GiRİŞ : Sı­ğı­na­caq­ların yerləşdirilməsi


Ra­dia­si­ya dal­da­la­na­caq­la­rı



Yüklə 0,55 Mb.
səhifə8/8
tarix02.12.2022
ölçüsü0,55 Mb.
#71899
1   2   3   4   5   6   7   8
Belge (1)

3.Ra­dia­si­ya dal­da­la­na­caq­la­rı:
Ra­dia­si­ya dal­da­la­na­caq­la­rı (RD) və ya ra­dia­si­ya­dan qo­ru­yan dal­da­la­na­caq­lar – dal­da­la­nan adam­la­rın, əra­zi­də ra­dio­ak­tiv zə­hər­lən­mə (çirk­lən­mə) za­ma­nı ion­laş­dı­rı­cı şüa­lan­ma­dan, zər­bə dal­ğa­sı­nın təsir dai­rə­sin­də (eh­ti­mal olu­nan zə­if da­ğın­tı­lar zo­na­sın­da) isə həm­çi­nin da­ğı­lan kons­truk­si­ya­la­rın qı­rın­tı­la­rın­dan mü­ha­fi­zə­si­ni təmin edən qur­ğu­lar­dır.
Sı­ğı­na­caq­lar­la mü­qa­yi­sə­də RD da­ha ge­niş əhə­miy­yə­tə ma­lik­dir. On­lar həm şə­hər­lə­rin eh­ti­mal olu­nan zə­if da­ğın­tı­lar zo­na­sın­da­kı xalq tə­sər­rü­fa­tı mü­əs­si­sə­lə­ri­nin iş növ­bə­sin­də­ki fəh­lə­lə­rin, həm də kənd yer­lə­rin­də­ki və iri şə­hər­lər­dən kö­çü­rü­lən müx­tə­lif əha­li qrup­la­rı­nın mü­ha­fi­zə­si­ni nə­zər­də tu­tur.
Ra­dia­si­ya dal­da­la­na­caq­la­rı­nı mü­əs­si­sə­lə­rin əsas və yar­dım­çı bi­na­la­rı­nın, müa­li­cə ocaq­la­rı­nın, ic­ti­mai və ya­şa­yış bi­na­la­rı­nın zir­zə­mi, ya­rım­zir­zə­mi (kür­sü) his­sə­lə­rin­də və bi­rin­ci mər­tə­bə­lə­rin­də, həm­çi­nin aşa­ğı­da­kı bi­na­lar­da yer­ləş­dir­mək la­zım­dır:
— mək­təb, ki­tab­xa­na bi­na­la­rın­da, ha­be­lə ic­ti­mai məq­səd­li bi­na­lar­da;
— ki­no-te­atr, mə­də­niy­yət ev­lə­ri, pan­sio­nat­lar, is­ti­ra­hət ev­lə­ri və ba­za­la­rı­nın bi­na­la­rın­da;
— möv­sü­mi ola­raq ya­na­caq, tə­rə­vəz, ər­zaq, tə­sər­rü­fat alət­lə­ri sax­la­nı­lan an­bar­lar­da;
— kər­pic və daş bi­na­la­rın zir­zə­mi­lə­rin­də və ye­rüs­tü mər­tə­bə­lə­rin­də­ki otaq­lar­da.
Ra­dia­si­ya dal­da­la­na­caq­la­rı üçün yer se­çər­kən mü­ha­fi­zə­edi­ci kons­truk­si­ya­la­rın ion­laş­dı­rı­cı şüa­lan­ma­lar­dan mü­´a­fi­zə­si­ni da­ha eti­bar­lı təmin edən və zər­bə dal­ğa­sı­nın təsi­ri­nə da­ha da­vam­lı olan zir­zə­mi­lə­rə və kür­sü mər­tə­bə­lə­rə üs­tün­lük ver­mək la­zım­dır.
Ra­dia­si­ya dal­da­la­na­caq­la­rı­nı çox­mər­tə­bə­li bi­na­la­rın bi­rin­ci mər­tə­bə­lə­rin­də yer­ləş­di­rər­kən ilk növ­bə­də di­gər otaq­lar­dan əsas­lı di­var­lar və ara­kəs­mə­lər­lə ay­rı­lan və tə­bii işı­ğı olan yer­lər­dən (ko­ri­dor­lar, xol­lar, dəh­liz­lər və s.) is­ti­fa­də et­mək la­zım­dır.
Be­lə­lik­lə, zər­bə dal­ğa­sı­nın təsir dai­rə­sin­də­ki ra­dia­si­ya dal­da­la­na­caq­la­rı zir­zə­mi­lər­də­ki, yer­dən aøaˆû və kür­sü mər­tə­bə­lər­də­ki otaq­lar­da, elə­cə də ye­rüs­tü kər­pic (daş) bi­na­la­rın bi­rin­ci mər­tə­bə­lə­rin­də­ki təc­rid olun­muş otaq­lar­da, on­la­rın ava­dan­lıq­laş­dı­rıl­ma­sı üçün mi­ni­mal əməl və və­sa­it sər­fi nə­zər­də tu­tul­maq­la yer­ləş­di­ril­mə­li­dir.
Ra­dia­si­ya dal­da­la­na­ca­ğı əsas və yar­dım­çı otaq­lar­dan iba­rət olur (şə­kil 10). Əsas otaq­lar: dal­da­lan­ma ota­ğı, tibb mən­tə­qə­si və la­zı­mè hal­lar­da–ana və uşaq ota­ğı. Yar­dım­çı otaq­lar: sa­ni­ta­ri­ya qov­şa­ğı, ven­til­ya­si­ya ota­ğı, çirk­lən­miş üst pal­tar­la­rı sax­la­maq üçün otaq­lar.

1 – dal­da­lan­ma ota­ğı; 2 – tibb mən­tə­qə­si; 3 – ana və u­şaq ota­ğı;


4 – ven­til­ya­si­ya ota­ğı; 5 – sa­ni­ta­ri­ya qov­şa­ğı; 6 – çirk­lən­miş üst pal­ta­rı sax­la­maq üçün o­taq; 7 – sa­ni­ta­ri­ya pos­tu; 8 – kö­çür­mə-çı­xış yo­lu;
9 – eh­ti­yat çı­xış yo­lu; 10 – səy­yar su qab­la­rı; 11 – zi­bil qu­tu­su;
12 – ek­ran­la­yı­cı di­var.


Dal­da­lan­ma ota­ğı — bu­ra adam­la­rın xey­li müd­dət qa­la bil­mə­si üçün mi­ni­mal ra­hat­lı­ğı təmin et­mə­li­dir. Bu­ra­da otur­maq və uzan­maq üçün yer­lər dü­zəl­di­lir ki, on­la­rın sa­yı dal­da­la­nan­la­rın sa­yı­na uy­ğun ol­ma­lı­dır.
Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin