Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə25/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   21   22   23   24   25   26   27   28   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Vaqonların təyinatı

VAQON – dəmir yolunun hərəkət tərkibi olub, sərnişin və yüklərin daşınmasında istifadə olunur. Hərəkət xarakterinə görə vaqonlar iki böyük qrupa bölünürlər: lokomotivlərin köməyi ilə hərəkətə gətirilən vaqonlara özü hərəkət etməyən, özünün sərbəst hərəkəti üçün enerji qurğusu olan hərəkətli (avtovaqon adlanan) vaqonlar. Sərbəst enerji qurğusu olan avtovaqonlara dizel qatarı vaqonları, kontakt şəbəkəsindən enerjini qəbul edən elektrik qatarı, metro qatarı və s. aiddir. Müxtəlif təyinatlı vaqonlar vaqon parkını təşkil edib, dəmir yolunun əsas hərəkət tərkib hissələrindən biri hesab olunurlar. Vaqon parkı yük və sərnişin vaqonlarından ibarətdir.

Vaqonlar müxtəlif şəraitlərdə istismar olunduğundan, onlar daimi olaraq dəmir yolunun müxtəlif qurğuları və texniki vasitələri, körpülər və digər süni qurğular, qatar və manevr lokomotivləri, yükləmə-boşaltma maşınları və mexanizmlərlə qarşılıqlı əlaqədə olurlar. Vaqon parkının formalaşdırılması və onun təkmilləşdirilməsi bir çox faktorlardan asılıdır: daşınan yükün növü, həcmi və strukturu; lokomotivin tipi və gücü; dəmir yolunun və süni qurğuların texniki vəziyyəti; yükləmə-boşaltma işlərinin yerinə yetirilmə üsulu; qatarın hərəkət sürəti və kütləsi; yüklərin və sərnişinlərin daşıma uzaqlığı. Bu amillərin dəyişməsindən asılı olaraq dəmir yolunun vaqon parkı daimi olaraq dəyişir, təkmilləşir, nəqliyyat işini təhlükəsiz və vaxtında yerinə yetirir. Bundan başqa vaqon parkı sərnişinlərin və xidmət heyətinin sağlamlığını qoruyan tələbatları ödəməlidir: sərnişinlərin rahatlığını təmin etməli; bir çox yükləri atmosfer təsirindən qorumalı; refrijerator vaqonlarında daşınan tez xarab olan məhsulları keyfiyyətli saxlamalı və s. bütün bu tələbatlar vaqonların ölçülərinin, tiplərinin və konstruksiyasının müxtəlifliyini təyin edir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin