Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Lokomotivlərin cari və əsaslı təmiri



Yüklə 80,73 Kb.
səhifə43/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Lokomotivlərin cari və əsaslı təmiri

Cari təmirlərdə- əsaslı təmirlər arası müddətlərdə lokomotivin işəyararlığını təmin etmək üçün, lokomotivlərin ayrı –ayrı düyün və detallarının təftişi, dəyişdirilməsi və bərpa olunması işləri yerinə yetirilir. Cari təmirlər əsas lokomotiv depolarında ixtisaslaşdırılmış və ya kompleks briqadalar tərəfindən aparılır. Orta cari təmirdə yeyilmiş və dağılmış detal və düyünlərin dəyişdirilıməsi və təmiri yolu ilə lokomotivin istismar xarakteristikası bərpa olunur, texniki vəziyyəti yoxlanılır və aşkar olunmuş nasazlıqlar aradan qaldırılır.

Əsaslı təmirlər lokomotiv təmiri zavodlarında yerinə yetirilir. ƏT-1 təmirində lokomotivlərin istismar xarakteristikasının bərpa olunması, yeyilmiş və sıradan çıxmış aqreqat, düyün və detallar dəyişdirilir və yaxud da hissə-hissə bərpa olunurlar. ƏT-2 təmirində lokomotiv tam saz vəziyyətə gətirilir. Bu təmirdə istismar müddəti bitmiş aqreqat, düyün və detallar dəyişdirilir, yaxud da tam bərpa olunurlar. Eletrik naqilləri və kabellər dəyişdirilir. ƏT-2 təmirində lokomotivin kuzasının daxili və xarici örtük elementi tam dəyişdirilərək modernizasiya olunurılar.

Lokomotivlərin texniki xidmət və təmirlərinin periodik normaları və təmirdə dayanma müddətləri Azərbaycan DY QSC-nin Texniki İstismar Qaydalarının normativ texniki sənədlərinə uyğun tərtib olunur.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin