49) Hansı anadangəlmə anomaliyaların multifaktorial təbiəti məlumdur?
A) Pilorostenoz
B) Dodaqların və damağın yarığı
C) Sadalananların hamısının
D) Anensefaliya və spina bifida
E) Axondroplaziya
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
50) Hipertonik xəstəliyin irsiyyət tipi hansıdır?
A) Autosom – resessiv
B) Multifaktorial
C) Sadalananların heç biri
D) Autosom-dominant
E) X-xromosomla ilişikli
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
51) Südəmər uşaqda (2 aylıq) irinli-qan ifrazatlı rinit, ovuclarda, ayaqaltında, ağızın ətrafında, genital sahədə dərinin zədələnmələri aşkar edilmişdir. MSS zədələnməsi, qıcolma sindromu müşahidə olunmuşdur. Daha sonra keratit, karlıq və diş minasının zədələnməsi baş vermişdir. Bu simptomokompleks hansı xəstəlik üçün xarakterdir?
A) Toksoplazma infeksiyası üçün
B) Endokrin embriopatiyası üçün
C) Anadangəlmə sifilis üçün
D) Heç biri üçün
E) Herpes infeksiyası üçün
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
52) Yenidoğulmuşlarda aşağıdakı əlamətlər müşahidə olunmuşdur: bədən çəkisinin iriliyi (5500 q), dərialtı hüceyrələrdə artıq yağların toplanması, visseromeqaliya (qaraciyərin, ürəyin, dalağın böyüməsi), hiporefleksiya, ətrafların əsməsi, qıcolmalar. Bu simptomokompleks hansı xəstəlik üçün xarakteridir?
A) Heç biri üçün
B) Anadangəlmə sifilis üçün
C) Xromosom patologiyası üçün
D) Endokrin embriopatiya üçün
E) Toksoplazma infeksiyası üçün
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
53) Yenidoğulmuşda ağır, ümumi vəziyyət müşahidə edilmişdir: MSS-nin süstləşməsi, mikrosefaliya, qıcolmalar, sarılıq, hepatosplenomeqaliya, hemorragik sindrom, pnevmoniya. İmmunoqlobilin M səviyyəsi artmışdır. Bu simptomokompleks hansı xəstəlik üçün xarakterdir?
A) Herpes infeksiyası üçün
B) Anadangəlmə sitomeqaliya üçün
C) Heç biri üçün
D) Bullyoz epidermoliz üçün
E) Toksoplazma infeksiyası üçün
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
54) Yenidoğulmuşda meninqoensefalit əlamətləri aşkar olunmuşdur: qusma, narahatlıq, əzginlik, yuxulu hal, qıcolmalar, ənsə əzələlərinin rigidliyi, hiperrefleksiya, hidrosefaliya, xorioretinit. Bu simptomokompleks hansı xəstəlik üçün xarakterdir?
A) Anadangəlmə siflis üçün
B) Xromosom patologiyası üçün
C) Heç biri üçün
D) Bullyoz epidermoliz üçün
E) Toksoplazmoz üçün
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
55) Hamiləliyin ikinci üçaylığında qadınlarda subfebril temperatur, səpki, faringit, boynun limfadeniti müşahidə olunur. Uşaq kiçik bədən çəkisi ilə (2100q), mikrosefaliya, katarakta, karlıq, anadangəlmə ürək qüsuru, hepatosplenomeqaliya, trombositopeniya anemiyası ilə doğulmuşdur. Bu simptomokompleks hansı üçün xarakterdir?
A) Heç biri üçün
B) Herpetik embriopatiya üçün
C) Toksoplazma üçün
D) Xromosom patologiyası üçün
E) Məxmərəkli fetopatiya üçün
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
Dostları ilə paylaş: |