118
- Bu sənədləri bizə Fərruxun gəncədə yaşayan mərhum bacısı Dilrüba təqdim etmişdi.
İndi Qayıbovlar nəslindən Bakıda yaşayanı çoxdur. Siz isə birinci növbədə Zülfüqar müəllimi
görməlisiniz. O, bizim muzeyə Qayıbovlar haqqında çox qiymətli sənəd və şəkillər təqdim edib.
Hələlik Zülfüqar Qayıbovun ünvanını tapa bilmədiyimdən arabir muzeyə baş çəkirdim.
Bəlkə muzey işçiləri mənim sorğumdan sonra Fərrux haqqında yeni bir sənəd tapıblar fikriylə bir
gün yenə muzeyə getdim. Nərmin xanımı soruşdum. “Məzuniyyətdədir” - dedilər. Geri qayıtmaq
istəyəndə:
- Bir dəqiqə ayaq saxlayın, - deyə işçilərdən biri məni çağırdı. - Səhv etmirəmsə siz
təyyarəçi Fərrux Qayıbovla maraqlanırsınız, eləmi?
- Bəli, - dedim.
- Bir azca gözləyin, təyyarəçiyə məxsus yeni bir eksponat tapmışıq.
Bir azdan Sara Cavanşirova ipək bir yaylıqla qayıdır. Üstündə Peterburqdakı Pavlova
teatrının afişası olan bu zərif yaylığı illərin sınağı zərrəcə soldurmayıb.
Yaylıqda 5 noyabr 1912-ci ildə verilmiş iyirmi birinci konsert-balın proqramı əski rus
əlifbası ilə həkk olunub. Konsert-bal sözlərinin altında: “Kasıb azərbaycanlı - müsəlman
tələbələrinin nəfinə” yazılıb.
Konsert-balın proqramı üç şöbədən ibarətdir. Birinci və ikinci şöbələrdə rus, Avropa
bəstəkarlarının əsərləri, operalardan parçalar verilib. Uçüncü şöbədə isə Azərbaycan milli
rəqslərindən “Uzundərə”, “Qaytağı”, və “Cəngi” rəqslərinin oynanıldığı göstərilir.
Konsertin baş himayədarı tələbə İslambəy Hacıbəylinskidir. Məsul təşkilatçısı Gəray
Cabağıyevdir.
Yaylıq bu günlərdə general-leytenant Əliağa Şıxlinskinin şəxsi əşyalarının arasından
tapılıb.
Bu ipək yaylıq zərfə qoyulub üstündə belə yazılmışdı: “İlk tayyarəçi Fərrux Qayıbova
məxsusdur”.
Dostları ilə paylaş: