Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
Ə.Qarayev”. 
 


 
44
Qərargah rəisi: T.Ə l i y a r b ə y o v  
Təsərrüfat işləri üzrə şöbə rəisi
 
İ.Əfəndiyev 
 
Arxiv sənədlərində general İ.Vəkilovun Sovet hakimiyyəti illərində qeyrət və vicdanla 
çalışmasına aid maraqlı sənədlər, rəylər vardır. 
1933-cü il noyabrın iyirmi doqquzunda qocaman generala Azərbaycan SSR Mərkəzi 
İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası fərdi pensiya kəsmişdir. 
Ömrünün çoxunu Tiflisdə yaşayan və işləyən İbrahim ağa Vəkilov 1884-cü ildə rus qızı 
Yelena Yefimovna Yermolova ilə ailə qurmuşdur. Lakin bir-birini sevərək xoşbəxt ailə quran 
gəncləri imperator III Aleksandrın  ədalətsiz qanunu çıxılmaz vəziyyətdə qoymuşdu. Çarın 
qanununda deyilirdi ki, müsəlmanın rus qızıyla evlənməyi qəti qadağan olunur. Müsəlman oğlanı 
rus qızıyla evlənərsə, o, islam dinindən üz döndərib, xristianlığı  qəbul etməlidir. Xristianlığı 
qəbul etməsə, valideynlik hüququndan məhrum olunur. 
Vəziyyətdən çıxış yolu axtaran İbrahim ağa Vəkilov imperator III Aleksandrın müqəddəs 
sinoduna, yəni ruhanilər məclisinin ober prokuroruna - məşhur K.P.Pobednosevə müraciət etməli 
olur. O xahiş edir ki, xristian dinini qəbul etməyi ona məcbur etməsinlər və  kəbinini 
qanuniləşdirsinlər. Çarın sadiq nökəri K.P.Pobednosev qəti etirazını bildirir, hətta onun üzərinə 
hücum çəkərək deyir ki, siz rus qızı ilə  kəbin kəsdirməyi heç xəyalınıza belə  gətirməyin. Biz 
sizdən uşaqları alacağıq, sizin onlara atalıq etməyə hüququnuz yoxdur. 
Nəhayət, 1891-ci ildə bu gənc ailənin bəxt ulduzu doğdu. Tale sanki özü onların 
xoşbəxtliyini himayəyə aldı. Həmin il kapitan İbrahim ağa Vəkilov çarın xüsusi əmrilə ən yaxşı 
mütəxəssis kimi Türkiyəyə ezam olundu. 
İki il sonra - 1893-cü ildə  İbrahim ağa ilə Yelena Yefimovnaya bolqar keşişi Georgi 
Misarov qanuni kəbin kəsdi. Bu vaxt ər otuz doqquz, arvad isə otuz iki yaşında idi. 
Artıq onun ailəsi də böyümüşdü: ailənin böyük oğlu Borisin yeddi, Qlebin isə altı yaşı 
vardı. 
Aradan on altı il keçdi. Ancaq nə  İbrahim ağa Vəkilovun ata ürəyi sakit olur, nə  də 
Yelena Yefimovnanın ana qəlbi narahat döyüntüsünü kəsirdi. Onların intizarının  əsas səbəbi 
oğlanlarının hansı dinə qulluq etmələri idi. Tale onlara üçüncü bir övlad da bəxş etmişdi. 
Rənanın artıq on üç yaşı vardı, hara gedib, kimdən ağıllı bir məsləhət almalı? Nə rəsmi dövlət 
idarələri, nə də din xadimləri çıxılmaz vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilmirdilər. 
1909-cu ildə şair Abbas ağa Nazir yazıçı Lev Tolstoya məktub yazıb bildirmişdi ki, sizin 
“İnsana çoxmu torpaq lazımdır?” hekayənizi tatar - Azərbaycan dilinə  mənzum tərcümə 
etmişəm. Ona görə də sizdən izhari-hörmətlə xahiş edirəm ki, göstərilən tərcümənin nəşrinə və 
yayılmasına lütfən icazə verəsiniz. 
Tiflis və Bakıda çıxan qəzetlər öz səhifələrində müsəlman  şairinin Lev Tolstoyla 
məktublaşmasına səxavətlə yer vermişdilər. 
Ata  İbrahim ağa Vəkilov və ana Yelena Yefimovna da belə  qərara gəldilər ki, müdrik 
yazıçı Lev Tolstoydan başqa heç kəs bu ciddi ailə məsələsinə ağıllı cavab verə bilməz. Ona görə 
də 1909-cu il martın ikisində Tiflisdən Yelena Yefimovna yazırdı: 
“Bizim dərin istəkli müəllimimiz Lev Nikolayeviç! 
Məktubumla sizi narahat etdiyimə görə sizin qarşınızda üzrxahlıq üçün söz tapa 
bilmirəm. Bilirəm, sizdən mənim kimi məsləhət almaq istəyənlər çoxdur, bütün bunlara 
baxmayaraq, mən də sizə müraciət edirəm. Çünki həyat: mənim qarşımda gücümün yetmədiyi 
bir məsələ qoymuşdur. 
Çalışacağam ki, istədiyimi qısaca izah edim. Mənim  əlli yaşım var, üç uşaq anasıyam. 
Ərim müsəlmandır. Ancaq kəbinimiz qanunidir. Uşaqlarımız pravoslav (xristian) dininə etiqad 
edirlər. Qızım on üç yaşındadır. Oğlanlarımdan birinin iyirmi üç yaşı var. O, Peterburq 
Texnologiya İnstitutunun tələbəsidir. O birinin iyirmi iki yaşı var. Moskvadakı Alekseyev hərbi 
məktəbinin yunkeridir. Bax, bu oğullarım atalarının dini etiqadına - daha doğrusu, müsəlmanlığa 


 
45
keçmək üçün məndən icazə istəyirlər. Mən nə etməliyəm? Mən bilirəm ki, indi bu mümkündür 
və  həmçinin onu da bilirəm ki, bizdə yaşayan yadellilərə pis münasibət var. Onlarda bu fikrin 
oyanmasına səbəb xırda həyati məsələlər deyil: nə maddi təminat, nə də mənsəbpərdstlik onları 
bu işə təhrik edir. Ancaq qaranlıqda qalan Azərbaycan xalqına kömək etmək məqsədini güdürlər. 
Din onlara xalqa qovuşmağa, xalqa yanaşmağa mane olur. Amma mən qorxuram ki, bu dar 
düşüncəli məsləhətimlə də onları pis məqsədə təhrik edəm. Mən öz dərdlərimlə tənhayam. Ah, 
əgər mən öz əzablarımı və mübarizəmi yaza bilsəydim... Mən öz övladlarını dəlicəsinə sevən bir 
ananın göz yaşları ilə yazıram. Budur, əzabdan ağlımı itirmiş halda sizdən məsləhət almaq 
qərarına gəldim. Siz, yalnız siz, öz ağlınızla həyatımızın hazırkı  şəraitində bunun nə ilə 
nəticələnəcəyini duya bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu mənə 
dəhşətli əzablar verir. 
Lev Nikolayeviç, siz bizə, biz balaca adamlara heç vaxt ürəkdən gələn dəyərli 
məsləhətlərinizi  əsirgəməmisiniz Bunu bildiyim üçün cəsarət edib sizi öz xahişimlə narahat 
etdim. 
Dönə-dönə üzr istəyirəm ki, sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa məni 
məcbur edən dəlicəsinə analıq sevgisidir. 
Bütün qəlbilə sizə sadiq olan Yelena Yefimovna Vəkilova. 
1909-cu il martın on beşində Yasnaya Polyanadan göndərdiyi cavab məktubunda dahi sənətkar 
yazırdı: 
Yelena Yefimovna (Vəkilova) 
Sizin oğullarınızın tatar (Azərbaycan - Ş.N.) xalqının maariflənəmsinə kömək etmək 
arzusunu təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmməd dinini qəbul etməyin nə 
dərəcədə lazım olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, Sizə demliyəm ki, hökuməti etiraf 
etmədən, adamın hansı dinə  mənsub olması barədə kiməsə  məlumat verməsini artıq hesab 
edirəm. Elə buna görə də Sizin oğullarınızın Məhəmməd dinini pravoslavdan üstün tutaraq qəbul 
etmələri - yəni bir dindən başqa dinə keçmələri barədə kiməsə məlumat vermələri gərək deyil. 
Bəlkə bu, zəruridir, lakin bu haqda bir şey deyə bilmərəm, ona görə  də Sizin övladlarınız bu 
haqda lazımi hökumət orqanlarına xəbər verib - verməmələri barədə özləri qərar qəbul 
etməlidirlər. 
Müsəlmançılğın pravoslavlıq qarşısındakı üstünlüyünə  və xüsusilə Sizin övladlarınızın 
xidmət etdikləri məqsədin alicənablığına gəlincə, bu hərəkətinə bütün qəlbimlə  rəğbət 
bəsləyirəm. 
Xristian idealı  və  təlimini həqiqi mənada hər  şeydən üstün tutan bir adam üçün bunu 
etiraf etmək nə  qədər qəribə olsa da deməliyəm ki, müsəlmançılığın öz xarici formasına görə 
kilsə pravoslavlığından müqayisə olunmaz dərcədə yüksəkdə durması  məndə heç bir şübhə 
doğurmur. Belə ki, əgər bir kəsin qarşısında kilsə pravoslavlığına, yoxsa ki, islam dininə sitayiş 
etmə yollarından hansını seçmə  məsələsi qoyularsa, onda hər bir ağıllı adam, mürəkkəb və 
anlaşılmaz ilahiyyatı - üç sifətli allahın, günahın bağışlanması mərasimini dini ayinlərin İsanın 
anasına yalvarışının, müqəddəslər və onların  şəkillərinə saysız-hesabsız ibadətlərin  əvəzinə, 
şübhəsiz ki, bir ehkamlı vahid allahı və peyğəmbəri olan islam dinini  üstün tutar. 
...  Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə yarasa, Siz və yaxud da Sizin 
oğullarınız özlərinin sonrakı fəaliyyətləri haqqında qərarını mənə bildirsələr çox şad olaram”. 
 
Lev Tolstoy 
 
Lev Tolstoyun məktubundan sonra Tiflisdəki Zaqafqaziya ruhani idarəsi general - mayor 
İbrahim ağa Vəkilovun övladlarını müsəlmanlığa qəbul etmiş və bu barədə mufti Mirzə Hüseyn 
Əfəndi Qayıbzadənin imzası ilə rəsmi sənəd vermişdir. Uşaqların adını da dəyişdirmişlər - Boris 
Faris olmuş, Qleb isə Qalib kimi rəsmiləşmişdir. 
Peterburq Texnologiya İnstitutunu bitirən Faris yaxşı mühəndis kimi İttifaqda 
tanınmışdır. Moskvadakı Alekseyev hərbi məktəbini bitirib Qızıl Orduda komandir olan Qalib. 


 
46
Vəkilov isə görkəmli sərkərdə Mixail Frunze, Çingiz İldırım, Əliheydər Qarayev və başqaları ilə 
çiyin - çiyinə işləmişdir. 
Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktubun əslini oğlu Faris 1978-ci 
ildə Moskvadakı Lev Tolstoy adına Muzeyə vermişdir. 
  
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin