GiGİyena-profilaktik təbabəTİN Əsasidir



Yüklə 9,94 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix25.12.2016
ölçüsü9,94 Mb.
#2887
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
Qabil ABDULLAYEV

DEKAN TƏLƏBƏ VƏ VALİDEYNLƏRLƏ GÖRÜŞDÜ


http://www.amu.edu.az

16 sentyabr  2016-cı il

6

M



üasir yanaşma mövqeyin-

dən təbabətin məqsədi 

sağlamlığı qorumaq və möh kəm-

ləndirmək, insanların ömrü-

nü uzatmaq,  xəstəliklərin qar-

şısını almaq, xəstələri müalicə 

etmək kimi təcrübi fəaliyyətdən 

ibarətdir. Buradan göründüyü 

kimi, müasir təbabətin iki qolu, iki 

istiqaməti müəyyən edilir: onlar-

dan birincisi  müalicə və ya klinik 

təbabətidir ki, onun əsas obyekti 

xəstə insan və xəstəlik,  məqsədi 

isə  pozulmuş fərdi sağlamlığı, 

xəstə orqanın və ümumilikdə or-

qanizmin fizioloji funksiyalarını, 

insanın həyat və əmək fəaliyyətini 

bərpa etməkdən ibarətdir.   

Müasir klinik təbabətin səviyyəsi 

çox  yüksək  olub,  mürəkkəb 

müalicə  üsulları  (transplantolo-

giya,  kök  hüceyrələrinin  tətbiqi, 

gen  mühəndisliyi,  lazer  tətbiqilə 

müalicə  və  s.)    tətbiq  etməklə, 

xəstə insanların fəal həyata qay-

tarılmasını  təmin  edir.  Bunun-

la  yanaşı,  klinik  təbabət    insanı 

xəstələnmədən və ya xəstəliklərə 

yoluxmadan  sığortalaya  bilmir, 

onun  xəstələnməməsinə  təminat 

vermir. Onun vəzifəsi yalnız pozul-

muş  sağlamlığı  bərpa  etməkdən 

ibarət olur ki, bu da bəzən çətin 

və hətta mümkünsüz olur.

Təbabətin  ikinci  istiqaməti  – 

profilaktik  təbabət  və  ya  gigiye-

na öz mahiyyəti etibarı ilə ictimai 

təbabətdir.  Bu  istiqamətin  əsas 

obyekti praktik sağlam insan, onu 

əhatə edən təbii və sosial mühitdir. 

Çox təəssüflə qeyd etmək lazımdır 

ki, məhz profilaktik təbabətin ic-

timai xarakteri cəmiyyətdə, onun 

ayrı-ayrı səlahiyyətli icra struktur-

larında  ona    laqeyd  münasibətin 

formalaşmasının  əsasını  təşkil 

edir. Əsl həqiqətdə isə profilaktik 

təbabətin – onun nəzəri əsaslarını 

işləyib  hazırlayan  gigiyenanın 

nailiyyətləri  əsasında  bəşəriyyət 

bir sıra qorxulu xəstəliklərin epi-

demiyalarından  xilas  olmuş,  bir 

çox  təhlükəli  yoluxucu  xəstəlik 

ocaqları qısa müddət ərzində lo-

kallaşdırılmışdır.

Hələ  XIX  əsrdə  Rusiya  klinik 

təbabətinin görkəmli nümayəndəsi 

olan  məşhur  terapevt  S.Botkin 

demişdir:  «Pozulmuş  sağlamlı-

ğı  bərpa  etmək  xəstəliyin  qar-

şısını  almaqdan  daha  çətindir». 

Bu  prinsipə  əsaslanaraq,  hər  bir 

müalicə həkimi, ixtisasından ası-

lı  olmayaraq  xəstəliyin  inkişa-

fına  səbəb  olan  şəraiti  və  amili 

araşdırmalı, sağlamlıqla ona təsir 

edən  amil  arasında  səbəb-nəticə 

əlaqələrini  aşkara  çıxarmağı  ba-

carmalıdır.

Bu  cür  yanaşma  hazırki  ekoloji 

durumda  daha  mühüm  aktuallıq 

kəsb  edir.  Ümumdünya  Səhiyyə 

Təşkilatının məlumatlarına əsasən 

insanın  sağlamlıq  vəziyyətinin 

formalaşmasında  ətraf  mühit 

amilləri  (18-20%)  və  həyat  tərzi 

(49-53%) daha böyük çəkiyə ma-

likdir. Ona görə də hər bir müalicə 

edən həkim ixtisasından asılı ol-

mayaraq  bu  şərait  və  amillərlə 

insan  orqanizmi  arasında  qarşı-

lıqlı  təsir  qanunauyğunluqlarını 

öyrənmək  əsasında  xəstəliklərin 

diaqnostikası  və  müalicəsini, 

xəstəlikdən sonrakı davranış qay-

dalarını təşkil edə və effektli rejim 

təyin edə bilər.

Müasir  çoxamilli  ətraf  mü-

hit    (təbii,  antropogen,  sosial) 

şəraitində,  insan  orqanizmində 

baş  verən  patologiyaların  böyük 

əksəriyyəti  ekzogen  amillərin 

əlverişsiz  təsiri  altında  yara-

nır  və  inkişaf  edir.  Bu  xəstəliklər 

sırasında  ekoloji  səbəb  əlaqəli 

xəstəliklər,  habelə  «sivilizasiya 

xəstəlikləri»  kimi  xüsusi  nozo-

loji  qruplar  getdikcə  daha  böyük 

yer  tutur.  20-dən  artıq  xəstəlik 

məlumdur  ki,  onların  inkişafında 

istisnasız olaraq ekoloji amil eti-

oloji rol oynayır.

Göstərilənlərə  rəğmən,  insanı 

əhatə edən ətraf mühit (yaşayış və 

istehsalat mühiti, iş şəraiti, təlim-

tərbiyə  mühiti)  amillərinin  insan 

orqanizminə  təsir  qanunauyğun-

luqlarını yalnız gigiyenik biliklərə 

yiyələnməklə, gigiyenanın qanun-

larının  mahiyyətini  dərk  etməklə 

mənimsəmək  və  sağlamlığın  po-

zulmalarını  əvvəlcədən  proqnoz-

laşdırmaq, qabaqlayıcı tədbirlərlə 

xəstəliklərin  qarşısını  almaq, 

xəstəlik baş verdikdə isə müxtəlif 

müalicə-reabilitasiya  tədbirlərilə 

birlikdə  səmərəli  gigiyenik  rejim 

əsasında  xəstənin  sağalmasını 

təmin etmək mümkündür.

Bütün  yuxarıda  göstərilənlər 

ali  tibb  təhsilinin  strukturun-

da  müalicə  və  profilaktika 

istiqamətlərinin  vahid  bir  sistem 

kimi tədris olunmasını labüd edir.

Əgər  tibbi  yardım  üçün  həkimə 

müraciət edən şəxsin şikayətlərinə, 

xarici  görünüşünə  görə  xəstəlik 

aşkar  olunursa,  onun  yaşayış, 

əmək,  təlim-tərbiyə  şəraitini, 

həyat tərzini, hansı vərdişlərə sa-

hib olduğunu bilmədən xəstəliyin 

diaqnozunu  dəqiqləşdirmək  çox 

çətin,  müalicə-bərpa  taktikasını 

düzgün  təyin  etmək  isə  olduqca 

mürəkkəb olur.

Bunları  nəzərə  alaraq  müalicə 

işi  ixtisası  üzrə  təhsil  alan 

tələbələrin  gələcək  peşə  xarak-

teristikasında  profilaktik  təbabət 

elementlərinə  –  bilik  və  bacarıq-

ların mənimsənilməsinə geniş yer 

verilməlidir.

Çox  uzaq  olmayan  keçmişdə 

ümumi  gigiyena  fənni  müalicə-

profilaktika,  pediatriya,  sto-

matologiya  və  tibbi-profilakti-

ka  fakültələrində  klinik  fənlərin 

tədrisinə başlandığı dövrdə - III-IV 

kurslarda tədris olunurdu. Eyni za-

manda XX əsrin 80-ci illərinin so-

nuna  qədər  müalicə-profilaktika, 

pediatriya  və  stomatologiya 

fakültələrində  ümumi  gigiye-

na, əsas ixtisas fənni kimi dövlət 

buraxılış  imtahanlarının  siyahı-

sına  daxil  idi.  Bu  isə  tələbələrdə, 

məzunlarda və həkimlərdə profi-

laktik təfəkkürün formalaşmasın-

da və möhkəmlənməsində müsbət 

rol  oynayır,  gigiyena  elminin 

öyrənilməsi  və  mənimsənilməsi 

üçün stimul yaradırdı.

Müasir  şəraitdə  yeni  di-

aqnostika  və  müalicə 

üsullarının,  tibbi  texni-

kanın  inkişafının  sürət-

ləndiyi 


bir 

dövrdə, 


səhiy yə  sisteminin  get-

dikcə  təkmilləşməsi  fo-

nunda  əhali  sağlamlı-

nın  qorunması  və  möh-

kəm ləndirilməsinə  dair 

tədbirlər  kompleksində 

nə zəri  əsasları  gigiye-

na  tərəfindən  hazırla-

nan profilaktika əsas yer 

tutur.  Əgər  Ümumdün-

ya  Səhiyyə  Təşkilatı  kimi 

nüfuzlu  beynəlxalq  qu-

rum,  əhali  sağlamlığı-

nın  qorunmasında  profilaktika-

nın  prioritetlərini  təsdiq  edir  və 

bu  sahədə  cəmiyyətin  səylərinin 

gücləndirilməsini  təbliğ  edirsə, 

hər  bir  aspekti  (elmi,  pedaqo-

ji, metodik və s.) formalaşmış və 

respublikada ali tibbi təhsilin baş-

lanğıcından tədris olunan gigiye-

naya təəssüf ki, tez-tez müşahidə 

olunan  etinasızlıq  başa  düşülən 

deyil. Son vaxtlarda istər bir sıra 

səlahiyyətli  icra  strukturları,  elm 

və  təhsil  təşkilatçıları  və  təbii  ki, 

tələbələr  tərəfindən  ümumilikdə 

profilaktik  təbabətə,  o  cümlədən 

gigiyena  fənninin  tədrisinə  və 

öyrənilməsinə  bir  qədər  laqeyd 

münasibət belə bir anlaşılmazlığın 

formalaşmasına zəmin  yaratmış-

dır.

Nəzərə  almaq  və  yaddan  çıxar-



mamaq  lazımdır  ki,  məhz  gi-

giyenik  biliklərə  əsaslanan  ef-

fektli 

profilaktika 

tədbirləri 

sayəsində  son  illər  bütün  dün-

yada,  o  cümlədən  Azərbaycanla 

həmsərhəd  ölkələrdə  müşahidə 

olunan  təhlükəli  xəstəlik  epide-

miyaları («Quş qripi», «Donuz qri-

pi» və b.) ölkəmizdən yan keçmiş-

dir. Bununla bərabər, qeyd etmək 

lazımdır  ki,  təbabətdə  profilakti-

ka  tədbirləri  müvəqqəti  kampa-

niya  xarakteri  daşımamalıdır.  Bu 

tədbirlər  planlı,  məqsədyönlü  və 

fundamental  nəzəri-elmi  əsaslar 

üzərində  qurulmaqla  sistematik 

olmalıdır.  Bunun  da  yeganə  yolu 

fundamental tibb elmləri sırasında 

əsas profilaktik fənn kimi gigiyena 

elminə  münasibət  digər  təbabət 

elmlərinə  olan  münasibətlərdən 

fərqlənməməli,  onun  tədrisi  bü-

tün tibb ixtisasları üzrə dayanıq-

lı,  planauyğun  əsaslar  üzərində 

təşkil edilməlidir.

Azərbaycan  Tibb  Universite-

tinin  müalicə  işi,  stomatologi-

ya,  hərbi  tibb  ixtisasları  üzrə 

tələbələrinin  gigiyena  fənnindən 

biliklərin  və  təcrübi  bacarıqla-

rın  mənimsənilmə  səviyyəsinin 

qiymətləndirilməsi  yalnız  II  kur-

sun  semestr  imtahanlarında  de-

yil,  həm  də  dövlət  buraxılış  im-

tahanlarının  proqramına  daxil 

edilməsi  vacib  hesab  edilir.  Gi-

giyena fənninin ali tibb təhsilinin 

rezidentura  pilləsinin  istər  qəbul 

imtahanlarının,  istərsə  də  rota-

siya  fənlərinin  proqramına  daxil 

edilməsinə də böyük ehtiyac var-

dır. Baxmayaraq ki, müalicə edən 

həkimin  peşə  fəaliyyətinin  tərkib 

hissələrindən  biri  profilaktikadır, 

bu ixtisaslara yiyələnmək istəyən 

tələbələr  II  kursdan  sonra  profi-

laktik  təbabət  haqqında  heç  bir 

fundamental  bilik  və  informasiya 

almır və bu istiqamətdə hər hansı 

bir  yenilikdən  xəbərdar  olmurlar. 

Ona görə də müalicə işi ixtisasla-

rı üzrə rezidenturaya qəbul və bu 

təhsil müddətində rotasiya fənləri 

sırasına gigiyenanın daxil edilməsi 

göstərilən boşluğu doldura bilər.

 Aydın MƏMMƏDOV,



Tibbi profilaktika fakültəsinin dekanı, 

dosent


Yüklə 9,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin