Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Dəmiryol nəqliyyatının əsas texniki-iqtisadi göstəriciləri



Yüklə 80,73 Kb.
səhifə5/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   2   3   4   5   6   7   8   9   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Dəmiryol nəqliyyatının əsas texniki-iqtisadi göstəriciləri

Dəmir yolunda daşıma prosesini qiymətləndirmək üçün aşağıdakı əsas texniki-iqtisadi göstəricilərdən istifadə olunur: daşınan yüklərin miqdarı (həcmi), yük dövriyyəsi, daşınan sərnişinlərin sayı, sərnişin dövriyyəsi, yük gərginliyi, vaqon dövriyyəsi, qatarların, lokomotivlərin və vaqonların gedişi, əmək məhsuldarlığı, daşımaların maya dəyəri, mənfəət, rentabellik vəs. Bu göstəricilər nəqliyyat işinin həcmini və keyfiyyətini xarakterizə etməklə kəmiyyət və keyfiyyət göstəricilərinə bölünürlər.



Yük daşımalrının həcmi – P, il ərzində dəmir yolu çəbəkəsi ilə daşınan və ya göndərilən yüklərin tonlarla miqdarına deyilir. Bu göstərici dövlət tərəfindən tərtib edilən plan və öhdəliklər, eləcə də ayrı-ayrı şirkətlkərlə bağlanan müqavilələr əsasında təyin edilir. Yük dövriyyəsi – , (ton∙km) daşınan yükün miqdarının daşıma məsafəsinə olan hasili kimi təyin edilir:



Yük dövriyyəsi, ümumi göstərici kimi, nəinki dəmir yolu nəqliyyatında, eləcə də digər nəqliyyat növləri üçün əsas göstərici olmaqla bərabər, hərəkət vasitələrinin təmirinə, yanacağa, elektrik enerjisinə, əmək haqqına və s. olan tələbatların təyin edilməsi üçün aparılan hesablamaların əsasını təşkil edir. Sərnişinlərin daşınması adətən il ərzində daşınan sərnişinlərin sayı (A) ilə hesablanır. Sərnişin dövriyyəsi , (sərnişin∙km) isə daşınan sərnişinlərin sayının onların getdiyi məsafəyə hasiliilə müəyyən olunur:

Dəmir yol nəqliyyatında daşıma prosesini tam qiymətləndirmək məqsədilə, yük və sərnişin dövriyyələrinin cəmi əsas götürülür. Lakin yük və sərnişin daşımalarının maya dəyəri arasındakı mövcud fərqi nəzərə alıb, onların birgə təhlili zamanı xüsusi keçid əmsalından –k istifadə olunur. Dəmir yolunda bir nəfər sərnişin daşımasının maya dəyəri, 1 ton yükün müvafiq maya dəyərindən təxminən iki dəfə artıqdır. Dəmir yol və su nəqliyyatında bu əmsal k=1, avtomobil nəqliyyatında k=0,4. Hava nəqliyyatında isə k=0,09 qəbul edilir. Beləliklə, gətirilmiş ümumi yük dövriyyəsi aşağıdakı düsturla hesablanır:



Dəmiryol nəqliyyatının işini xarakterizə edən əsas göstəricilərdən biri də yük gərginliyidir. Yük gərginliyi və yük daşımalrının sıxlığı (Qy, ton∙km/km) yük dövriyyəsinin dəmir yolunun istismar uzunluğuna olan nisbəti ilə təyin edilir.



və ya

Lis – dəmir yolunun ümumi istismar uzunluğu adlanır.

Vaqon və lokomotivlərin dövriyyəsi, məhsuldarlıq, orta sutkalıq gedişi kimi göstəricilər də daşıma prosesində böyük əhəmiyyət kəsb edir. Vaqonun yükünün boşaltma vaxtdan növbəti yük boşaltma arasında olan müddətinə vaqon dövriyyəsi deyilir. Vaqon dövriyyəsi saat və ya sutkalarla ölçülür. Vaqon dövriyyəsi dəmir yol nəqliyyatının sərnişin və yük daşıma departamentlərinin, istehsalat müəssisələrinin, xidmətlərinin, işçilərinin işini əlaqələndirən əsas keyfiyyət göstəricisi hesab olunur. Vaqonun və lokomotivin hərəkətdə olmasına, daha döğrusu onların gedişini keyfiyyətcə səciyyələndirən vaqon və lokomotivin orta sutkalıq gedişini, onların məhsuldarlığını, vaqonun sərnişin tutumunu göstərmək olar. Dəmir yol nəqliyyatının bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyətinin tənzimlənməsi onun iqtisadi göstəricilərinin qiymətindən daha çıx asılıdır. Əmək məhsuldarlığı dəmiryol nəqliyyatında ton∙km-lə istehsal olunmuş məhsulun (gətirilmiş yük dövriyyəsinin) daşıma prosesində iştirak edən işçilərin sayına olan nisbəti ilə xarakterizə olunur:

Burada Uist – daşıma prosesinin istismar fəaliyyətində iştirak edən işçilərin orta sayıdır.

Nəqliyyat o cümlədən dəmiryol nəqliyyatı maddi istehsalın əmək tutumlu bir sahəsi olduğundan elmi-texniki tərəqqinin səviyyəsindən çox asılıdır. Əmək məhsuldarlığının artması və bununla bərabər tələb olunan istismar işçilərinin sayının azalması, daşımaların həcminin artmasına gətirib çıxarır. Ona görə də daşıma prosesinin səmərəliliyini artırmaq üçün ilk növbədə, əmək məhsuldarlığının yüksəldilməsi vacibdir.

Daşımaların maya dəyəri, nəqliyyat müəssisələrinin iqtisadi fəaliyyətini əks etdirən ən əsas ümumiləşdirici göstəricilərdən biridir. Maya dəyəri ümumiləşdirilmiş yük dövriyyəsinin hər bir ton∙km düşən istismar xərcləridir. Daşımanın maya dəyəri hər bir ton∙km-in və sərnişin ∙km-in istismar xərclərinə görə pulla ifadəsidir və aşağıdakı düsturla hesablanır:

Burada İx –daşımaların həyata keçirilməsi üçün sərf edilmiş istismar xərcləri adlanır. Daşımaların maya dəyərinə onların həcmi, məsafəsi, hərəkət tərkibinin yükgötürmə qabiliyyəti, lokomotivin faydalı iş əmsalı, lokomotivlərin yanacaq və elektrik enerji sərfləri, vaqonların boş gedişi və digər amillər təsir göstərir.Daşımaların maya dəyərinin orta ədədi qiyməti hər bir nəqliyyat növünün texniki iqtisadi xüsusiyyətini özündə əks etdirir. Əmək məhsuldarlığının artması, yanacaq və enerjiyə qənaət, texniki vasitələrdən səmərəli istifadə etmək və digər tədbirlət də daşımaların maya dəyərinin azalmasını təmin edir.

Dəmiryol nəqliyyatı və onun müəssisələrinin təsərrüfat fəaliyyətini özündə birləşdirən iqtisadi göstəricilərdən biri də mənfəətdir. Mənfəət daşıma prosesindən, dəmiyol nəqliyyatının xidmət sahələrindən, xətti müəssisələrindən və s. təsərrüfat bölmələrindən əldə edilən gəlirdən daşımaların istismar xərcini çıxdıqda yerdə qalan hissəsinə deyilir.

Daşımaların maya dəyəri aşağı düşdükcə, mənfəət də artacaqdır. Dəmiryol nəqliyyatı müəssisələrinin əsas istismar fəaliyyətindən əldə edilən gəlir, dövlət büdcəsinin formalaşması və əsaslı vəsaitin maliyyələşdirilməsi üçün ən vacib şərtlərdən biridir. Dövriyyə vəsaitlərinə isə dövriyyə istehsalat fondları (xammal, materiallar, yanacaq, ehtiyat hissələri) və tədavül fondları (anbarda olan hazır məhsullar, yolda olan yüklənmiş mallar, meəssisənin kassa və ya bank hesabında qalan pul vəsaitləri) daxildir. Lakin mənfəətin mütləq qiyməti ilə yanaşı, onun əsas istehsal fondlarının (ƏF) və dövriyyə vəsaitlərinin (DF) dəyərinə olan nisbəti, rentabellik – R,% səviyyəsi də təhlil edilməlidir.



Dəmir yolunun əsas istehsal fondlarına istehsalat və xidməti binalar, tikililər, yol şəbəkəsi, eletrik ötürmə və rabitə xətləri, vaqon və lokomotivlərcihaz və mexanizmlər, yükqaldırıcı nəqliyyat vasitələri və digər texnoloji avadanlıqlar daxildir. Əmək məhsuldarlığı artdıqca daşımaların maya dəyəri aşağı düşür, mənfəət və tentabellik isə artır.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin