Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Hərəkət vasitələrinin əsas yazı və işarələri



Yüklə 80,73 Kb.
səhifə40/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   36   37   38   39   40   41   42   43   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Hərəkət vasitələrinin əsas yazı və işarələri

MDB dövlətlərinin bütün sərnişin vaqonları eyni işarə və yazılara malikdir. Kuzanın yan kənar divarında ölkənin gerbi, dəmir yolu nazirliyinin xüsusi işarəsi, vaqonun nömrəsi, vaqonun tipi, yerlərin sayı, kuzov qaldırıcısının yeri qeyd olunur. Kuzovun ön-arxa divarlarında vaqonun qeydiyyatda olduğu deponun kodu, vaqonun istehsalı, təmiri və texniki xidmətinin yerinə yetirildiyi zavod və deponun yeri və vaxtı, avtomatik tormozun sınanmasının yerinə yetirildiyi yer və vaxt göstərilir. Vaqondakı yerlərin yanında və kupedə qapıların yanında yerlərin nömrələrini göstərən cədvəl olmalıdır. Kupesi olmayan vaqon ümumi vaqon kimi istifadə olunarsa yerlərin nömrələri boya ilə yazılmalıdır. Xidməti kupenin qapısının üz tərəfində vaqon bələdçisinin vizit kartoçkası asılmalıdır.

Beynəlxalq əlaqəli sərnişin vaqonlarında qatarın keçdiyi ölkələr, vaqon bazası, avtotormozun tipi, 1435 mm koleyalı yolların qabaritinə uyğunluğu “MC” işarələri, arabacığın uzununa tirində vaqonun və arabacığın nömrəsi və arabacığın qeyd olunduğu dəmir yolunun sıra nömrələri göstərilir. Yük vaqonunun əsas yazıları və işarələri onun yan divarında göstərilir. Yük vaqonlarının kənar yan divarlarında sərnişin vaqonlarının işarə və yazılarından əlavə olaraq vaqonun yükgötürməsi, tarası və kuzovunun həcmi də göstərilir. Təhlükəli yükləri daşıyan sistern vaqonlarnın qazanında zolaqlı rənglər çəkilir və “Təhlükəli” sözü yazılır.

Yük vaqonları

Yük vaqon parkına geniş nomenklaturalı yükləri daşıyan universal vaqonlar və eyni adlı ümumi xassəli yükləri daşıyan xüsusi vaqonlar daxildir. Universal yük vaqonları xüsusi vaqonlara nisbətən az miqdarda yükləmə-boşaltma əməliyyatlarının tam mexanikləşdirilməsi tərtibatlarına malik olurlar. Bir çox hallarda universal vaqonların yükgötürməsindən və kuzovunun tutumundan tam istifadə etmək olmur. Dəmiryol nəqliyyatının universal yük parkına örtülü, yarımvaqon, platforma (ümumi təyinatlı sisternalar və izotermik vaqonlar) daxildir. Xüsusi yük vaqonları daşınan yüklərin saxlanmağını daha etibarlı təmin etməklə bərabər, yükləmə-boşaltma işlərini sürətləndirir və mexanikləşdirilməsinə imkan yaradır. Xüsusi yük vaqonlarına aşağıdakılar daxildir:

- minik avtomobilləri, mal qaranı, polad materialları daşıyan örtülü vaqonlar;

- sement, taxıl məhsulları, mineral gübrələri daşıyan örtülü vaqonlar;

- kiçik ölçülü ağacları (uzunluğu 2 m-dək), səpələnən yükləri daşıyan dərin kuzovlu 4 oxlu yarımvaqonlar;

- iri parçalı mis filizlərini və səpələnən yükləri daşıyan dərin kuzovlu 8 oxlu yarımvaqonlar;

- konteynerləri, minik avtomobillərini, meşə ağac materiallarını, 25 m-lik uzun relsləri, nəqliyyat vasitələrini daşıyan platformalar.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin