151) Sanitariya qanunvericiliyinin pozulmasına görə şəxslərin işdən kənar edilməsi haqqında təqdimat kim tərəfindən verilir?
A) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi və ya inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi
B) Dövlət sanitariya nəzarəti xidmətinin inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi
C) Dövlət sanitariya nəzarəti xidmətinin yoxlama aparmış hər bir mütəxəssisi
D) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi
E) Göstərilənlərin hər biri
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
152) Sanitariya-epidemioloji qanunvericiliyin hansı pozulmalarına görə şəxslərin işdən kənarlaşdırılması haqqında təqdimat verilə bilər?
A) yalnız sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri
B) göstərilən hər bir pozuntuya yol vermiş şəxsləri
C) bir və ya bir neçə dəfə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini yerinə yetirməyən şəxsləri
D) yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri
E) yalnız yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
153) “Sanitariya Epidemioloji Salamatlıq haqqında” AR qanunun 34-cü maddəsinin 3-cü bəndinə əsasən istismarın müvəqqəti dayandırılması, fəaliyyətin qadağan edilməsi haqqında qərar kim tərəfindən qəbul edilə bilər?
A) Dövlət sanitariya nəzarəti xidmətinin inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi
B) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi və ya inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi
C) Göstərilənlərin hər biri
D) Dövlət sanitariya nəzarəti xidmətinin yoxlama aparmış hər bir mütəxəssisi
E) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
154) Piy turşulu yağlar hansı vitaminlərin həllediciləridir?
A) D və B
B) A və B
C) D və P
D) B və P
E) A və D
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
155) Qarğıdalı yağında tokoferolun miqdarı neçə faiz olmalıdır?
A) 50 mq %
B) 100 mq % və yuxarı
C) 80 mq %
D) 60 mq %
E) 20 mq %
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
156) Yumurtanın ağında əsas zülallar hansılardır?
A) ovoqlobulin, ovoalbumin
B) avidin, konalbumin
C) ovoalbumin, konalbumin
D) ovomukoid, ovoqlobulin
E) ovomucid, ovomikoid
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
157) Triqliserid qatışıqlarının hansı əsas fizioloji əhəmiyyəti var?
A) Karbohidratların mənimsənilməsini artırır
B) Yağların ərimə temperaturunu yüksəltməklə on iki barmaq bağırsaqdan daha pis sorulmaya şərait yaradır
C) Yağların ərimə temperaturunu aşağı salmaqla on iki barmaq bağırsqdan daha pis sorulmaya şərait yaradır
D) Yağların ərimə temperaturunu yüksəltməklə on iki barmaq bağırsaqdan daha yaxşı sorulmaya şərait yaradır
E) Yağların ərimə temperaturunu aşağı salmaqla on iki barmaq bağırsqdan daha yaxşı sorulmaya şərait yaradır
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
158) Sadə karbohidratlara hansılar aiddir?
A) disaxaridlər, nişasta
B) monosaxaridlər, disaxaridlər
C) disaxaridlər, sellüloza
D) monosaxaridlər, nişasta
E) nişatsa, sellüloza
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
159) Vitaminlərə tələbat hansı şəraitdə daha çox olur?
A) soyuq iqlim, yüksək səviyyəli təbii işıqlanma, gərgin fiziki əmək
B) isti iqlim, yüksək səviyyəli təbii işıqlanma, gərgin zehni əmək
C) soyuq iqlim, aşağı səviyyəli təbii işıqlanma, gərgin fiziki və zehni əmək
D) göstərilənlərin heç birinin əhəmiyyəti yoxdur
E) isti iqlim, aşağı səviyyəli təbii işıqlanma, gərgin fiziki və zehni əmək
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
160) Südün tərkibində hansı zülallar var?
A) laktoalbumin fosfatid, triqliseridlər
B) laktoqlobulin, laktoalbumin, triqliseridlər
C) laktoalbumin, kazein, fosfatidlər
D) triqliseridlər, kazein, laktoqlobulin
E) kazein, laktoalbumin, laktoqlobulin
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
161) Südün homogenizasiyası nədir?
A) Südün mineral tərkibinin standart səviyyəyə çatdırılması
B) Südün yağlılığının standart səviyyəyə şatdırılması
C) Südün tərkibində olan yağ kürəciklərinin müəyyən ölçüyədək xırdalanması
D) Südün zülal tərkibinin standart səviyyəyə çatdırılması
E) Quru südün bərpa olunması
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
162) Aflotoksin M1-in miqdarına hansı məhsullarda nəzarət edilir?
A) qoz və yağlı bitkilərdə
B) ət və ət məhsullarında
C) dənli bitkilərdə
D) balıq və balıq məhsullarında
E) süd və süd məhsullarında
Ədəbiyyat: Ədəbiyyat: “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” Sanitariya epidemioloji qaydalar və normativlər (Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 №-li əmri)
163) Ətin tərkibində hansı ekstraktiv maddələr var?
A) fosforlu və fosforsuz
B) fosforsuz və azotlu
C) fosforlu və azotlu
D) azotlu və azotsuz
E) Yalnız azotlu
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
164) Balıq yağı təbiətdə hansı polidoymamış yağ turşusunun yeganə əhəmiyyətli mənbəyidir?
A) pentaen
B) qeksaen
C) linol
D) araxidon
E) linolen
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
165) Sublimasiya qurudulması nədir?
A) dondurulmuş məhsulun tərkibində olan buz kristallarının maye halına gətirilmədən kənarlaşdırılması yolu ilə qurudulma
B) dondurulmamış məhsulun tərkibində olan suyun yüksək temperatur şəraitində kənarlaşdırlması yolu ilə qurudulma
C) məhsulun sürətli (şok) dondurulması ilə qurudulma
D) donu açılmış məhsulun vakuum şəraitində yüksək təzyiq altında və yüksək temperatur şəraitində qurudulması
E) dondurulmuş məhsulun tərkibində olan buz kristallarının maye halına gətirilərək yüksək temperatur şəraitində kənarlaşdırılması yolu ilə qurudulma
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
166) Osmos təzyiqinin dəyişdirilməsi ilə konservləşdirmənin əsasını nə təşkli edir?
A) mikroorqanizmlərin inkişafına mane olan qatılıqda mühit yaratmaq
B) məhsulu qaz mühitində qablaşdırmaq
C) məhsulun tərkibinə natrium xlorid və ya şəkərin əlavə edilməsi
D) məhsulu adi şəraitdə qablaşdırmaq
E) məhsulun kip qablaşdırıldığı mühitdə vakkum şəraiti yaratmaq
Ədəbiyyat: Ədəbiyyat: К.С. Петровский «Гигиена питания». Москва, 1975 yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr
167) Mal əti əsasında hazırlanan kolbasalarda qurğuşunun ən yüksək hədd göstəricisi hansıdır?
A) 0,5 mq/kq
B) 0,1 mq/kq
C) 0,4 mq/kq
D) 0,03 mq/kq
E) 0,05 mq/kq
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
168) Mal əti əsasında hazırlanan əla və birinci növ kolbasalarda st.aureus bakteriyalarının olmasına yol verilməyən ən yuxarı hədd kütləsi nə qədərdir?
A) 25 Qram
B) 1,0 Qram
C) 0,5 Qram
D) 0,1 Qram
E) 2,0 Qram
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
169) Pasterizasiya edilmiş süddə arsenin yol verilən ən yüksək hədd göstəricisi hansıdır?
A) 0,1 mq/kq
B) 0,03 mq/kq
C) 0,05 mq/kq
D) 0,005 mq/kq
E) 0,2 mq/kq
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
170) Pasterizasiya edilmiş süddə salmonella bakteriyalarının olmasına yol verilməyən ən yuxarı hədd kütləsi nə qədərdir?
A) 25 qram
B) 0,5 qtam
C) 0,1 qram
D) 5,0 qram
E) 0,3 qram
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
171) Kəsmik və kəsmik məhsullarında civənin yol verilən hədd göstəricisi hansıdır?
A) 0,5 mq/kq
B) 0,1 mq/kq
C) 25 mq/kq
D) 0,2 mq/kq
E) 0,02 mq/kq
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
172) Yararlılıq müddəti 72 saatdan çox olmayan maye turş süd məhsullarında bağırsaq çöpləri qrupu bakteriyalarının olmasına yol verilməyən ən yüksək hədd göstəricisi hansıdır?
A) 25 sm3
B) 0,1 sm3
C) 0,01 sm3
D) 1,0sm3
E) normalaşdırılmır
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
173) Pendirdə kadmiumun yol verilən hədd göstəricisi hansıdır?
A) 0,8 mq/kq
B) 0,3 mq/kq
C) 0,3 mq/kq
D) 0,1 mq/kq
E) 0,5 mq/kq
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
174) Buğda ununda aflatoksin B1-in yol verilən ən yüksək hədd göstəricisi hansıdır?
A) 0,005 mq/kq
B) 0,1 mq/kq
C) 1,0 mq/kq
D) 0.05 mq/kq
E) 0,5 mq/kq
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
175) Əlavələrsiz adi şokoladda mezofil aerob və fakultativ anaerob mikroorqanizmlərin yol verilən ən yüksək hədd göstəricisi hansıdır?
A) məhsulun 1 qramında 50 koloniya əmələ gətirən vahiddən çox olmamalıdır
B) məhsulun 1 qramında 1.104 koloniya əmələ gətirən vahiddən çox olmamalıdır.
C) məhsulun 1 qramında 5.104 koloniya əmələ gətirən vahiddən çox olmamalıdır
D) məhsulun 1 qramında 5.103 koloniya əmələ gətirən vahiddən çox olmamalıdır
E) məhsulun 1 qramında 5.102 koloniya əmələ gətirən vahiddən çox olmamalıdır
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
176) Benz (a) pirenin miqdarına hansı yeyinti məhsullarında mütləq laboratoriya nəzarəti həyata keçirilir?
A) əridilmiş pendirlərdə
B) hisə verilmiş ət və balıq məhsullarında
C) alkoqolsuz içkilərdə
D) termiki emaldan keçirilmiş kəsmik məhsullarında
E) yağsızlaşdırılmış quru süddə
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
177) Yeyinti məhsullarının çirklənməsində əhəmiyyət kəsb edən şərti-patogen mikroorqanizmlərə hansılar aiddir?
A) Proteus cinsli bakterialar, St.aureus, Yersinia cinsli bakterialar
B) Vibrio parahaemolyticus, L.monocytogenes, B.cereus
C) E. coli, St.aureus, B.cereus
D) E.coli, L.monocytogenes, Yersinia cinsli bakterialar
E) St. aureus, B. Cereus, Salmonellalar
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
178) Ərzaq xammallarının və qida məhsullarının bütün növlərində hansı pestisidlərin qalıq miqdarına nəzarət aparılır?
A) DDT, civə üzvi pestisidlərə
B) Heksaxlorsikloheksan, 2,4-D turşusuna və onun duzlarına
C) Heksaxlorsikloheksan, civə üzvi pestisidlərə
D) Heksaxlorsikloheksan, DDT və onun metabolitlərinə
E) DDT, 2,4 D turşusuna və onun duzlarına və efirlərinə
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
179) Uşaq və pəhriz qidalarında hansıların olmasına yol verilmir?
A) mikotoksinlərin, bağırsaq çöpləri qrupu bakteriyalarının
B) benz(a) pirenin, salmonellalaların
C) mikotoksinlərin və radionuklidlərin
D) mikotoksinlərin, benz (a) pirenin
E) radionuklidlərin və benz (a) pirenin
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
180) Bioloji aktiv əlavələr qidalanma üçün hansı komponentlərin mənbəyidir?
A) vitaminlərin və mineral maddələrin
B) qida, minor, pro və prebiotik təbii qida maddələrinin
C) zülalların və yağların
D) karbohidratların və yağların
E) qida əlavələrinin
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
181) Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması qaydaları hansı sənədlə təsdiq edilmişdir?
A) Azərbaycan Respublikası Prezidentinin fərmanı
B) Qaydalar təsdiq edilmə ərəfəsindədir
C) “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunu
D) Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri
E) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
Ədəbiyyat: Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanununun təsdiq edilməsi ilə bağlı sənədlər toplusu
182) “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydaları” hansı sənədlə təsdiq edilmişdir?
A) “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunu
B) Qaydalar təsdiq olunmayıb
C) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
D) Azərbaycan Respublikası Prezidentinin fərmanı
E) Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri
Ədəbiyyat: Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanununun təsdiq edilməsi ilə bağlı sənədlər toplusu
183) Səthi suları layarası sulardan fərqləndirən əsas göstəricilər hansılardır?
A) yalnız daha çox bakterioloji çirklənməsi
B) daha stabil kimyəvi tərkibi, daha çox bakterioloji çirklənməsi
C) tərkibində oksigenin azlığı, daha çox bakterioloji çirklənməsi
D) yüksək minerallaşma, daha çox bakterioloji çirklənməsi
E) tərkibində oksigenin çoxluğu, daha çox bakterioloji çirklənməsi.
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
184) Ümumi minerallaşma dərəcəsinə görə şirin sulara aşağıdakılardan hansı aiddir?
A) 1400mq/dm³
B) 1000 mq/dm³
C) 1500 mq/dm³
D) 1200 mq/dm³
E) 2000 mq/dm³
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
185) Suyun mineral tərkibi hansı xəstəliklərin əsas səbəbi ola bilər?
A) flüoroz, iflic xəstəliyi
B) karies, flüoroz
C) flüoroz, diabet
D) karies, su qızdırması,
E) karies, diabet
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
186) Suyun zərərsizləşdirilməsi üsulları hansılardır?
A) koaqulyasiya, ozonlaşdırma, ultrabənövşəyi şüalarla təsir etmək
B) xlorlaşdırma, ozonlaşdırma, ultrabənövşəyi şüalarla təsir etmək
C) xlorlaşdırma, ozonlaşdırma, florlaşdırma
D) koaqulyasiya, ozonlaşdırma, xlorlaşdırma
E) florlaşdırma, ozonlaşdırma, ultrabənövşəyi şüalarla təsir etmək
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
187) Hansı amillər torpağın formalaşma prosesinə əhəmiyyətli təsir göstərir?
A) ətraf mühitin temperaturu, çöküntülər
B) çöküntülər, havanın hərəkət sürəti
C) atmosfer təzyiqi, çöküntülər
D) ətraf mühitin temperaturu, havanın hərəkət sürəti
E) atmosfer təzyiqi, havanın hərəkət sürəti
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
188) Xəstəxanalar üçün baş plan hansı məsələni həll etmir?
A) yaşıllıq zonalarının və xoş təsirli təbii amillərin varlığını
B) küləyin əsas əsmə istiqamətlərini hesaba almaqla xəstəxananın və zərərli müəssisələrin yerləşməsini
C) xəstəxananın yaşayış məntəqəsi ərazisində yerləşmə sahəsini
D) xəstəxana elementlərinin xəstəxana ərazisində yerləşmə qaydasını
E) xəstəxananın və əhalinin nəqliyyat əlaqələrini
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
189) Xəstəxananın situasiya planı hansı məsələni həll etmir?
A) xəstəxana ərazisində giriş yollarının yerləşdirilməsini
B) xəstəxana sahəsində tikintinin sıxlığı
C) xəstəxana kompleksinin funksional əhəmiyyət kəsb edən elemantləri nəzərə alınmaqla xəstəxana ərazisinin zonalara bölünməsini
D) xəstəxananın yaşayış məntəqəsi ərazisində yerləşməsini
E) xəstəxana kompleksinin xəstəxana ərazisində yerləşmə sahəsini
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
190) Xəstəxana sahəsi ərazisində hansı funksional zona yerləşdirilmir?
A) yaşıllıq zonası
B) qazanxana və çamaşırxana zonası
C) əsas müalicə korpusu zonası
D) pataloqanatomik zona
E) təsərrüfat həyəti zonası
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
Dostları ilə paylaş: |