Giriş Aktuallığı Məqsəd və vəzifələr Tədqiqatın predmeti və obyekti


İşğaldan azad olunmuş ərazilərdə investisiya cəlbediciliyinin qiymətləndirilməsi qiymətləndirilməsi



Yüklə 24,47 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü24,47 Kb.
#39566
1   2
İşğaldan azad olunmuş ərazilərdə investisiya cəlbediciliyinin qiymətləndirilməsi qiymətləndirilməsi

Müasir Azərbaycan öz müstəqilliyinin 20 ili ərzində mürəkkəb və eyni zamanda şərəfli yol keçmişdir. 1990-cı illərin əvvəlində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və sovetlər birliyi kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yer alması ilə nəticələnmişdi. Həmin ərəfədə ölkəmizin hərbi təcavüzə məruz qalması, erməni millətçiliyinin soyqırım və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin ifrat dərəcədə ağırlaşmasına səbəb olmuşdu.

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı. İlk növbədə, əldə olunmuş dövlət müstəqilliyimizin dayanıqlığı təmin edildi və ölkə daxilində siyasi sabitliyin bərqəraredilməsinə nail olundu.

Eyni zamanda, makroiqtisadi tarazlığın köklənməsi və o vaxt mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirildi, böyük əzmlə ağır yüklü sosial məsələlərin həllinə başlanıldı.

Azərbaycanın karbohidrogen ehtiyatlarının xalqın maraqlarına sərf olunmasının əsası məhz bu dövrdə “Əsrin Müqaviləsi”nin bağlanılması ilə qoyulmuş, eyni zamanda düşünülmüş şəkildə genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə start verilmişdir.

Sovet dönəmindən qalmış inzibati amirlik üsulidarəsinin yeni sərbəst rəqabət münasibətləri ilə əvəzlənməsi üzrə həyata keçirilən köklü institusional dəyişikliklər, bazar iqtisadi sisteminin formalaşdırılması istiqamətində məqsədyönlü siyasət tədbirləri, dövlət mülkiyyətinin özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin formalaşdırılması, torpaq islahatlarının aparılması kimi vacib dəyişikliklərin özülü məhz sözügedən illərdə qoyulmuşdur.

2000-ci illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi sürətli inkişafa əlverişli imkanlar açmaqla cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.

Təbii resursların geniş şəkildə hasilatına və ixracına nail olmaqla yeni impuls qazanan iqtisadi artım dinamikası, 2009-cu ildə qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında iqtisadi artımın qeydə alınması seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür. Bununla bərabər, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmış, son on ildə qeyri-neft sektorunun orta illik artım tempi təxminən 11 faiz olmuşdur.

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.

Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğaldan azad edilmiş ərazilərin payına düşür. Bu ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yatağı vardır. Bu, gündə 7805 m3 mineral su təchizatı deməkdir.Burada 155 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) yatağı mövcuddur.

Kiçik Qafqazın şərqindəki yerləşən Mehmana yataqlarında region üçün nadir və qiymətli faydalı qazıntı ehtiyatları, Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda isə sənaye əhəmiyyəti olan civə ehtiyatları var.

Bütün bunlar regionun böyük iqtisadi potensialından xəbər verir. Həmin ərazilərdə sahibkarlığın inkişafı nəticəsində həm ölkəmizin ümumi daxili məhsulunun həcmi, həm də dövlət büdcəsinə vergi daxilolmaları artacaqdır.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.

3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.

4. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılsın:

4.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

4.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

4.7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

4.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

4.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

4.10. müvafiq yerli icra hakimiyyəti orqanları.

Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.

Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etsinlər:


  • mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

  • ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

  • aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;

  • kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;

  • aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

  • hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etsinlər.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görsünlər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etsinlər.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirsinlər.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etsin.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirsin.

2011-ci ildə real ÜDM 2003-cü illə müqayisədə 3 dəfə artmış, 2011-ci ilin yekunlarına əsasən Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizdən çox hissəsinə sahib olmaqla regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir.

Son 8 ildə ölkənin strateji valyuta ehtiyatları 22 dəfədən çox artaraq 2011-ci ilin yekunlarına əsasən 41 milyard ABŞ dollarına çatmışdır ki, bu da xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir.

Bununla yanaşı, qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən, yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası sözügedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir.

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda bu illər sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişə nail olunmuş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulmuşdur. Yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər sistemi təsbit olunmuş və inkişaf etdirilmişdir. Uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 2000-ci ildəki 49 faizdən 2011-ci ildə 7,6 faizə qədər azalmış, əməkhaqqı və pensiyalar dəfələrlə artırılmışdır.

Respublikanın iqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmağa başlamışdır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artaraq hazırda 650 milyon manatı keçmişdir. Son 10 il ərzində böyük əksəriyyəti respublikanın bölgələrində olan 400-dən artıq tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilmiş, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təchiz edilmişdir.

Respublika əhalisinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında vacib tədbirlər həyata keçirilmişdir. Yoluxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nailiyyətlər qazanılmış və bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır.

Son illərdə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunması da bilavasitə bağlıdır. Təkcə onu demək kifayətdir ki, təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin ümumi həcmi 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2011-ci ildə 1,5 milyard manat təşkil etmişdir.

Ötən dövr ərzində ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli addımlar atılmış, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Təhsilin məzmunca yenilənməsinə istiqamətlənmiş islahat tədbirləri görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla bərabər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində indiyədək 1204 nəfər Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə xaricdə təhsil almağa göndərilmişdir.



Tam əminliklə demək olar ki, Azərbaycanda artıq keçid dövrü başa çatmışdır. Sərbəst bazar münasibətlərinə və siyasi plüralizmə söykənən, öz qanunauyğunluqlarına malik yeni sosial-iqtisadi sistem bərqərar olmuşdur. Səmərəli iqtisadiyyatın fəaliyyət göstərməsi üçün zəruri infrastrukturun formalaşdırılması başa çatmaq üzrədir. Əhalinin etibarlı sosial-müdafiə sistemi qurulmuşdur və bu system hazırda da təkmilləşdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti öz Sərəncamı ilə “Azərbaycan –2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə tapşırıq vermişdir. Belə bir Konsepsiyanın hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Əldə olunmuş nailiyyətlər imkan verir ki, Azərbaycan daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin.
Yüklə 24,47 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin