazılıq və ya laqeyd münasibəti özlərindən tədrijən digərlərinə keçməklə münaqişə hallarının yaranmasına, və çox guman ki, fikir ayrılığı əsasında gender münasibətlərində gərginliyə səbəb ola bilər. Araşdırmadan məlum olur ki, daha az razı qalan yaş qrupu 31- 45 və 60-dan yuxarı olanlardır və onların əsasən daha javan qrupla (30 yaşa qədər) münasibətdə potensial gərginlik vardır.

Bölmənin nətijəsi. Universitet məkanında gender iqlimi elementlərinə müəllimlərin münasibətinin təhlili əsasında qısaja aşağıdakıları qeyd edək:


  1. Mövjud gender iqlimi demokratiklik və tolerantlıqla xarakterizə olunur.

  2. Bazar münasibətləri və liberallaşma istiqamətində davam edən ijtimai transformasiya ali təhsil məkanında getdikjə daha çox təzadlarını trədə bilər və bu gender iqliminə də mənfi təsir edə bilər.

  3. Müəllimlərin qarşılıqlı münasibətlərinin gender komponenti daha çox «kişi-müəllim – alim» və «qadın-müəllim – pedaqoq» dixotomiya tarazılığına əsaslanır ki, bu da universitet məkanında müvafiq sosial mobilliyi təmin edir.

  4. Dəyərlərin transformasiyası getdikjə maddiyyət və nətijəlik meyarlarını ön plana çəkəjək v bu da universitet məkanında rəqabət və mübarizə (o jümlədən jinslərarası) meyllərini güjləndirəjəkdir.

  5. Müəllimlərin tələbələrə qarşı güjlənməsi guman edilən sırf utilitar münasibətinin də təzadları (gender daxil olmaqla) yaxın gələjək universitet məkanında meydana çıxa bilər.


3. Tələbələrin gender iqliminə münasibəti

Birinji olaraq, tələbələrin təhsil məsələləri ilə bağlı rəyləri və mülahizələri öyrənilmişdir.

Təhsil sahəsində yönümlər və problemlərə münasibət. Respondentlərdən həm oğlanlar, həm qızlar üçün hansı təhsil səviyyəsinin kifayət olmasını soruşulanda, əksər respondentlər bütün gənjlər üçün mümkün qədər yüksək təhsil səviyyəsinə yiyələnməyi tövsiyyə etmişdilər. Belə ki, ümumiyyətlə qızlar üçün ali təhsili almağın vajibliyini 87,3% respondent, oğlanlar üçün isə – 88,1% respondent qeyd etmişdir.

Qızlar daha çox hesab edir ki, onlar özləri yüksək təhsil pillələrinə yiyələnməlidirlər (92,1% - bakalavr və yuxarı), nəinki oğlanlar (müvafiq olaraq 77,7%). Eyni vəziyyət oğlanlara dair demək olar. Fikrimizjə, bu münasibət təhsil nemətləri uğrunda gender rəqabətin qeyriaşkar təzahürüdür. Bu rəqabətin səviyyəsinin yüksəlməsinə belə bir obyektiv əsas vardır ki, nüfuzlu ixtisasların sırası daralmışdır və əsasən hümanitar (xariji dil, tərjüməçi və s.) və ijtimai fənn ixtisasları ilə (hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, mennejment) məhdudlaşır.

Bununla yanaşı məlumdur ki, təhsil səviyyəsi və ixtisas seçimində gənjlərin qərarlarına ailənin (valideynlərin istəyi və ya nümunəsi), döstların, və mediaların (təbliğatın) təsiri güjlüdür. Ailənin seçimi bütövlükdə ailənin rifah və əminamanlıq maraqları ilə müəyyən edilir: əgər adi vəziyyətdə ailədə oğlan və ya qıza üstünlük seçimi 72,9% respondent üçün mövjud deyildirsə (halbuki 25,4% - oğlana, 1,7% qızlaradır), amma çətin maddi halda və ya digər məhdudiyyət olduqda, fərqin olmaması yalnız 30,2% ailədə, oğlan və qızlara dair üstünlük seçimi müvafiq olaraq 53,5% və 16,3% səviyyəsinə qədər yüksəlir.

Ümumiləşmiş halda isə baxmayüaraq ki mütləq əksəriyyət təşkil edən ailələrdə (81%) fərq qoyulmur, yenədə oğlanlara 16,3% ailələrdə (jəmi 2,7% qızlara qarşı) üstünlük verilir.

Seçim məqamı yarananda, respondent oğlan və qızların fikirləri yaxın olur, yəni hər ikisi ailədə oğulun təhsilini «ştatdankənar vəziyyətdə» daha vajib sayırlar, nəinki ailənin qızının.

Beləliklə məlum olur ki, təhsilə inkişaf üçün bir qiymətli resurs kimi baxılsa, onda müasir azərbayjan ailələrində onun eyni dərəjədə oğullar və qızlar üçün əl çatan olması yönümləri vardır (lakin bir qədər oğullara üstünlük verilir). Bununla belə rseçim məqamı güjlənirsə (maddi və digər jəhətdən) onda, hər iki ailədən birində oğulun üstün tutulması, yalnız 6 ailədən birində isə ailənin qızının üstün tutlması müşahidə olunmuşdur.

Özü-özlüyündə qızların ali təhsilli olmasının müxtəlif səbəblərdən vajibliyi respondentlərin 77% tərəfindən qeyd edilmişdir. Bununla yanaşı 17,3% belə hesab etmir.

Tədqiqat göstərmişdir ki, bu məsələdə fikir ayrılığı kişi-respondentlər və qadın-respondentlər arasında mövjuddur. Birinjilərin 59,6% qızların ali təhmsilli olmasını vajib saydığı halda, ikinjilərrin 85,8% bu fikir olmuşdur, yəni qızlarvn özlçri üçün ali təhsilin dəyər təşkil etməsi, və başqalarının buna münasibəti arasında ziddiyyət vardır: həm ailədə, həm qarşıya qoyulan jins qrupunda qızların təhsilli olması özlərinin hesab etdiyi qədər zənn edilmir. Bu münasibət ailə vəziyyətindən asılıdır: maddi səviyyəsi ortadan aşağı olan ailələrdə nisbətən az respondent (64% - digər qruplardakı 75-79% qarşı). Tələbələrdən ali məktəbə nəüçün qəbul olunmalarının səbəbini soruşanda, javabların reytinqinə görə aşağıdakı kimi sıralanması əldə olunmuşdur:

- maraqlı peşəyə yiyələnmək 23.2%,

- rəhbər olmaq, yüksək vəzifə tutmaq 22.4%,

- intellektual sahəyə mənsub olmaq 20.2%,

- öz statusumu yüksəltmək 14.5%,

- digər (fərqli) səbəblər 8.5%,

- diplom almaq 6.7%,

- valideyinlər məjbur etdilər 2.2%.

Beləliklə, bir neçə mühüm məqsəd dəyəri ilə yanaşı instrumental dəəyrin də yüksək yer tutması müşahidə olunur. Öz javablarını əsaslandıran respondentlər aşağıdakı göstəriji fikirləri əlavə olaraq anketdə qeyd etmişdilər: «xalqima ve dövlətimə xidmət etmək», «valideyimlərimə ve vətənimə yararli olmaq», «ixtisasima mukəmməl səviyyədə yiyələnmək uçun», «həyatda zəngin arsenala malik olmalisan, baş verən hadisələri təhlil etməyi bacarmalisan», «gələjəkdə tanınmış yüksək professional olmaq üçün».

Bununla yanşı təhsil seçimi gənjlərin yalnız xalis öz seçimi olmadığından onların müəyyən dərəjədə qətiyyətsizliyi ali məktəbə daxil olarkən ixtisasın seçilməsi məsələsində özünü birüzə verməyə başlamışdır. Belə ki, ən böyük respondent qrupu (26,6%) seçdiyi ixtisasın nüfuzlu olduğunu göstərmişdirsə, ikinji böyük qrup üçün (25,2%) görünür ki, bu tam aktual olmamışdır. Bu vəziyyətə test imtahanları zamanı geniş ixtisas seçimi də (15 ixtisas variantı) şərait yaratmış olur. Yuxarıdakı fikirlərə təsdiq olaraq üçünjü yerdə «valideyn məsləhəti (seçimi)» - 17,3%, və nəhayət dördünjü yerdə «sərfəli ixtisas» - 10,7% (instrumental dəyər) respondent qrupunu qeyd etmək olar.

Təhlillər göstərir ki, həm ali təhsilin seçilməsi, həm ali məktəbdə ixtisasın seçilməsində oğlan və qızlar arasında, müxtəlif yaş qrupları, maddi vəziyyət qrupları, təhsil bölməsi və digər göstərijilərə görə əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Bu göstərir ki, ali təhsil və ixtisas seçimində sosial mexanizmlər jəmiyyət üçün təsbit olunmuş stereotiplər səviyyəsində fəaliyyət göstərirlər. Beləliklə, ali təhsilin və seçilən ixtisasın (peşənin) nüfuzu və sərfəliliyi, valideyn «xeyr-duası» əsas meyarlar kimi tətbiq olunur.

Nəzərə alınmalıdır ki, təhsilin nətijələri də respondentlərin nöqteyi nəzərindən çox önəmlidir. Sorğu göstərir ki, təhsili başa vuran tələbələr əsasən ixtisası üzrə işləməyə (44,9%), təhsili növbəti pilləsində (məsələn, ikinji təhsil, aspirantura, diplomdansonrakı təhsil və s. proqramlar) davam etməyə (23,9%), bakalavraturanı bitirənlər isə (17,95) - konkret olaraq məhz magistraturaya daxil olmağı planlaşdırırlar.

Sözsüz ki, burada iki məqam əhəmiyyətlidir:



  1. ixtisas üzrə işə başlamaq (davam etmək) – real şəraitdə bu çox da asan məsələ deyildir;

  2. fasiləsiz təhsil konsepsiyasına oxşar olaraq təhsili davam etmək niyyətləri – bunun da gənjlər üçün müəyyyən maneə və problemləri ola bilər.

Hər iki halda gənj mütəxəssislərin ailəlik, maddi müstəqillik (yetərli əmək haqqı) və müvafiq institusional mühit (dövlət qanunları, sahibkarlıq, təhsil və gənjlər dövlət siyasəti və s.) kimi amillərə ehtiyajı duyulajaqdır.

Təhsil mühiti. Gənjlərin nejə ali təhsilli mütəxəssis yetişməsi onların universitet məkanında tədris illərinə təsadüf edən fəaliyyətlərinin dolğunluğu və səmərəliliyi, həmkarları və müəllimləri ilə münasibətlərindən həllediji dərəjədə asılıdır. Təhsil mərhələləri (növbəti kurslar) məhsuldar olduqda, və bu irəliləyişi tələbə özü hiss etdikdə, onun bu münasibətlərə verdiyi qiymətlərin də mənalı olması şübhəsizdir. Belə qiymətlərdən ən vajibi gender aspektidir ki, tələbə ünsiyyətdə olduğu müəllimlərin ijtimai faydalılıq dərəjəsini də onların müxtəlif jəhətləri ilə (o jümlədən gender mənsubiyyəti ilə) əlaqələndirirlər. Məlum olmuşdur ki, müəllimin tələbə gözündə etimad qazanmasında jinsi mənsubiyyətin əhəmiyyətli deyildir, başqa peşəkarlıq meyarları ön plana çəkmiş olur və bunu eyni dərəjədə müxtəlif respondent qrupları bildirirlər.

Bu sahədə müəyyən problem olması da tədqiqat zamanı üzə çıxmışdır: tələbələrin fikrinjə (7,1%) müəllimlərin heç də hamısı nüfuz sahibi sayıla bilməz. Belələri ilə ünsiyyətdə olmaqdan tələbələr nəinki biliklər və təjrübə qazanmaq, əksinə bir sıra ziyanlı «ibrət dərslərini» mənimsəmək məjburiyyətində olurlar.

Tələbələrin müəllimə qarşı münasibətinə müəllimlərin tələbəyə qarşı münasibəti həllediji dərəjədə təsir göstərir. Burada ən mühüm məqam tələbələrin biliklərinin qiymətləndirilməsidir. Əksər respondentlər (68,3%) hesab edir ki, jinsə görə müəllimlərin yanaşmasında heç bir fərq yoxdur, yəni tələbələrin jinsi mənsubiyyəti bir çox halda ölçü meyarı kimi tətbiq edilmir. Bununla yanaşı, 27,6% halda buna əhəmiyyət verən var, özü də oğlan tələbələr daha çox halda (37,3%), nəinki qızlar (22,7%) buna xüsusi diqqət yetirirlər. Səbəbini və təzahürlərini təxminən belə izah edirlər: «Baxir müəllimə ve müəllimin tədris etdiyi fənnə. Qizlara daima qayğı və hörmət var».

Eyni zamanda tələbə–respondentlər onlara dərs deyən müəllimlərin timsalında kişi və qadınların yanaşmalarındakı fərqlərin olmasını bilidirirlər. Sorğuya əsasən, 60,7% respondent hesab edir ki, tələbələrlə işə yanaşmada guman ki, fərq yoxdur, 26,8% - bunun əksinə – daha çox fərqin olması ehtimal edilir, 12,5% isə ümumiüyyətlə müəllimlərin gender fərqlərindən asılı olmayaraq, onların iş tərzindən qane olmadıqlarını bildirmişdilər. Təhlil göstərir ki, bu suala oğlan və qızların, digər qrupların javabları kəskin fərqlənmir.

Təhsil məkanında mövjüd olan yönümlərin qiymətləndirilməsi üçün tələbə-respondentlərə müvafiq olan xüsusi mülahizələr təqdim edilmişdir və onların razı olub-olmamasını bildirmək xahiş olunmuşdur.

Birinji mülahizə: qızların ali texniki ixtisaslara yiyələnməsinin perspektivliyi onların təhsil məkanında və texniki tərəqqi şəraitdə gender bərabərliyi tərzində oğlanlarla rəqabət aparmaq imkanlarına münasibəti aydınlaşdırmışdır. Bu fikirlə bağlı mövqe fərqləri üzə çıxmışdır ki, təxminən 57.8% respondent bunun düzgün olmadığını, və qalan 42,2% isə əksinə bunun əsasən düzgün olduğunu hesab etmişdilər.

İkinji mülahizə daha çox kişilərə aiddir və onlar üçün təhsilin sırf instrumental təyinatı iddiasını irəli sürür. Bu fikirlə razı olanlar (75,1%), tərəddüd edən və razı olmayanlardan (24,9%) təxminən üç dəfə çoxdur. Beləliklə, təhsilə instumental dəyər, məjburi mərhələ kimi qiymətləndirilən yönüm ijtimai şüurda hakim mövqeyə malikdir. Nəhayət, üçünjü mülahizə qadınların peşə karyerası deyil sosial status qazanmanqla («diplom – jehizdir») əlverişli ailə qurmağa xidmət etməsinə münasibəti yoxlayır. Əksər respondentlər (71,5%) bunun həqiqətə heç uyğun olmadığını qeyd etmişdilər.

Ailə-sosial münasibətləri. Bu süallar silsiləsində gənj respondentlərin (həm oğlan, həm qızların) milli jəimyyətə xas bir sıra ənənə və adətlərin yeni ijtimai şərait (keçid dövrü) və yeniləşən təhsil məkanı ilə nejə uzlaşdığını araşdırılmasına yönəldilmişdir. «Ərdə olan qadının münasibətləri qohumları və dostları ilə məhdudlaşmalıdır» mülahizəsi ilə razı olmayanlar razı olanlardan üstün olmuşdular (66,6% - 33,4%-ə qarşı);

«Ərdə olan qadının münasibətləri həyat yoldaşının qohumları ilə məhdudlaşmalıdır» mülahizəsi 82,2% respondentin rədd javabı ilə qarşılanmışdır. «Qadın yoldaşının ijazəsi olmadan qonşulara baş çəkə bilər» ifadəsi javab verənləri üç qrupa bölmüşdü: fikirlə razı olanlar – 34,3%, bitərəf olanlar (nə razı, nə də narazıdırlar) –23,2%, və razı olanlar – 42, 5% təşkil etmişdir. «Qadın yoldaşının ijazəsi olmadan öz qohumlarına baş çəkə bilər?» müvafiq olaraq razı olmayanlar, bitərəflər və razıolanlar 36,8%, 18,6% və 44,5% olmmuşdur. «Kişi və qadınlar müxtəlif məjlislərdə birgə iştirak etməlidirlər (ailə məjlisləri, kino, teatr və s.)» - əəksər respondentlər bu iddianın tərfdarları kimi çıxış etmişdilər (85,3%).

Bütün bu javabları ümumiləşdirərək, israr etmək olar kı, gənjlərin qadınların şəxsi həyatı ilə bağlı yönümləri daha çox müasirlik və liberallıq, nəinki mühafizəkarlıq, təməlçilik və ənənəvi dəyərlərə istiqamətlənmişdir. Bununla yanaşı xüsusən kişi respondentlərin javablarında qadınların fərdi davranışı üzərində müəyyən nəzarətin lazımlığı sezir: Oxşar vəziyyət qadınların ijtimai yerlərdə davranışı, əmək fəaliyyəti, xidməti irəliləyiş, və nəhayət karyera qurmuş qadının elita nümayəndəsi sayılması iddialarına münasibətlə bağlıdır. Burada da respondentlərin rəyində tolerantlıq meylləri üstün olmuşdur.

Qadınların kişi kollektivinə və ya kişinin qadın kollektivinə qoşulması nə kəskin etiraz, nə də ki qəti razılıq hissi döğurur, əvəzində daha çox tərrəddüdlə müşahidə olunur (ən çox «yumşaq» razılıq və narazılıq javabları qeyd olunmuşdur). Respondentlərin hər üç nəfərdən birinin (32,8%) fikrinjə Azərbayjan qanunları tam həjmdə jins bərabərliyi prinsipinə riayət etmir. Digər ijtimai davranış və sosial dəyər nümunəsi kimi rəsmi nigah qeydiyyatının dini nigah (kəbin) qeydiyyatı ilə müqaisə edilməsindən ibarət olmuşdur. Respondentlərin əksəriyyəti (59,7%) hesab edir ki, diin nigah rəsmi nigahı əvəz etməməlidir, 14% buna ehtiyaj olduğunu bildirmişdir,26% tələbə-respondentlər isə javab verməkdə çətinlik çəkərək, məsələdə səriştəsi olmadıqlarını ifadə etmişdilər.

Gənjlərin həyatında təhsili davam etdirmək və tamalayaraq əmək fəaliyyətinə başlaması ilə yanaşı mühüm dəyişiklər sferası onun nigah bağlayaraq ailə qurmasıdır və burada vajib göstəriji kimi evlənmənin arzuolunan yaş həddi çıxış edir. Qadınlar üçün ailə qurmağın optimal yaş həddlərini respondentlərin 92,1% 18-25 diapazonunda təyin etmişdilər, özü də 25 yaşı – kritik son hədd kimi qeyd etmişdilər. Kişilərin optimal ailə qurmaq yaş həddi respondentlərin javablarında iki intervalı əhatə edir: 21-25 yaşda erkən evlənmək (37,7%) və nisbətən yetkin 26-30 yaşda – (54,8%). Beləliklə, müqaisə göstərir ki, oğlanların ailə qurmaq üçün ailə qurmaq şansları önjədən qızların ailə qurmaq şanslarından yüksək qiymətləndirilir. Qadın respondentlərin 59,7% oğlanların 26-30 yaş dövrünü optimal evlənmə dövrü sayırlar, amma 47% oğlan- respondentlər bunu kişilərə daha tez 21-25 yaşında tövsiyyə edirlər.

Yeni nəsillərin yaşlı nəsillərlə müqaisə edilməsi, yeniləşmə ab-havasının göstərijisi kimi, valideynlərin ailə həyatına bənzərliyi nümunəsində araşdırılmışdır. Respondentlərin ən böyük qrupu (41,3%) istəməzdilər ki, valideynlərinin ailə həyatını təkrar etsinlər, 31,3% tələbələrin bunun arzusunda olduqlarını bildirmişdilər, qalan 27,4% respondent fikir bildirməkdə çətinlik çəkmişdilər. Kişi-respondentlərdən 40,4% atasının ailə həyatını təkrarlamaq istəmişdilər, qadın-respondentlərin isə yalnız 26,7% analarının ailə həyatına nümunə kimi baxmışdılar.

Yeni nəsl nümayəndələri ailənin övladı kimi, hərəkət etməkdə müxtəlif məhdudiyyət-lərlə üzləşirlər. Bunların bir qismi vajib sayılan valideyn nəzarəti silsiləsindən olduğu halda, digər qismi lüzumsuz süıla bilər. Bununla əlaqədar verilən suala aşağıdakı javablar alınmışdır.

Jədvəldən göründüyü kimi, gənjlərvalideyn evində ən çox müxtəlif qadağalarla rastlaşırlar (55%), digər təsir növləri (təhdid, döyülmə və s.) az olsa da rast gəlir (üst-üstə 12%-dək), hər üç respondentdən təxminən biri isə (33,1%) hesab edir ki, ailə üzvləri tərəfindən onların davranışına heç bir məhdudiyyət yoxdur. Qadağaları daha çox qızlar (59,1%), nəinki oğlanlar (47%) hiss edirlər.



İjtimai həyatda iştirak. Tələbələrin ijtimai fəallığı onların müxtəlif təşkilatların işində üzv və ya könüllü kimi iştirakı ilə bildirilir. Sorğuya əsasən respondentlərin 30,2% təşkilat və ya qrup üzvüdür. Bun-lardan ən çoxu (50,7%) siyasi partiya üzvü, 14,7% QHT üzvü, və 13,3 % həmkarlar üzvü kimi ijtimai fəaliyyət göstərirlər. İjtimai fəallıq daha çox yeni tələbəliyə başlayan gənjlərə (qızlar və oğlanlar eyni dərəjədə) xasdır (36,5%), sonradan o, səngiyərək yuxarı kurslarda 18,7% səviyyəsinə qədər yenir. Magistratura və sonrakı təhsil pillələrində rast gələn ijtimai fəallıq zənn etmək olar kı, bir qədər geniş (yalnız universitet məkanında deyildir) xarakter daşımağa başlayır.

Qadınların ijtimai müstəqilliyi və statusu ilə bağlı respondentlərə təklif edilən bir neçə mülahizələrlə bağlı aşağıdakı nətijələr əldə edilmişdir:

1. «Parlamentdə qadınların sayı kifayəd qədər deyil» – yarıdan çox respondent - 53,5% -bu fiuirlə razı olduqdarını, 21,3% - neytral mövqe tutduqlarını bildirmişdilər. Həqiqətən, ölkə parlamentində qadınların az təmsil olunması onların daha böyük tərkibdə və daha səmərəlifəaliyyətinə doğru müəyyən gözləmələr yaradır.

2. «Parlamentdə qadınların daha çox təmsil edilməsi üçün kvotaların irəli çəkilməsi» – tezisi ilə 51,8% -razı olduqlarını, amma 30,8%- narazı olduqlarını bildirmişdilər, bu isə görünür, arzuolunmaz demokratik mədhudiyyətlərlə bağlıdır və həmdə bunun müsbət nətijəsi avtomatik təmin olunmamışdır.

3. «Siyasət - kişi işidir, ona görə də qadınların siyasət ilə işi olmamalıdır» – respondentlərin 67,2% bu fikurlə narazı olduqlarını, yalnız 14,7% razı olduğunu bildirmişdilər. Prinsipjə gənjlərə, görünür, çoxlu presedentlər tanışdır ki, qadınların siyasi liderliyi müsbət imij doğurmuşdur.

4. «Qadınlar təkjə qeyri hökümət təşkilatlarında iştirak edə bilərlər» – respondentlərin 77,2% bu iddia ilə razılaşmaması, və jəmi 10,5% respondentin bununla razı olması göstərir ki, heç bir əsas yoxdur ki, yalnız qadınlar və yalnız QHT-lərdə fəaliyyət göstərə bilsinlər.

5. «Dövlət strukturlarında peşəkar iş üçün biliklər daha vajibdir, nəinki jins» tezisi mütləq tərəfdaş əksəriyyəti - 84,1%- razı olanlları toplaya bilmişdir.

6. «Qadınların siyasi partiya və təşkilatlarda iştirakı məhdud və ya qadağan olunmalıdır» - bu, əslində antidemokratik şüar olduğundan buna 72,3% haqlı olaraq narazı olduqlarını bildirmişdilər.

7. «Bizim mentalitetimizə uyğun olaraq qadın ijtimai həyatda yoldaşının ijazəsi olsa aktiv ola bilər» müddəası respondentlərin fikir ayrılığına səbəb olmuşdur.

Beləliklə, tələbə-gənjlərin fikrinjə ölkəmizdə qadınların hüquqları, ijtimai fəallıq imkanları və nəhayət, real ijtimai qüvvə kimi konsolidasiya olmağı ilə bağlı müəyyən problemlər vardır ki, onların tədrijən həll edilməsi ardıjıl qadın siyasəti çərçivəsində həyata keçirilə bilər.

Respondentlərin 44,6% «gender» anlayışını bildiklərini göstərmişdilər, 21,4% - tam bilmədiklərini və 34,1% təsəvvürlərin az olmasını qeyd etmişdilər. Təhlil göstərir ki, oğlanlar və qızlar arasında bilik səviyyəsində fərqlər əhəmiyyətsizdir, yalnız azərbayjan bölməsində oxuyan tələbələr (50,4%) bir qədər rus bölməsində oxuyan tələbələrdən (37%) daha çox bu anlayışı mənimsəmişdilər. Bakalavr pilləsinin 3-4 kurslarında oxuyan tələbələr digər qruplardan (1-2 kurs və ya təhsili 4 ildən çox tələb edən ixtisaslarda) «gender» anlyışını daha yaxşı mənimsəmişdilər. Böyük fərqlər ixtisas qrupları arasında müşahidə olunur. Belə ki, «Təbiət, dəqiq və texnika elmləri» istiqaməti üzrə bilənlər 32,2%-dir, «Hümanitar (pedaqoqika, dil, curnalistika, kitabxana) elmlər» istiqamtində – 37,7%, lakin «İjtimai (tarix, hüquq, sosiologiya) elmələr» istiqamətində bu göstəriji 55,2%-ə çatmışdır. Beləliklə, tələbələrin böyük bir hissəsinin «gender» anlayışı və onunla bağlı digər məfhumları məniməsəməsinə obyektiv tələbatı vardır. Bu xüsusən təbiət fənləri və mühəndislik ixtisasları üzrə oxuyan tələbə kontingentinə aiddir.

Sorğunun sonunda gender bərabərliyi probleminin işıqlandırılması və təbliğində müxtəlif media növlərinin rolu tələbələrin gözü ilə dəyərləndirilmişdir. Onların fikrinjə, televiziyanın ənənəvi olan aparıjı roluna (30,8%) bu mövzuda rəqabət təşkil edən internet (27,4%) çıxış etmişdir. Bu məhz daha çox istifadəçi mövqeyidir, və təbii ki, gənjlər getdikjə daha çox internetdən müxtəlif məqsədlər üçün (o jümlədən, təhsil almaq üçün) bəhrələnməyə çalışırlar.

Beləliklə, gender problemləri ilə bbalğı biliklərin gənjlər arasında daha yayılmasında internetin geniş imkanlarından (saytlar, forumlar, çatlar, müntəzəm abünələr və s.) istifadə etmək məqsədəuyğundur.
Təhlilin nətijələri:


  1. Universitet məkanında gender iqliminin əsas və fəal daşıyıjısı tələbə kontingentidir. Tələbələrin öz arasında, müəllimlərlə münasibətlərində, təhsil iştirakçılarının davranışı üzərində gündəlik müşahidələrində gender amillərinin təzahürlərinin gənclərin sosiallaşmasına təsir göstərir.

  2. Ali təhsilə çıxışlarda ailə tərəfindən oğlanlar üçün bir qədər üstünlüklər yaradılır, lakin bu, əsasən xüsusi hallarda tətbiq edilir, ümumən fərqlər əhəmiyyətsizdir.

  3. Təhsil ojağının və ixtisasın seçilməsində gənjlər tam sərbəst deyildilər, lakin valideyn nümunəsi və məsləhəti daha çox müsbət rol oynayır.

  4. Bir çox tələbələr (həm qızlar, həm oğlanlar) ixtisas seçiminin güjlü motivi olduğunu təsdiq etməyə çətinlik çəkirlər.

  5. Ali təhsil sisteminin məhsulundan (bilik, bajarıqlar, peşə kvalifikasiyası) qızların səmərəli bəhrələnməsi oğlanlara nisbətən bir qədər problemli görünür, bir çox ixtisaslar üzrə qızlar oğlanlara yaxın gələjəkdə rəqabət təşkil edə bilməyəjəklər.

  6. Müasir azərbayjan ailəsi gənjlər üçün (və daha çox qızlar üçün) bir qədər komfortluğunu itirməkdədir, qızlar analarının ailə həyatını təkrarlamaq istəmirlər, oğlanların javablarında bu bir qədər az müşahidə olunur.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin