279) Hansı xəstəlikdə ürək-damar sisteminin zədələnməsi obliqat əlamətdir?
A) Sadalananların heç birində
B) Marfan sindromu
C) Mekkel sindromu
D) Klaynfelter sindromu
E) Axondroplaziya
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
280) Bunlardan hansı Şerşevski-Terner sindromunun əlaməti deyildir?
A) Əqli gerilik
B) Alçaqboy
C) Hündürboy; hipogenitalizm
D) Ürək qüsuru
E) Sadalananların hamısı
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
281) Aşağıda sadalanan sindromlardan biri üçün dölün prenatal hipoplaziyası, psixomotor inkişafın ləngiməsi, fiziki inkişaf etməmiş, alçaqboy, mədə-bağırsaq yolunun tez-tez pozulmaları ( iştahanın pozulması, qusma, ishal), şiddətlənən mikrosefaliya, intellektin aşağı olması (debillik) xarakterdir. Bu hansı sindromdur?
A) Sotos sindromu
B) Dubovitsa sindromu
C) Kokkeyn sindromu
D) Daun sindromu
E) Rassel-Silver sindromu
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
282) Əlavə müayinə aparılmadan Aper sindromunun diaqnozunu qoymağa bunlardan hansı imkan verir?
A) Əl və ayaqda total sindaktiliya
B) Hidrosefaliya
C) Ekzoftalm
D) Akrosefaliya
E) Sinofriz
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика»,1997 г.
Dostları ilə paylaş: |