Dinistorlar əsasən açar sxemlərində tətbiq edilir. Onlar həm bağlı, həm də açıq vəziyyətdə ola bilir. Volt-
amper xarakteristikasında mənfi diferensial müqavimətli enən sahə olduğundan onlardan praktikada
geniş istifadə olunur. Dinistorların böyük çatışmazlığı xarici gərginliyi dəyişmədən qoşulma gərginliyini
idarə etməyin mümkün olmamasıdır. Bu çatışmazlıq trinistorlarda aradan qalxır.
Trinistorlar 4 qatlı struktura malik idarə olunan trioddur. Trinistorlar anod və katoddan başqa üçüncü
idarəedici elektrod adlanan elektrodu var. Üçüncü elektrod anod gərginliyini dəyişmədən qoşulma
gərginliyini dəyişməyə imkan verir.Trinistorların struktur sxemi, şərti işarələri aşağıdakı kimidir.
Trinistorda üçüncü –idarəedici elektrodun köməyi ilə qoşulma gərginliyini idarə etmək mümkündür.
İdarəedici elektrod trinistorun istənilən bazalarından birinə qoşula bilər. Bu və ya digər bazadan istifadə
olunması ancaq idarəedici gərginlik mənbəyinin istiqamətinin dəyişməsinə gətirib çıxarır.
İdarəedici elektroda idarəedici gərginliyin verilməsi və anoda düzünə gərginliyin verilməsi ilə trinistor
açılır. Bu zaman EK2 kecidindən idarəedici cərəyan axır. Bu cərəyan bağlı KK kecidini neytrallaşdırır.
Qoşulma gərginliyinin kiçik qiymətlərində trinistor açılır və anoddan katoda dogru düzünə cərəyan axır.
İdarəedici cərəyan olmadıqda trinistor dinistora çevrilir. İdarəedici cərəyan trinistoru ancaq bağlı
vəziyyətdən açıq vəziyyətə keçirir. Trinistor açıq vəziyyətə keçdikdən sonra idarəedici elektrod özünün
idarəedicilik xüsusiyyətini itirir. Trinistoru bağlı vəziyyətə keçirmək üçün onun anodundakı gərginliyi elə
qiymətə qədər azaltmaq və ya idarəedici elektroda elə əks istiqamətli impulslar vermək lazımdır ki,
trinistordakı cərəyan qoşulma cərəyanından kicik olsun
Dostları ilə paylaş: