Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Azərbaycan dəmir yolunun gələcək perspektivləri



Yüklə 80,73 Kb.
səhifə4/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   2   3   4   5   6   7   8   9   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Azərbaycan dəmir yolunun gələcək perspektivləri

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Avropa və Asiya ölkələri ilə yeni ticarət-iqtisadi münasibətlər yaratmağa başladı. Nəticədə ticarət əlaqələrinin istiqaməti dəyişdi və TRACECA(Traseka) proqramı meydana gəldi. “Yeni İpək Yolu” adlandırılan TRACECA proqramı MƏrkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. Proqramın məqsədi alternativ nəqliyyat yolları vasitəsilə Avropq və denya bazarlarına çıxış imkanlarını yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasıdır.

Bu gün TRACECA çərçivəsi daxilində Bakı- Poti-İliçevsk-Varna-Konstanta və Bakı-Türkmənbaşı-Aktau marşrutu xətləri həyata keçirilir. Bu xəttin həyata keçirilməsində ölkələrin geniş əməkdaşlığı böyük rol oynamışdır. Buraya Şərqi Avropa ölkələrinin (Polşa,Rumıniya, Bolqariya) əlavə edilməsi də Azərbaycanın Avropa ölkələri ilə nəqliyyat iqtisadi əlaqələrini daha da möhkəmlətmişdir.

Ümumi uzumluğu təxminən 14-15 min km olan TRACECA dəmiryol magistralının 503 km-i Azərbaycan Respublikasının ərazisindən keçir. Nəzərə alınsa ki, bu xətlə ən azı 120-130 min ton yük daşınacaq, onda bunun böyük beynəlxalq əhəmiyyətə malik olduğu aydın olar. 2000-ci ildə Respublikanın dəmiryol nəqliyyatı ilə 16,0 milyon tona qədər yük daşınmışdır. Azərbaycan Dövlət Dəmir yollarının potensialı ona ildə 45-48 mln. Ton həcmində müxtəlif yük daşımaq imkanı verir.

Azərbaycan dəmir yolunda hərəkət tərkibinin əsaslı surətdə yeniləşməsi də çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, yeni tipli yük vaqonlarının və sürət (200 km/saat) qatarları üçün nəzərdə tutulmuş lokomotiv və sərnişin vaqonlarının tətbiqi ən vacib məsələlərdən biridir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin