Havanın tərkibində oksigen və karbon qazının lazımi miqdarını, habelə normal temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi havaverici və ya havaverici-sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur. Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər:
— təmiz ventilyasiya rejimində (I rejim);
— süzücü ventilyasiya rejimində (II rejim);
— içəridəki hava bərpa (regenårasiya) edilməklə tam təcrid olunma rejimi (III rejim).
Süzücü ventilyasiya qurğularının (SVQ) hava təchizatı üzrə lazımi məhsuldarlığını (U — m3/saat) hesablayarkən otaqdakı havada karbon qazının yolverilən normasını nəzərə alırlar:
, (1)
burada U — SVQ-nin məhsuldarlığı, m3/saat; m — bir nəfərin havaya buraxdığı karbon qazının miqdarı (hərəkətsiz halda m = 17 l/saat, hərəkətdə olarkən m = 20–35 l/saat); N — otaqda daldalananların sayı; Cy — adamlar daldalanan otaqda karbon qazının yolverilən konsentrasiyasıdır (Cj=1%).
Təmiz ventilyasiya rejimi — havanın tərkibinin lazımi dərəcədə dəyişdirilməsini, bayırdan içəriyə verilən havanın tozdan, o cümlədən də radioaktiv tozdan təmizlənməsini, eləcə də istiliyin və rütubətin kənar olunmasını təmin etmək üçündür.
Bu rejimdə bayırdan sığınacağa verilən havanın miqdarı sığınacaq yerləşən iqlim zonasından asılı və İN və Q II-11-77-nin tələblərinə uyğun hesablanır.
Süzücü ventilyasiya rejimi — sığınacağa verilən havanı zəhərləyici maddələrdən, o cümlədən də GTZM-dən, bioloji vasitələrdən, radioaktiv maddələrdən və adi tozdan təmizləmək üçündür. İçəriyə verilən havanın miqdarı daldalanan hər adam üçün saatda 2 kubmetr, idarəetmə məntəqəsində işləyən operativ heyətin tərkibindəki hər adam üçün saatda 5 kubmetr və elektrik əl ventilyatorlu SVQ-yə xidmət edən hər işçi üçün saatda 10 kubmetr hesabı ilə hesablanır.
Tam təcridolunma rejimi — sığınacaqdakı havanın tərkibinin bərpa (regenerasiya) edilməsilə birlikdə tətbiq olunur və kütləvi yanğınlar və ya ikinci zədələyici amillər nəticəsində ərazinin zəhərli qazlarla daha çox zəhərlənməsi ehtimal edilən yerlərdəki sığınacaqlarda nəzərdə tutulur. Belə hallarda sığınacaqäa lazımi sanitariya-gigiyena şəraiti içəridəki havanın tərkibinin bərpa edilməsi hesabına yaradılır.
Tam təcridolunma rejiminin müddəti bu düsturla təyin edilir:
; (2)
burada ttt — tam təcridolunma müddəti, saat; W — otağın daxili həcmi, m3; Cyh — karbon qazın konsentrasiyasının yolverilən həddi, %; (Cyh = 2,5%); Cb — tam təcridolunma rejiminin başlanğıcında otaqdakı karbon qazının %-lə konsentrasiyasıdır (Cb = 0,2%).
İnsanlar tənəffüs zamanı oksigeni udur, karbon qazını (CO2) isə buraxırlar, RP-100 (RU-150/6) markalı regenerativ patronda kalsium hidroksidi – Ca(OH)2 və ya digər maddələrdən ibarət olur ki, o da karbon qazı — CO2 ilə reaksiyaya girir:
Ca(OH)2 + CO2 CaCO3 + H2O + Q .
Havanın tərkibindəki oksigenin normal miqdarı havaya balonlardan (A–40) oksigen əlavə etməklə bərpa olunur, yəni bu zaman karbon qazı udulur və otaqdakı hava oksigenlə zənginləşir. Bu rejimdən 6 saatadək istifadə edilə bilər.
Regenerasiya vasitələrinin gücü onların iş müddətindən asılı olaraq hər adam üçün saatda 25 l oksigen sərfi və 20 l karbon qazının udulması normasına uyğun hesablanır.
Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdèr:
— havaötürücü (qurğu);
— partlayışdan qoruyan genişləndirici kameralı qurğu;
— tozəleyhinə (tozdan qoruyan) süzgəclər;
— uducu süzgəclər;
— elektrik əl ventilyatoru (əlahiddə dizel elektrik stansiyası olmayan sığınacaãlarda) və ya elektrik ventilyatoru (belə stansiyalar olan sığınacaqlarda);