Fotodiod yarımkeçirici diodun qurluşuna malik fotohəssas element olub, daxili güclənməsiz
fotoqalvanik süaqəbuledici adlanır. Fotodiodda əks cərəyan işıqlanmanın təsiri altında dəyişir və bu
onun işçi cərəyanı olur.
Fotodiodlar iki sxem üzrə qoşula bilir: xarici elektrik qida mənbəli və xarici mənbəsiz . Xarici
mənbəli diodun iş rejimi fotodiod (fotoçevrici), mənbəsiz diodun iş rejimi ventil
(fotogenerator) adlanır. Fotodiod fotodiodlu rejimdə işləyəndə onda aşağıdakı fiziki proseslər baş
verir. Dioda işıq şüası düşməyəndə
– keçidi vasitəsilə kiçik əks cərəyan axır. Bu cərəyana qaranlıq
cərəyan deyilir.
a) b)
Şəkil1.
Fotodiodun şərti işarəsi (a), xarici mənbəli (b) və xarici mənbəsiz (c) qoşulma sxemləri
Fotodioda işıq düşdükdə daxili fotoeffektin təsirindən əlavə elektronlar və deşiklər əmələ gəlir.
Deşiklər şüalanan sahənin dərinliklərinə diffuziya edir,
– keçidinə çataraq həmən keçidin elektrik
sahəsinin təsiri altında p sahəsinə keçirlər. Beləliklə şüa enerjisi seli qeyri əsas yükdaşıyıcıların sayını
artırır, diod dövrəsində cərəyanı yüksəldir və uyğun olaraq yük müqavimətdəki gərginlik düşgüsünü
artırır.
Ventilli rejimdə işləyəndə və işıq şüa enerjisi olmayanda fotodiod dövrəsindən qaranlıq cərəyan axmır,
– keçidi tarazlıq vəziyyətindədir, diffuziya və dreyf cərəyanlrı bir-birinə bərabərdir. Fotodiod
işıqlandırıldıqda kovalent rabitənin dağılması nəticəsində yarımkeçiricidə elektronlar və deşiklər əmələ
gəlir.
– keçidinin elektrik sahəsinin təsiri altında deşiklər diodun – sahəsinə keçir, elektronlar isə –
sahəsində qalır. Qarşılıqlı elektrik yükləri arasında dinamik tarazlıq yaranır və fotodiodun elektrodları
arasında potensiallar fərqi, yəni foto e.h.q-si qərarlaşır. Bu rejimdə fotodiod xarici qidalanma mənbəyi
tələb etmir, çünki o özü elektrik cərəyanı yaradan generatordur.
Fotodiodlardan müxtəlif radioelektron qurğularında geniş istifadə olunur. Onlar günəş batareyalarında,
temperatura avtomatik nəzarət və onu tənzimləyən qurğularda, rəqəm hesablama maşınlarında və s.
qurğularda istifadə edilir.
Dostları ilə paylaş: