Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları



Yüklə 80,73 Kb.
səhifə35/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları

Dəmiryol nəqliyyatında daşımalar hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yüklərin və sərnişinlərin daşıma müddətlərinin yerinə yetirilməsi və daşımaların səmərəlilyinin təmin edilməsi şərtlərinə ciddi riayət etməklə yerinə yetirməlidir.

Istismar işinin idarə edilməsi sistemi özündə daşımaların texniki normalaşdırılmasını, uzunmüddətli və operativ planlaşdırılmasını və onlara rəhbərliyi birləşdirərək, tərtib edilmiş texnoloji iş proseslərinin, qatarların təşkili planının və hərəkət qrafikinin yerinə yetirilməsini təmin edir.

Dəmiryol nəqliyyatında vaqon axınlarının qatarlara çevrilməsi qatarların təşkili planına əsasən həyata keçirilir. Bu plan hər bir stansiya tərəfindən təşkil edilmiş qatarın təyinatını, yəni çeşidlənəcəyi və ya boşaldılacağı stansiyanı müəyyən edir. Çeşidləmə stansiyalarının işinin həcmi və texnologiyası, texniki vasitələrdən istifadə göstəriciləri vaqon axınlarının təşkilindən çox asılıdır.

Qatarların təşkili planı və hərəkət qrafiki tərkiblərin kütlə və uzunluq normalarını müəyyən edir. Qatarların hərəkət qrafiki bütün bölmələrin işini əlaqələndirməklə, yük və sərnişin daşıma planlarınınyerinə yetirilməsini təmin edir. Hərəkət qrafiki hərəkət vasitələrindən səmərəli istifadəni, stansiyaların işini, qatarburaxma qabiliyyətindən səmərəli istifadəni, qatarların hərəkətinin təhlükəsizliyini nəzərdə tutur. Qrafikdə buraxılan hər bir qatara müəyyən (cüt və tək) nömrə verilir. Qərbdən şərqə və cənubdan şımala gedən qatarlar cüt nömrələrlə, əks istiqamətlərdə hərəkət edən qatarlar isə tək nömrələrlə işarə olunur. Qatarların hərəkət qrafiki ilə eyni vaxtda lokomotivlərin dövretmə qrafiki qurulur. Hərəkət qrafiki əsasında yük və sərnişin qatarlarının hərəkət cədvəli tərtib edilir.

Daşıma proseslərinin mənimsənilməsi üzrə məsələlərin kompleks həlli texniki və hərəkət vasitələrindən səmərəli istifadə etməklə, yük və sərnişin daşıma planlarının yerinə yetirilməsini təmin edir.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin