Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Yük vaqonlarının nömrələri



Yüklə 80,73 Kb.
səhifə38/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   34   35   36   37   38   39   40   41   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Yük vaqonlarının nömrələri

Dəmiryol nəqliyyatında hərəkət vasitələrini səkkiz rəqəmli qeydiyyat nömrəsi ilə kodlaşdırırlar. Yük vaqonları ölkənin ümumi vaqon parkına aid olub, hər hansı bir depoda qeydiyyata alınmır. Yük vaqonunun nömrəsinə görə onun texniki xarakteristikasını, hesabat uzunluğunu təyin etmək olar. Birinci rəqəm vaqonun tipini və digər dəmir yolu texnikasının növünü göstərir:



  1. sərnişin vaqonu;

  2. lokomotivlər, yol maşını, kranlar və digər mexanizmlər;

  3. örtülü yük vaqonu;

  4. dörd oxlu transporter (xopper-dozator və dumpkar vaqonlar);

  5. platforma;

  6. başqa nazirliyin və təşkilatların müəssisələrinin tabeçiliyində və qrydiyyatında olan yük vaqonları;

  7. yarımvaqonlar;

  8. dörd və səkkiz oxlu sistern vaqonları;

  9. izotermik vaqonlar;

  10. digər dörd oxlu xüsusi yük vaqonları.

Yük vaqonlarının ikinci rəqəmi vaqonun oxluğunu və əsas xarakteristikasını göstərir. 0-8 rəqəmi vaqonun 4 oxlu, 9 rəqəmi isə vaqonun 8 oxlu olduğunu göstərir. Üçüncü rəqəm vaqonda əlavə xarakteristikalar haqqında məlumat olduğunu göstərir. IV, V, VI və VII rəqəmlər isə ardıcıl olaraq vaqonun inventar nömrəsinin göstərir. Vaqonlarda səkkizinci rəqəm isə elektron hesablama maşını üçün yoxlama kodunu göstərir. Bu rəqəmin köməyi ilə vaqonun nömrəsinin düzgün yazılması yoxlanılır. Yük vaqonunun nömrəsin də yoxlama işarəsinin təyin olunma ardıcıllığı aşağıdakı kimidir: vaqonun ilk yeddi rəqəmi çəki sırasına vurulur. Vaqon nömrəsinin tək rəqəmləri 2-yə, cüt rəqəmləri isə 1-ə vurularaq alınan hədlər toplanır. Alınmış cəm onluqlara qədər yuvarlaqlaşdırılır və alınan rəqəm isə 8 -ci yoxlama rəqəmi kimi qəbul edilir. Məsələn: vaqonun ilk yeddi nömrəsi 6284772-dir. 8 –ci yoxlama rəqəmini təyin edək.

6+2+8+4+14+14+2=50. Deməli, 8-ci rəqəm 5 olacaq. Beləliklə, vaqonun yoxlama ədədlə birlikdə inventar nömrəsi və ya dövlət qeydiyyat nömrəsi belə olacaq “62847725”.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin