Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Sərnişin daşımalarının təşkilinin əsasları



Yüklə 80,73 Kb.
səhifə37/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   33   34   35   36   37   38   39   40   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Sərnişin daşımalarının təşkilinin əsasları

Dəmiryol nəıqliyyatının əsas vəzifələrindən biri də sərnişin daşımalarına olan tələbatın tam və vaxtında ödənilməsindən ibarətdir. Sərnişin daşımalrının təşkilinin əsas məsələsi – vağzallarda və qatarlarda sərnişinlərin yüksək səviyyədə xidmətini və təhlükəsizliyini təmin edərək əhalinin hərəkətinin tələbatını ödəməkdən ibarətdir.sərnişin daşımalarının təşkili və uyğun qurğuların inkişaf etdirmək üçün sərnişin-kilometrlərlə daşımaların gözlənilən həcmi təyin edilir. Bunun əsasını əhalinin sayı, iqtisadiyyatın vəziyyəti, istirahət evləri və sanatoriyalar şəbəkəsi təşkil edir. Həmçinin sərnişinlərin sərgilərə və turistlərin daşımalarının təşkili, başqa nəqliyyat növləri ilə beynəlxalq sərnişin və şəhərətrafı daşımaların xüsusi çəkisi kimi amillər nəzərə alınır.

Sərnişin daşımaları hərəkət vəzifəsindən asılı olaraq üç kateqoriyaya bölünür: birbaşa daşımalar - ən azı iki dəmir yolunun (ölkənin) iştirakı ilə yerinə yetirilir: yerli daşımalar – bir dəmi yolunun sərhədləri daxilində yerinə yetirilir: şəhərətrafı daşımalar – şəhərlərə və iri yaşayış məntəqələrinə birləşən xətlərdə yerinə yetirilir.

Sərnişin qatarları aşağıdakı kateqoriyalara bölünürlər: uzaq məsafəli qatarlar 700 km-dən çox, yerli qatarlar150-700 km arasında, şəhərətrafı qatarlar isə 150 km-ə qədər hərəkət edirlər. Hərəkət sürətindən və dayanacaqların sayından asılı olaraq uzaq məsafəli və yerli qatarlar sürəti, sürət və sərnişin növlü olurlar.

Sürətli və sürət qatarlarına yüksək sürətlə hərəkət edən və dayanacaqları yalnız iri stansiyalarda olan qatarlar deyilir. Sərnişin qatarları kiçik sürətlə hərəkət edirlər və bütün və daha çox stansiyalarda dayanırlar. Onların orta sürəti 50 km/saata yaxın təşkil edir. Poşt və baqajın daşınması sürət, sərnişin və poçt baqaj qatarlarına daxil edilən ixtisaslaşmış vaqonlarda yerinə yetirilir.

Uzaq məsafəli qatarların cədvəlinin tərtib edilməsi zamanı ilkin məntəqələrindən göndərməni axşam vaxtlarına, son məntəqəsinə çatma vaxtını isə səhər vaxtlarına təyin edirlər. Yerli və şəhərətrafı qatarlarının cədvəlini müəssisə və təşkilatların iş saatlarına uyğun sərnişinlərin əsas kateqoriyası üçün rahat olmasına nail olurlar. Bir çox hallarda iri sərnişin axınlarının yaranması zamanı uzun tərkibli, artırılmış uzunluqlu və birləşdirilmiş sərnişin qatarları tərtib edilə bilər. Birinci halda qatarın uzunluğu onun təyin olunmuş tərtibat sxemindən artıq olur. Ikinci halda isə sərnişin qatarının tərkibinə 20 vaqon və daha çox daxildir.

Qoşulmuş iki sərnişin qatarında ibarət və hər iki başında lokomotivləri olan sərnişin qatarına birləşən qatar deyilir. Sərnişin daşımalarının ümumi həcminin ən böyük xüsusi çəkisini şəhərətrafı daşımalar təşkil edir. Onların xarakter xüsusiyyətlərinə sərnişinlərin minib-düşməsi üçün tez-tez dayanmaların lazımlığı və ilin fəslindən, həftənin günüdən və sutka vaxtından asılı olaraq hərəkətin qeyri-bərabərliyi daxildir.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin