50) Universal dayaq stativi olan rentgendiaqnostik aparatı yerləşdirilən otağın minimal sahəsi nə qədər olmalıdır?
A) 20 m2
B) 9 m2
C) 16 m2
D) 25 m2
E) 30 m2
Ədəbiyyat: Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”
51) Yaxın məsafədən idarə edilən şüa terapevtik aparat yerləşdirilən otağın minimal sahəsi nə qədər olmalıdır?
A) 9 m²
B) 24 m²
C) 20 m²
D) 12 m²
E) 16 m²
Ədəbiyyat: Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”
52) Uzaq məsafədən idarə edilən şüa terapevtik aparatı yerləşdirilən otağın minimal sahəsi nə qədər olmalıdır?
A) 12 m2
B) 9 m2
C) 16 m2
D) 20 m2
E) 24 m2
Ədəbiyyat: Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”
53) Mammoqrafiya aparatı yerləşdirilən otağın minimal sahəsi nə qədər olmalıdır?
A) 12 m2
B) 8 m2
C) 9 m2
D) 16 m2
E) 20 m2
Ədəbiyyat: Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”
54) İonlaşdırıcı şüalanma mənbələri yerləşən şüa diaqnostika kabinetlərində hansı işıqlanmaya yol verilir?
A) təbii və süni işıqlanmaya
B) yalnız süni işıqlanmaya
C) yalnız kombinə edilmiş işıqlanmaya
D) yalnız təbii işıqlanmaya
E) işıqlanma üçün şərt nəzərdə tutulmayıb
Ədəbiyyat: Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”
55) İonlaşdırıcı şüalanma mənbələri yerləşən şüa diaqnostikası kabinet və otaqlarının hansı palatalarla bitişik (şaquli və üfüqi istiqamətlərdə) yerləşdirilməsinə yol verilmir?
A) hamilə qadınlar, uşaqlar və yoluxucu xəstələr üçün palatalarla
B) hamilə qadınlar və uşaqlar üçün palatalarla
C) hamilə qadınlar, uşaqlar və bədxassəli şiş xəstəliyi olan xəstələr üçün palatalarla
D) hamilə qadınlar, uşaqlar və ürək-damar çatmamazlıqı olan xəstələr üçün palatalarla
E) bəd xassəli şiş xəstəliyi və ürək damar çatmamazlığı olan xəstələr üçün palatalarla
Ədəbiyyat: Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”
56) Kükürd qazı ilə xroniki zəhərlənmənin əsas əlamətləri hansılardır?
A) yuxarı tənəffüs yollarının selikli qişasının atrofiyası, dişlərin dağılması, silikatoz
B) yuxarı tənəffüs yollarının selikli qişasının hiopertrofiyası, rinitlər, bronxitlər, parkinsonizm
C) yuxarı tənəffüs yollarının selikli qişasının atrofiyası, rinitlər, bronxitlər, silikoz
D) rinitlər, bronxitlər, silikoz, silikatoz
E) yuxarı tənəffüs yollarının selikli qişasının atrofiyası, rinitlər, bronxitlər, dişlərin dağılması
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
57) Qurğuşunla zəhərlənmə zamanı hansı əlamətlər olur?
A) anemiya, periferik sinirlərin polinevriti, Reyno sindromu, hemorragik sindrom
B) periferik sinirlərin polinevriti, hemorragik sindrom, anemiya
C) ensefalopatiya, anemiya, retikulositoz, periferik sinirlərin polinevriti
D) anemiya, hemorragik sindrom, ensefalopatiya
E) ensefalopatiya, retikulositoz, hemorragik sindrom, Reyno sindromu,
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
58) Civə birləşmələri harada istifadə edilir?
A) stomatologiyada, poladəritmədə, pestisidlərin istehsalında
B) dərman preparatlarının, pestisidlərin istehsalında, stomatologiyada
C) dərman preparatlarının istehsalında, stomatologiyada, poladəritmədə
D) poliqrafiya sənayesində, pestisidlərin istehsalında, dərman preparatlarının istehsalında
E) stomatologiyada, poliqrafiya sənayesində, dərman preparatlarının istehsalında
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
59) Hansı sexlərdə aerasiya tətbiq edilməsi lazımdır?
A) üzvi həlledicilərlə və yüksək tozlanma ilə işləyən sexlərdə
B) üzvi həlledicilərlə işləyən sexlərdə
C) poladəritmə, çuquntökmə, dəmirçi sexlərində
D) yüksək tozlanma ilə işləyən sexlərdə
E) göstərilən bütün sexlərdə
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
60) Troposfer nədir?
A) atmosferin yer səthinə birləşən, daha sıx olan hava qatları
B) ionosferlə stratosfer arasında olan hissəsi
C) stratosferlə mezosfer arasında olan hissəsi
D) ekzosferlə maqnitosfer arasında olan hissəsi
E) atmosferin nəmliyinin çox az olan, buludların və yer mənşəli tozların olmadığı hissəsi
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
61) Ozonun maksimal qatılığı atmosferin yer səthindən hansı məsafəsində mövcuddur?
A) 10 km
B) 15 km
C) 25 km
D) 1 km
E) 40 km
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
62) Stronsium-90 orqanizmin hansı toxumasında toplanır?
A) qanda
B) sümüklərdə
C) dırnaqlarda
D) tüklərdə
E) əzələdə
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
63) Sezium-137 əsasən orqanizmin hansı üzvlərində toplanır?
A) qara ciyərdə
B) qanda və limfa düyünlərində
C) beyində və sümük iliyində
D) əzələlərdə
E) sümüklərdə
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
64) Atmosferin ozon təbəqəsinin hansı əsas ümumi bioloji əhəmiyyəti var?
A) günəş şüalarının yer səthinə daha rahat çatmasına kömək edir
B) elektromaqnit dalğalarını udur
C) qısadalğalı ultrabənövşəyi radiasiyanı və uzundalğalı infraqırmızı radiasiyanı udur
D) Yalnız infraqırmızı şüaları udur
E) uzundalğalı ultrabənövşəyi şüalanmanı və qısadalğalı infraqırmızı şüalanmanı udur
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
65) Karbon qazının (CO2) atmosfer havasında nisbətən daimi olan miqdarı nə qədərdir?
A) 2,0 %
B) 0,2 %
C) 3,0 %
D) 0,03%
E) 0,5 %
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
66) Karbon qazının nəfəslə alınan havada hansı miqdarı ağır zəhərlənməyə və ölümə səbəb ola bilər?
A) 4%
B) 8%
C) 5%
D) 20%-dən yuxarı
E) 2%
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
67) Hidrogen sulfid və merkaptan hansı sənaye tullantılarının tərkibində üstünlük təşkil edir?
A) daş kömür sənayesi
B) metallurgiya sənayesi
C) göstərilənlərin heç biri
D) yüksək kükürdlü neft emalı
E) kağız emalı
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
68) Ultrabənövşəyi şüalar hansı dalğa uzunluğunda raxit əleyhinə təsir göstərir?
A) dalğa uzunluğu diapazonunun əhəmiyyəti yoxdur
B) 75-180 mkm
C) 400-320 mkm
D) 320-275 mkm
E) 290-291 mkm
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
69) Ultrabənövşəyi şüalar hansı dalğa uzunluğunda güclü bakterisid təsir göstərir?
A) 180-275 mkm
B) göstərilən bütün dalğa uzunluqlarında
C) 200-400 mkm
D) 400-320 mkm
E) 320-275 mkm
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001.
70) Hidrosfera anlayışı nədir?
A) yer kürəsinin torpaq qatı
B) atmosferin ən sıx hava qatı
C) yer kürəsinin bütün bitki ehtiyatları
D) atmosferin ən az sıxlığı olan hava qatı
E) yer kürəsinin bütün su ehtiyatları
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
71) İnsan orqanizminin adi fiziki iş və normal (əlverişli) iqlim şəraitində suya olan sutkalıq fizioloji tələbatı nə qədərdir?
A) təxminən 4-5 litr
B) təxminən 3 litr
C) təxminən 4-6 litr
D) 10 litr
E) təxminən 1,5 litr
Ədəbiyyat: Ədəbiyyat: «Гигиена» Румянцев Г. И. Москва 2001
72) Havanın ionlaşması prosesi nədir?
A) hava mühitinin neytral atom və molekullarının elektriklə yüklənmiş hissəciklərə çevrilməsi
B) hava mühitinin tərkibində olan nəmliyin qurudulması
C) hava mühitinin tərkibində olan zərərli qazların qatılıq səviyyəsinin aşağı salınması
D) hava mühitinin yalnız neytral atomlarının elektriklə yüklənmiş hissəciklərə çevrilməsi
E) hava mühitinin yalnız molekullarının elektriklə yüklənmiş hissəciklərə çevrilməsi
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1. Москва 1991
73) Havanın ionlaşma dərəcəsini müəyyən edən göstərici hansıdır?
A) havanın tərkibində olan yüngül və ağır ionların nisbəti
B) havanın tərkibində olan yüngül və yüksək ağırlıqlı ionların nisbəti
C) havanın tərkibində olan yüngül və orta ionların nisbəti
D) havanın tərkibində olan orta və ağır ionların nisbəti
E) Vahid həcmdə olan havada ionların sayı
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
74) Hava mühitinin ionlaşma rejiminin normasllaşdırılması və korreksiyası üçün hansı tədbir səmərəli deyil?
A) qrup ionizatorların istifadəsi
B) fərdi ionizatorların istifadəsi
C) iş yerinin qeyri-kafi ionlaşma səviyyəsi olan sahədən kənarlaşdırılması
D) işçilərin fərdi mühafizə vasitələri ilə təminatı
E) gətirici-sorucu ventilyasiya
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
75) “iş yeri” anlayışı nədir?
A) işçinin iş fəaliyyəti prosesinin yalnız 50%-dən artıq müddətində olduğu yer
B) işçinin iş fəaliyyəti prosesinin yalnız 2 saatdan artıq müddətində olduğu yer
C) işçinin iş fəaliyyəti prosesində yalnız daimi olduğu yer
D) işçinin iş fəaliyyəti prosesinin yalnız 2 saatdan artıq müddətində fasiləsiz olduğu yer
E) işçinin iş fəaliyyəti prosesində daimi və daimi olmayaraq olduğu yer
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
76) “İşin ağırlıq dərəcəsi” anlayışı nədir?
A) ilin isti və soyuq dövründə orqanizmin ümumi enerji sərfi əsasında işin ağırlığına görə işlərin təsnifatı
B) orqanizmin ümumi enerji sərfi əsasında fiziki işlərin təsnifatı
C) orqanizmin enerji itkisi nəzərə alınmamaqla, yalnız işin ağırlığına görə işlərin təsnifatı
D) zehni və fiziki işin gərginliyinə görə orqanizmin enerji itkisi nəzərə alınmadan işin ağırlığına görə işlərin təsnifatı
E) iş yerinin mikroiqlimi əsas götürülməklə işin ağırlığına görə işlərin təsnifatı
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
77) “İşin gərginliyi” anlayışı nədir?
A) ağır fiziki iş yükü ilə səciyyələnən hər hansı bir iş prosesi
B) mərkəzi sinir sisteminə əsas yükün düşməsi ilə səciyyələnən iş prosesi
C) zərərli istehsalat faktorlarının olduğu iş prosesi
D) funksionla sistemə (ürək-damar, ağ ciyərlər və s.) əsas yükün düşməsi ilə səciyyələnən iş prosesi
E) dayaq-hərəkət aparatına əsas yükün düşməsi ilə səciyyələnən iş prosesi
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
78) İş şəraitinin təhlükəli və zərərli faktorları hansılar ola bilər?
A) istehsalat mühitinin yalnız fiziki, kimyəvi və bioloji faktorları
B) istehsalat mühitinin yalnız mikroiqlim faktorları
C) istehsalat mühitinin fiziki, kimyəvi, bioloji faktorları, əməyin təşkilinin psixofizioloji faktorları
D) iqlim şəraiti əsas götürülməklə istehsalat mühitinin fiziki, kimyəvi və bioloji faktorları
E) iqlim şəraiti əsas götürülməklə istehsalat mühitinin yalnız fiziki və kimyəvi faktorları
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
79) Əməyin gigiyenik təsnifatının əsasını nə təşkil edir?
A) iqlim şəraitindən asılı olaraq istehsalat mühitinin zərərli faktorlarının normallaşdırılması
B) istehsalat mühitinin zərərli faktorlarının mövcudluğu və səviyyəsi, işin ağırlıq və gərginlik səviyyəsi
C) ətraf mühitin zərərli faktorlarının əmək prosesində insan orqanizminə təsirinin qiymətləndirilməsi
D) istehsalat mühitinin zərərli faktorlarının mənfi təsirinin minimum səviyyəyə qədər azaldılması
E) əməyin təhlükəli və zərərli faktorlarının aradan qaldırılması yolları
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
80) Metanolun daxilə qəbulu zamanı insan üçün öldürücü dozası hansıdır?
A) 25 qr
B) 10 qr
C) 30 qr
D) 15 qr
E) 50 qr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
81) Metanolun daxilə qəbulu zamanı insan üçün korluq əmələ gətirməklə, ağır zəhərlənməyə səbəb olan dozası hansıdır?
A) 5-10 qr
B) 10-15 qr
C) 35-40 qr
D) 20-30 qr
E) 30-50 qr
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1 Москва 1991
82) İş zonasının havasında metanolun yol verilən konsentrasiya həddi nə qədərdir?
A) 7 mq/m3
B) 10 mq/m3
C) 5 mq/m3
D) 8 mq/m3
E) 6 mq/m3
Ədəbiyyat: Ədəbiyyat: Сборник важнейщих официальных материалов по санитарным и противоэпидемиологическим вопросам. Том 1. Москва 1991
83) Metabolik transformasiya (metabolizm) nədir?
A) mərkəzi sinir sisteminin pozğunluğu səbəbindən birləşmələrin strukturunun və fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsi
B) hüceyrələrin osmotik təzyiqinin aşağı düşməsi səbəbindən birləşmələrin strukturunun və fikizi-kimyəvi xüsusiyyətlərinin dəyişməsi
C) orqanizmin fermentlərinin təsiri nəticəsində birləşmələrin kimyəvi strukturunun və fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişilməsi
D) selikli qişanın tamlığının pozulması səbəbindən birləşmələrin strukturunun və fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsi
E) hüceyrələrin osmotik təzyiqinin yüksəlməsi səbəbindən birləşmələrin kimyəvi strukturunun və fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsi
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
84) Metabolik proses (metabolizm) orqanizmdə zərərli maddələrlə münasibətdə hansı funksiyanı daşıya bilir?
A) orqanizmə daxil olan zəhərli maddələrin daha güclü təsirə malik olan zəhərli maddələrə, yaxud daha zəif təsirə malik olan maddələrə çevrilməsi
B) orqanizmə daxil olan zəhərli maddələrin yalnız daha zəif təsirli maddələrə çevrilməsi
C) orqanizmə daxil olan zəhərli maddələrin bütün orqanlarda bərabər paylanması
D) orqanizmə daxil olan zəhərli maddələrin tezliklə xaric olması
E) orqanizmə daxil olan zəhərli maddələrin yalnız daha güclü təsirə malik olan zəhərli maddələrə çevrilməsi
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
85) Metabolik transformasiya (metabolizm) prosesində hansı orqanın rolu daha böyükdür?
A) mədəaltı vəzi
B) qara ciyər
C) ağ ciyərlər
D) böyrəklər
E) mədə
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
86) "Toksikometriya” anlayışı nədir?
A) insan orqanizminə zəhərlərin təsirinin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş təsnifat
B) zəhərlərin ayrı-ayrı orqanlara göstərdiyi təsirin keyfiyyətcə qiymətləndirilməsi üçün istifadə edilən xüsusi üsullar.
C) zəhərlərin zəhərlilik və təhlükəliliyinin keyfiyyətcə qiymətləndirilməsi üçün təhqiqat metodlarının və üsullarının məcmusu
D) zəhərlərin zəhərlilik və təhlükəliliyinin kəmiyyətcə qiymətləndirilməsi üçün təhqiqat metodlarının və üsullarının məcmusu
E) zəhərlərin zəhərlilik və təhlükəliliyinin həm keyfiyyətcə həm də kəmiyyətcə qiymətləndirilməsi üçün təhqiqat metodlarının və üsullarının məcmusu
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
87) “Kimyəvi faktorların kompleks təsiri” anlayışı nədir?
A) bir neçə kimyəvi maddənin orqanizmə müxtəlif vaxtlarda, eyni yolla daxil olmasından yaranan təsir
B) bir neçə kimyəvi maddənin orqanizmə eyni yolla, eyni zamanda və ya ardıcıl olaraq daxil olmasından yaranan təsir
C) orqanizmə bir neçə kimyəvi maddənin ardıcıl olaraq, eyni yolla daxil olmasından yaranan təsir
D) orqanizmə bir neçə kimyəvi maddənin eyni yolla, eyni zamanda daxil olmasından yaranan təsir
E) eyni kimyəvi maddənin orqanizmə müxtəlif yollarla daxil olmasından yaranan təsir
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
88) “Kimyəvi maddələrin qonadotrop təsiri” anlayışı nədir?
A) sənaye zəhərlərinin qalxanvari vəziyə təsir xüsusiyyətləri
B) sənaye zəhərlərinin cinsiyyət vəzilərinə və onların tənzimlənmə sisteminə təsir xüsusiyyətləri
C) sənaye zəhərlərinin bütövlükdə hormonal sistemə təsir xüsusiyyətləri
D) sənaye zəhərlərinin orqanizmə göstərdiyi uzaq təsirlərin məcmusu
E) sənaye zəhərlərinin mərkəzi sinir sisteminə göstərdiyi təsirin xüsusiyyətləri
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
89) “Kimyəvi maddələrin mutagen təsiri” anlayışı nədir?
A) kimyəvi maddələrin orqanizmin gen strukturuna göstərdiyi zədələyici təsir xüsusiyyətləri.
B) kimyəvi maddələrin mərkəzi sinir sisteminə göstərdiyi zədələyici təsir xüsusiyyətləri.
C) kimyəvi maddələrin orqanizmin reproduktiv sağlamlığına göstərdiyi zədələyici təsir xüsusiyyətləri.
D) kimyəvi maddələrin cinsiyyət vəzilərinə və onların tənzimlənmə sisteminə göstərdiyi zədələyici təsir xüsusiyyətləri
E) kimyəvi maddələrin orqanizmin hormonal sisteminə göstərdiyi zədələyici təsir xüsusiyyətləri
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
90) Akarisidlər hansı məqsədlə istifadə edilir?
A) alaq otları ilə mübarizə üçün
B) gənələrlə mübarizə üçün
C) göbələklərlə mübarizə üçün
D) həşəratları qorxutmaq üçün
E) gəmiricilərlə mübarizə üçün
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
91) Funqisidlər hansı məqsədlə istifadə edilir?
A) həşəratlarla mübarizə üçün
B) gənələrlə mübarizə üçün
C) göbələklərlə mübarizə üçün
D) gəmiricilərlə mübarizə üçün
E) həşəratları qorxutmaq üçün
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
92) İnsektisidlər hansı məqsədlə istifadə edilir?
A) həşəratları qorxutmaq üçün
B) göbələklərlə mübarizə üçün
C) həşəratlarla mübarizə üçün
D) gəmiricilərlə mübarizə üçün
E) gənələrlə mübarizə üçün
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
93) Herbisidlər hansı məqsədlə istifadə edilir?
A) göbələklərlə mübarizə üçün
B) həşəratlarla mübarizə üçün
C) həşəratları qorxutmaq üçün
D) alaq otları ilə mübarizə üçün
E) gəmiricilərlə mübarizə üçün
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
94) Repellentlər nə məqsədlə istifadə edilir?
A) alaq otları ilə mübarizə üçün
B) həşəratları qorxutmaq üçün
C) göbələklərlə mübarizə üçün
D) gənələrlə mübarizə üçün
E) gəmiricilərlə mübarizə üçün
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
95) Zoosidlər hansı məqsədlə istifadə edilir?
A) gənələrlə mübarizə üçün
B) həşəratları qorxutmaq üçün
C) göbələklərlə mübarizə üçün
D) gəmiricilərlə mübarizə üçün
E) həşəratlarla mübarizə üçün
Ədəbiyyat: Ədəbiyyat : «Гигиена труда» Н.Ф.Измеров. Москва 2010
96) Sənaye müəssisələri, onları yaşayış məntəqələrindən ayıran sanitariya mühafizə zonalarının ölçülərinə görə neçə sinfə bölünür?
A) 4 sinfə
B) 5 sinfə
C) 2 sinfə
D) 3 sinfə
E) 6 sinfə
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
97) Sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları hansı məqsədlə nəzərdə tutula bilməz?
A) fərdi və ümumi istifadə üçün avtonəqliyyat dayanacağı, texniki məqsədlər üçün artezian quyusu üçün
B) yüksək gərginlikli elektrik xətləri, neft və qaz kəmərləri, su və kanalizasiya nasos stansiyaları üçün
C) sanitariya mühafizə zonasının müəyyənləşdirildiyi müəssisəyə nisbətən daha aşağı dərəcəli çirkləndiricilər olan müəssisələrin yerləşdirilməsi üçün
D) sənaye müəssisəsinin ehtiyat ərazisi üçün
E) həmin müəssisələrə məxsus olan qarajlar, anbarlar və s. Idarə binaları üçün
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
98) Qırmızı kərpicin istehsalı müəssisəsinin sanitariya-mühafizə zonasının ölçüsü nə qədər olmalıdır?
A) 100 metr
B) 500 metr
C) 50 metr
D) 300 metr
E) 150 metr
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
99) Mebel istehsalı müəssisələrinin sanitariya-mühafizə zonasının ölçüsü nə qədər olmalıdır?
A) 150 metr
B) 300 metr
C) 100 metr
D) 50 metr
E) 500 metr
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
100) Qənnadı fabriklərinin sanitariya-mühafizə zonasının ölçüsü ən azı nə qədər olmalıdır?
A) 150 metr
B) 300 metr
C) 200 metr
D) 50 metr
E) 100 metr
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
101) Növbəlik istehsal gücü 3 tondan artıq olan kolbasa istehsalı müəssisəsinin sanitariya-mühafizə zonasının ölçüsü ən azı nə qədər olmalıdır?
A) 300 metr
B) 100 metr
C) 200 metr
D) 150 metr
E) 50 metr
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
102) Süd emalı və heyvanı yağ hazırlama zavodlarının sanitariya-mühafizə zonasının ölçüsü ən azı nə qədər olmalıdır?
A) 100 metr
B) 150 metr
C) 50 metr
D) 200 metr
E) 300 metr
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
103) Meyvə, giləmeyvə şirəsi və alkoqolsuz içkilər zavodlarının sanitariya-mühafizə zonasının ölçüsü ən azı nə qədər olmalıdır?
A) 300 metr
B) 150 metr
C) 200 metr
D) 100 metr
E) 50 metr
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
104) Qəbirstanlığın sanitariya-mühafizə zonasının ölçüsü ən azı nə qədər olmalıdır?
A) 150 metr
B) 200 metr
C) 300 metr
D) 1000 metr
E) 500 metr
Ədəbiyyat: Ədəbiyyat: Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normaları (CH 245-71)
105) Sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsi nəticələrinə görə uşaqlar neçə sağlamlıq qrupuna bölünür?
A) 4
B) 7
C) 6
D) 5
E) 3
Ədəbiyyat: Ədəbiyyat: В.Р. Кучма. Гигиена детей и подростков. Москва 2010
Dostları ilə paylaş: |