Xüsusi müqaviməti keçricilərlə (10 -6 - 10 -4 Om.sm) dielektriklər ( 10 10 - 10 15 Om.sm ) arasında orta yer tutan materiallara və ya kimyəvi elementlər qrupuna yarımkeçiricilər (10 -4 -10 10 Om.sm ) deyilir. Yarımkeçiricilərdə elektrik cərəyanının axması mexanizmi dielektriklərdə olduğuna
yaxındır və keyfiyyətcə keçiricilərdəkindən fərqlənir. Yarımkeçiricilərin keçiriciliyi elektrik
sahəsinin, işıq şüasının, istiliyin təsirindən və onlara aşqarların daxil edilməsindən dəyişir.
Yarımkeçirici materiallar dövrü sistemin 1V –cü qrupunda yerləşir. Bunlara : germanium (Ge),
silisium (Si), selen (Se), qallium arsenid (GaAs), qallium fosfid (GaP), silisium karbid (SiC) və s.
daxildir. Yarımkeçiricilərin kristal qəfəsi kub şəklindədir.
Mütləq sıfra yaxın temperaturda yarımkeçiricilərin xüsusi mü -qaviməti çox böyükdür.Temperatur
artdıqca xüsusi müqavimət azalır .Yarımkeçiricilərdə elektrik keçiriciliyi mexanizmi bərk cismin zona
nəzəriyyəsinə əsaslanır.
Təmiz yarımkeçiricilərdə sərbəst elektronların sayı deşiklərin sayına bərabərdir. Çünki, kovalent
rabitə dağılanda ondan neçə elektron çıxırsa, o qədər deşiklər yaranır. Kovalent rabitədən çıxmış
elektron qonşu atomun boş qalan deşiklərini doldurub oradakı rabitəni bərpa edə bilir, yəni bir kovalent
rabitə dağılanda digəri bərpa olunur.
Beləliklə, kovalent rabitənin dağılması sərbəst elektron və deşiklərin yaranması nəticəsində
baş verir. Bu prosesə generasiya prosesi deyilir. Kovalent rabitənin bərpa olunması isə
rekombinasiya prosesi adlanır. Generasiya prosesi enerjinin udulması ilə, rekombinasiya prosesi
enerjinin ayrılması ilə baş verir.
Elektrik sahəsi olmayanda sərbəst elektronlar və deşiklər atomlar arası mühitdə kortəbii ( xaotik)
hərəkət edirlər və cərəyan əmələ gətirmirlər. Xarici elektrik sahəsi olanda sərbəst elektronların və
deşiklərin hərəkəti nizamlı xarakter daşıyır, elektronlar sahə istiqamətində, deşiklər onların əksinə
hərəkət edir. Sərbəst elektronların hərəkətindən yaranan keçricilik elektron keçiriciliyi, deşiklərin
hərəkətindən yaranan keçiricilik deşik keçiriciliyi adlanır. Aşqarı olmayan yarımkeçirici məxsusi və
ya i-tipli yarımkeçirici, onun keçi- riciliyi isə məxsusi keçiricilik adlanır.Elektron keçiriciliyinə
tipli, deşik keçiriciliyinə
tipli keçiricilik deyilir. Yarımkeçiricinin məxsusi keçiriciliyi və
tipli keçiriciliklərin cəminə bərabərdir.