Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə27/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   23   24   25   26   27   28   29   30   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Sərnişin vaqonları

Dəmir yolu ilə sərnişinlərin və baqaj- əl yüklərinin daşınmasında istifadə olunan hərəkət tərkibi vahidinə sərnişin vaqonu deyilir. Sərnişin vaqonları bütöv kuzova malik olub, sərnişinlərin rahatlığı üçün lazımi əsas qurğularla (oturmaq və uzanmaq yeri, ventilyasiya və işıqlanma sistemləri, eletrik təchizatı və s.) təchiz olunan bağlı-qapalı sahədir. Sərnişin vaqon parkı sərnişinləri daşıyan vaqonlardan, vaqon restoranlardan, poçt, baqaj və xüsusi vaqonlardan ibarətdir. Daşınma məsafəsindən asılı olaraq sərnişin vaqonları uzaq reysli, yerli əlaqəli və şəhərətrafı vaqonlara bölünürlər. Bu vaqonlar bir-birindən kuzovunun daxili quruluşuna görə fərqlənirlər.



Uzaq reysli vaqonlar sərnişinləri uzaq məsafəyə (700 km-dən çox) daşımaq üçündür. Bu vaqonlar kupeli və kupesiz olurlar. Onlar sərnişinlərin dincəlməsi üçün yumşaq və sərt divanlarla təchiz olunurlar. Müvafiq olaraq sərt və ya yumşaq tipli vaqonlar adlanır.

Yerli əlaqəli vaqonlar (150- 700 km-dək) əsasən gündüz vaxtlarında sərnişinləri yaxın məsafələrə daşımağa xidmət edir. (bu vaqonlarda sərnişinlərin rahatlığı və istirahəti üçün kreslolar və divanlar olur).

Şəhərətrafı vaqonlarda əsasən sərnişinlər yaxın məsafələrə (60-150 km) qısa zaman (1-2 saat müddətində) daşınır.

Poçt vaqonları

Poçt vaqonlarının vəzifəsi poçt yüklərini daşımaqdır. Vaqonda saxlanma yeri, poçt əməliyyatları zalı və xidmət heyətinin iş yeri sahəsi olur. Poçt vaqonları iki əsas tipdə hazırlanır: PP və PP-1.

PP - iki yük yerli çeşidləmə zallı olub, poçt yüklərinin daşınması və yol boyu yüklərin emalı və dəyişdirilməsini yerinə yetirmək üçün istifadə olunur. Bu vaqonun ümumi yük sahəsində yükləmə-boşaltma əməliyyatları üçün mexanikləşdirmə qurğuları olur. PP-1 tipli poçt vaqonu isə poçt yüklərinin konteynerlərlə daşınmasında istifadə olunur. PP -1 tipli poçt vaqonunun yükgötürməsi 22 ton olub, poçt yüklərinin yürləşməsi və emalı üçün yerin sahəsi 51 m2 dən az olmur. Vaqonda yükləmə qapılarının ölçüsü 1370x1980 mm-ə bərabərdir. PP-1 tipli poçt vaqonunda 2 yük saxlama yeri, məktubların çeşidlənmə zalı, bələdçilər üçün xidməti iş yeri sahəsi, qazanxana şöbəsi, böyük və kiçik koridorlar, vaqonun orta hissəsində yerləşən bir tambur və s. sahələr olur.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin