Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Konteynerlərlə yüklərin daşınmasının təşkili



Yüklə 80,73 Kb.
səhifə34/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Konteynerlərlə yüklərin daşınmasının təşkili

Dəmir yollarında xörda yüklərin 2/3 hissəsi konteynerlərlə daşınır ki, bu da iqtisadi cəhətdən qabaqcıl nəqletmə üsuluna aiddir. Yük konteynerə göndəricinin yükləmə məntəqəsində yüklənib alıcının təyinat məntəqəsində boşaldılır. Konteynerləri dəmiryol nəqliyyatından avtomobil və su nəqliyyatına təhvil verdikdə qapıları açılıb yoxlanılmır, yalnız plombları yoxlanılır. Yüklərin konteynerlərdə daşınması, daşınma xərclərini və maya dəyərini azaldır, əmək məhsuldarlığını isə artırır. Konteynerlərdə daşınan yüklərin taralara yığılıb qablaşdırılmasına ehtiyac olmur. Bunun nəticəsində isə xeyli miqdarda meşə materialı, metal və parçaya qənaət edilir.

Konteynerlərdə bütün növ xırda göndərişlər və ev əşyaları daşınır. Yüklərin konteynerlərdə daşınması taralı və ədədi yüklərin yükləmə-boşaltma əməliyyatlarının mexanikləşdirilməsini tələb edir. Beləliklə, bu əməliyyatların sürətləndirilməsinə tam imkan verir. Konteynerlərdən istifarə edilməsi örtülü anbarlara və örtülü vaqonlara olan tələbatı azaldır və onların tikilməsi üçün kapital qoyuluşunu 2- 3 dəfə ixtisara salır.konteyner daşıyan platforma vaqonlar örtülü vaqonlardan daha ucuzdur. Konteynerlər bir nəqliyyat növündən digərinə daha tez yüklənib-boşaldılır və bu proses sadələşir. Yüklərin konteynerlərdə daşınması yığıcı vaqonlarda daşınan xırda göndərişlərə nisbətən dəmir yollarının istismar xərclərinin 1/3-ni ixtisar edir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin