Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Dizel qatarı vaqonlarının konstruksiyası



Yüklə 80,73 Kb.
səhifə24/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Dizel qatarı vaqonlarının konstruksiyası

Vaqonların kuzovu aparıcıbütöv-metallik qaynaq konstruksiyalı elemnt olub, quruluşuna görə sərnişin vaqonlarının bütöv metallik kuzovuna oxşayır. Axımlı formada olan matorlu vaqonun baş hissəsində idarəetmə pultlu maşinist kabinəsi yerləşir. Kabinənin arxasında maşın çöbəsi, xidməti sahə və sərnişin salonu olur. Matorlu vaqon çərçivəsinin eninə elementləri şvellərdən qoşqulu vaqon çərçivəsinin eninə elementləri isə zetformalı profil materiallardan hazırlanır. Matorlu vaqonun maşın şöbəsinin dam örtüyündə güc qurğusunun montajı üçün lük olur. Kuzovun daxili səthi laylı plastiklə örtülür və ya döşəməsinə isə plastiki örtük-qalın müşamba (lyunolim) çəkilir.

Vaqonların yan divarlarının hər iki tərəfində idarəetmə kabinəsindən açılıb bağlanması avtomatik idarə olunan hərəkətli qapıları olur. Matorlu vaqonun əsas hissələrinə sərnişinlər üçün salon, iki tambur, maşın şöbəsi, idaretmə kabinəsi, avtoqoşqu qurğusu, istilik dəyişdiricisinin radiatoru, ventilyasiya sisteminin jalyüzləri, radio-antenna, kuzovun dam örtüyü, motorlu arabacıq, dizel, sərnişinlər üçün divan, elestiki sahə və xidməti sahə daxildir. Motorlu vaqonun hündürlüyü 4,463 m, baza uzunluğu 18 m və kuzovunun uzunluğu isə 25,523 m-ə bərabərdir. Qoşqulu vaqonların əsas hissələrinə sərnişinlər üçün salon, iki tambur, arabacıq, sərnişinlər üçün divan, elastiki sahə və s. daxildir. Sərnişin salonunda dörd və altı yerli hər iki tərəfli yumşaq divanlar quraşdırılır.

Pəncərələrin üstündə yük-baqaj rəfləri quraşdırılır. Vaqonun sərnişin salonları tamburlarından hərəkətli qapıları olanarakəsmələrlə ayrılır. Dizel qatarlarında motorlu vaqonun energetik qurğusunun gücü 350-800 kVt hədlərində olub, sərnişin axınından və hərəkət intensivliyindən asılı olaraq seçilir. Dizel qatarlarında əsasən 4 taktlı, turbokompressorlu mühərriklərdən daha çox istifadə olunur. Belə dizel mühərriklərindən biri də, bir-biri ilə 600 bucaq altında yerləşən V şəkilli, 12 silindrli M-756Б mühərrikidir. Mühərrik silindrlərinin işçi həcmi 62,41 nominal gücü 735 kVt, kütləsi isə 1880 kq-a bərabərdir.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin