|
|
səhifə | 6/8 | tarix | 02.12.2022 | ölçüsü | 0,55 Mb. | | #71899 |
| Belge (1)
Ventilyatorlar — kənardan sığınacağa hava vermək üçündür. Dizel elektrik stansiyası (DES) olmayan sığınacaqlarda əl elektrik ventilyatorları, DES olan sığınacaqlaräa isə elektrik ötürücülü sənaye ventilyatorları tətbiq edilir.
Sığınacaqların təmiz ventilyasiya rejimində FVK-1 və FVK-2 süzücü veentilyasiya dəstlərinin tərkibindəki GRV‑600/300 əl elektrik ventilyatorları və onlara əlavə olaraq — GRV-72-2 və GRV-72-3 əl elektrik ventilyatorları işlədilir.
Hər bir əl elektrik ventilyatorlarının əks-klapanı və hava sərfi göstəricisi var. Süzücü ventilyasiya rejimində FVK-1 və FVK-2 dəstləri GRV-600/300 əl elektrik ventilyatoru ilə birlikdə işə qoşulur.
Bu ventilyatorların əsas xarakteristikaları İN və Q-II-11-77*-nin 7-ci əlavəsində verilmişdir.
Havapaylayıcı şəbəkə (hava boruları) təmizlənmiş havanı sığınacağın müxtəlif otaqlarının həcminə mütənasib olaraq paylaşdırmaq üçündür.
Sığınacaqda havanın həcmini tənzimləmək üçün izafi təzyiq klapanı və əllə hərəkətə gətirilən hermetik klapanlardan ibarət hava tənzimləyici tərtibat düzəldilmişdir.
Hermetik klapanlar havapaylayıcı şəbəkədə qoyulur və ventilyasiya sistemini bir rejimdən digər rejimə keçirmək, habelə sığınacaqda havanın həcmini tənzimləmək üçündür.
Ayaqyolu kabinələrinin iki cərgəsi arasındakı keçid yolunun eni və ya kabinələr ilə onların qarşısındakı pissuarlar arasındakı məsafə 1,5 m, ayaqyolunun kənar cərgəsi ilə divar və ya arakəsmə arasındakı məsafə 1,1 m olmalıdır.
Ayaqyoluna giriş özüörtülən qapılı tamburlardan (yuyunma otaqlarından) olmalıdır. Döşəməüstü unitazlar və qablar qaïıları olan ayrıca otaqda yerləşdirilməlidir.
Sanitariya qovşaqları planlaşdırılarkən kabinələrin oxlar üzrə ölçüləri belə götürülməlidir: qapılar çölə açılarkən 1,2 x 0,9 m və qapılar içəri açılarkən 1,5 x 0,9 m.
Dostları ilə paylaş: |
|
|