Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə31/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Sistern (çən) vaqonları

Sisternlər (çən vaqonu) – dəmiryol nəqliyyatında maye, sıxılmış qazşəkilli və tozvari (ovuntu) formalı yükləri daşımaq üçün tətbiq olunur. Sistern vaqonları da universal və xüsusi təyinatlı olmaqla iki növə bölünürlər.Universal sisternalar daşınan yüklərin xarakterinə, aparıcı elementlərin konstruksiyasına və kalibrləmə tipinə görə təsnif olunurlar.

Sistern vaqonlarda daşınan maye yükün kütləsini təyin etmək üçün ölçmə-kalibrləmə üsulundan istifadə edirlər. Bu üsulda qazanda olan maye yükün hündürlüyü ölçülür və yükün sıxlığı nəzərə alınaraq xüsusi kalibrləmə cədvəlinin köməyi ilə yükün kütləsi hesablanır. Xüsusi kalibrləmə cədvəlində hündürlükdən asılı olaraq qazanın həcmini təyin etmək olar. Hal-hazırda istismar olunan sisternlərin 65-dən çox kalibrləmə tipi mövcuddur. Kalibrləmə tipi metallik rəqəm formasında qazanın silindrik hissəsinin hər iki tərəfində işarə olunur.

Daşınan yüklərin xarakterindən asılı olaraq ssternlər iki qrupa bölünürlər: I qrupa çox saylı nomenklaturada ümumi təyinatlı neft məhsullarını daşımaq üçün istifadə olunan sisternlər; II qrupa xüsusi təyinatlı (ayrı-ayrı növ) yükləri daşımaq üçün istifadə olunan sisternlər daxildir.

Bütün sisternlərin konstruksiyaları aparıcı elementlərin növünə görə iki qrupa bölünür: vaqonuna təsir edən bütün yüklər çərçivə vasitəsi ilə qəbul olunan sisternalar və vaqonuna təsir edən bütün yüklər qazan vasitəsi ilə qəbul olunan sisternalar. Bundan başqa sistern vaqonları oxlarının sayına (4 və 8 oxlu), yükgötürməsinə, qazanın həcminə, qazanın materialına və hazırlanma üsuluna görə də təsnif olunurlar.

Xüsusi təyinatlı sisternlər müxtəlif turşuları, təzyiq altında sıxılmış qazları, yeyinti məhsullarını və həmçinin tozvari və bərkiyən yükləri daşımaq üçün istifadə olunur. Turşu daşıyan sisternlər universal sisternlərdən qazanın diametrinin kiçikliyinə görə (2-2,6m) və az həcmə görə fərqlənirlər. Turşuların daşınması təhlükəli olduğu üçün qazanın silindrik hissəsinin hər iki tərəfindən 50 sm enində yaşıl zolaq çəkilir və dib hissəsində isə 1x1 m kvadratik ölçüdə daşınan yükün adı yazılmaqla təhlükəlilyi göstərilir. Yüksək təzyiq altında sıxılmış qazları daşıyan sistern vaqonları “Xüsusi səlahiyyətli dövlət orqanının” qaydaları əsasında istismar olunurlar. Vaqon qazanının yuxarı hissəsi günəş şüasından mühafizə olunması üçün açıq rəngli xüsusi qoruyucu örtüklə mühafizə olunur. Sıxılmış qazlar yüksək təzyiq altında daşındığı üçün qazan qalınlığı 24-30 mm olan xüsusi poladlardan hazırlanır. Qazların da daşınmasının təhlükəli olduğunu nəzərə alsaq qazanın silindrik hissəsinin hər iki tərəfində 30 sm enində parlaq rəngli xüsusi zolaqlar və dib hissəsində isə dairəvi zolaqlar çəkilir. Daşınan yükün adı yazılmaqla təhlükəliliyi göstərilir. Məsələn qırmızı zolaq – propan, sarı- amonyak, xaki- xlor daşındığını bildirir.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin