Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Xüsusi təyinatlı sisternlər



Yüklə 80,73 Kb.
səhifə32/55
tarix02.01.2022
ölçüsü80,73 Kb.
#40652
1   ...   28   29   30   31   32   33   34   35   ...   55
Dəmiryolu-nəqliyyatının-ümumi-kursu.-II-kurs-II-semestr

Xüsusi təyinatlı sisternlər

Xüsusi təyinatlı sisternlər müxtəlif turşuları, təzyiq altında sıxılmış qazları, yeyinti məhsullarını və həmçinin tozvari və bərkiyən yükləri daşımaq üçün istifadə olunur. Turşu daşıyan sisternlər universal sisternlərdən qazanın diametrinin kiçikliyinə görə (2-2,6m) və az həcmə görə fərqlənirlər. Turşuların daşınması təhlükəli olduğu üçün qazanın silindrik hissəsinin hər iki tərəfindən 50 sm enində yaşıl zolaq çəkilir və dib hissəsində isə 1x1 m kvadratik ölçüdə daşınan yükün adı yazılmaqla təhlükəlilyi göstərilir. Yüksək təzyiq altında sıxılmış qazları daşıyan sistern vaqonları “Xüsusi səlahiyyətli dövlət orqanının” qaydaları əsasında istismar olunurlar. Vaqon qazanının yuxarı hissəsi günəş şüasından mühafizə olunması üçün açıq rəngli xüsusi qoruyucu örtüklə mühafizə olunur. Sıxılmış qazlar yüksək təzyiq altında daşındığı üçün qazan qalınlığı 24-30 mm olan xüsusi poladlardan hazırlanır. Qazların da daşınmasının təhlükəli olduğunu nəzərə alsaq qazanın silindrik hissəsinin hər iki tərəfində 30 sm enində parlaq rəngli xüsusi zolaqlar və dib hissəsində isə dairəvi zolaqlar çəkilir. Daşınan yükün adı yazılmaqla təhlükəliliyi göstərilir. Məsələn qırmızı zolaq – propan, sarı- amonyak, xaki- xlor daşındığını bildirir.



Xüsusi sisternlər daşınan yükün təyinatına görə aşağıdakı növlərə bölünürlər:

  • yüksək özüllüklü yükləri daşıyan sisternlər;

  • yeyinti məhsullarını daşıyan sisternlər (süd, spirt, şərab, və s.). Süd, şərab məhsullarını daşıyan sistern vaqonları termos konstruksiyasında olurlar. Belə vaqonlar termos sisternlər adlanır.

  • kimyəvi turşuları daşıyan (azot, sulfat, kükürd turşuları)

  • sıxılmış qazlar (propan, amonyak, xlor)

  • ovuntu formalı yüklər (sement, kalsium sodası)

  • bərkiyən yüklər (qətran)


Transportyorlar

Transportyorlar dəmiryol nəqliyyatının xüsusi növ hərəkət vasitəsi olub, uzun ölçülü, ağır kütləli və iri (unikal) qabaritli yüklərin daşınmasında istifadə olunur. Belə yüklərə güclü cərəyan transformatorları, iri dəzgahlar, böyük diametrli qazanlar, nazim çarxlar və s. daxildir. MDB ölkələrinin dəmir yollarında yükgötürməsi 55 tondan 500 tona qədər olan və oxlarının sayı 4-dən 32-yə qədər olan transportyorlardan istifadə olunur. Dəmiryol transportyorları konstruksiyasına görə mrydançalı, quyu formalı, qoşqulu və birləşmiş növlərdə olurlar.

Transportyor vaqonlar beş əsas hissədən ibarət olub, çərçivənin quruluşu yükün qabaritinə və ölçülərinə görə fərqlənir. Yükgötürməsi 220 ton olan 16 oxlu meydança tipli transportyor hərəkətli hissədən, əsas aparıcı tirdən, iki ədəd aralıq sonlu tir, avtoqoşqu qurğusundan və avtotormoz avadanlığından ivarətdir.

Vaqonun əsas aparıcı tiri yuxarı hissədə qalınlığı 20 mm olan polad vərəqlə örtülərək döşəmə polunu təşkil edir. Əsas aparıcı tirin eni bütün kəsiklər üzrə eyni olub 2400 mm-ə bərabərdir. Vaqonun tormoz avadanlığının bəzi elementləri aralıq sonlu tirin meydançasında yerləşir. Aralıq sonlu tirdə həm də SA-3 avtoqoşqu qurğusu quraşdırılır. Aralıq sonlu tir qutu formasında hazırlanır. Transportyor vaqonunda 4 oxlu teplovoz arabacığından istifadə olunur. Bu arabacığın bazası 2570 mm olub, iki ədəd 2 oxlu arabacıqdan (bazası 2la=1360mm) ibarətdir.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin