Giriş. Elektron qurğularının təsnifatı. Elektronika


Diskret elektron qurğular



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix27.10.2022
ölçüsü1,76 Mb.
#66564
1   2   3   4   5   6   7   8   9   ...   41
ELEKTRONIKA-VE-MPT.-III-kurs-.-I-sem

Diskret elektron qurğular (DEQ) diskret formada verilmiş elektrik siqnallarının 
qəbulu, çevrilməsi və ötürülməsi üçün nəzərdə tutulub. Belə qurğular yüksək xətaya 
davamlılığı, kiçik istehlak gücü və dəyəri (qiymıti) ilə fərqlənir. 
Öz növbəsində diskret elektron qurğular (DEQ) impulslu və rəqəmli qurğulara 
bölünür. 
İmpulslu elektron qurğular ardıcıl impuls siqnallarını formalaşdırır. Analoq 
informasiyanın ardıcıl impulslara cevrilməsi prosesi impuls modulyasiyası adlanır.
Rəqəmli elektron qurğularda siqnalların kodlaşdırılması, yəni siqnalların müəyyən 
ardıcıllığlı eynitipli impulslara çevrilməsi baş verir. 
Hal hazirda yüksək etibarlılığı, yüksək xətaya davamlılığı, informasiyanı itirmədən 
uzun müddətə saxlama imkanı, enerji uyğunluğu və inteqral texnalogiyalı element bazasının
olmasi sayəsində rəqəmsal elektron qurğular geniş yayılmışdır. 
Bir sıra elektron cihazlarında həm analoq və həm də rəqəmli informasiya olur. 
Belə qurğular kimbinasiyalı elektron qurğulara aiddirlər. 


Analoq elektron qurğulara aiddir: elektron gücləndiricilər, əməliyyat gücləndiriciləri, 
kommutatorlar, komparatorlar, gərginlik stabilizatorları (düzləndiriciləri) və s. 
İmpulslu elektron qurğulara aiddir: Multivibratorlar, təkvibratorlar, triqqerlər, 
funksional çeviricilər, mişar formalı gərginlik generatorları, taymerlər və s. 
Rəqəmli elektron qurğulara aiddir: Məntiqi elementlər, triqqerlər, registrlər, 
sayğaclar, deşifratorlar, şifratorlar, multipleksorlar, demultipleksorlar, cəmləyicilər və s. 
Kombinasiyalı elektron qurğulara aiddir: analoq-rəqəm və rəqəm-analoq çevriciləri. 
 
 


Yarımkeçiricilərin məxsusi keçriciliyi 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin