Giriş İnsanın mənəvi-iradi xüsusiyyətləri çox geniş və bu günümüz üçün aktual olan bir problemdir. Buraya insan mənəviyyatından və əxlaqından başlamış insanların bir-birinə olan münasibəti, mədəniyyəti, ünsiyyət qurmaq bacarığı, mübarizliyi



Yüklə 224,52 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix26.05.2022
ölçüsü224,52 Kb.
#59682
1   2   3   4   5   6
NamigJafarov

Məqalə tarixçəsi: göndərilib – 21.08.2019; qəbul edilib – 30.08.2019


qabiliyyəti daxildir. İnsanlarda bu xüsusiyyət insan şüurunun qavramağa başladığı
gündən formalaşmağa başlayır» [Qurbanov H., Yolçuyev S. Bakı, 2003].
İradə insan fəaliyyətinin xüsusi forması olmaqla, məktəblidən öz davranışına
nəzarət etməyi, başqa istək və meyillərini ləngitməyi tələb edir. İradə – insanın
şüurlu olaraq qarşıya qoyduğu arzu və məqsədlərə müvafiq olan müxtəlif
fəaliyyətləri ardıcıl surətdə təşkil edərək, həyata keçirməsi deməkdir. İradi fəaliyyət
zamanı məktəbli daxilən öz-özünə hakimlik edir, şəxsi qeyri-ixtiyari impulslarını
nəzarətə alır və lazım olduqda, onları cilovlayır. İradənin təzahürü o deməkdir ki,
məktəblinin hərəkətlərinin icrası prosesində şüur mütləq iştirak edir. İradi
fəaliyyətdə məktəbli öz səylərini, icra olunan psixi proseslərin xüsusiyyətlərini
dərk edə bilir və bu zaman yaranmış vəziyyətin qiymətləndirilməsi, arzu olunan
hərəkətlərin icrası üçün müvafiq yolların müəyyən edilməsini, məqsədə çatmaq
üçün lazımi vasitələrin seçilməsini, nəticəyə uyğun qərar qəbul edilməsini
müəyyənləşdirir.
İradi fəaliyyət bir çox hallarda məktəblinin həyat yolunu müəyyənləşdirir,
onun şəxsiyyət kimi formalaşmasının əsas amilinə çevrilir və mənəvi simasını
səciyyələndirən düzgün qərarların qəbul edilməsi ilə əlaqədar olur. Beləliklə,
məktəbli artıq formalaşmış əqidə və düşüncələrə, mənəvi prinsiplərə əsaslanaraq
hərəkət edir. Məktəbli üçün vacib olan əsas mənəvi-iradi hərəkətlərin həyata
keçirilməsi zamanı onun bütün dünyagörüşü, əqidəsi, fikirləri hisslər formasında
onun şüurunda canlanaraq, vəziyyətin qiymətləndirilməsində tələb olunan
vasitələrin seçilməsinə təsir edir. O, iradi hərəkəti həyata keçirmək üçün məsuliyyət
daşıyacağını aydın dərk edir, özünü bir şəxsiyyət kimi görür və başa düşür ki,
həyat yolunu, taleyini özü müəyyən etməyə qadirdir. 
İnsanlar müvəffəqiyyətli həyat və fəaliyyət üçün intizam, məsuliyyət, səbrli
olmaq, mübarizlik kimi mənəvi-iradi keyfiyyətlərə ehtiyac duyurlar. Bu
keyfiyyətlər insana cəmiyyətin mənəvi-hüquqi normalarına asanlıqla, məcburiyyət
olmadan uyğunlaşmağa imkan verir. 
Qeyd etmək lazımdır ki, alimlər ayrıca olaraq mənəvi və iradi keyfiyyətlər
qrupunu (mənəvi-ədalətlilik, doğruçulluq, xeyirxahlıq və s.), (iradi-təşkilatçılıq,
cəsarətlilik, təkidlilik və s.) fərqləndirsələr də, intizamlılıq, məsuliyyətlilik,
təkidlilik, əzmkarlıq və məqsədyönlülük ümumi iradi keyfiyyətlər kimi qəbul
edilir və onlar qarşılıqlı əlaqədədirlər.
Yuxarıda sadalanan xüsusiyyətlərin hər birinin formalaşdırılması yalnız müvafiq
şərait təmin olunduğu halda mümkündür. Mənəvi-iradi xüsusiyyətlər yalnız onun
təzahür etdirilməsi üçün zərurət olduqda və uşaq bu zərurətin tələblərinə müvafiq
fəaliyyət qurmağa çalışdıqda formalaşa bilər. Başqa sözlə, hər bir fərd iradənin
nə olduğunu dərk etmək üçün müəyyən bir çətinliyin, daha dəqiq desək, məhz
fiziki çətinliyin dəf olunması prosesini keçməlidir. Heç kim anadan cəsarətli
doğulmur. Bu, daha çox yaşam prosesində formalaşan insani xüsusiyyətdir. Bu
P E D A Q O G İ K A
30
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2019, №4


xüsusiyyət, ilk növbədə, icrası risk tələb edən hərəki fəaliyyəti yerinə yetirərkən
formalaşa bilər. Göründüyü kimi, mənəvi-iradi xüsusiyyətlərin formalaşması me-
xanizminin əsasında onların şagird tərəfindən fiziki cəhətdən hiss edilməsi,
yaşanması durur.
Azərbaycan Respublikasında fiziki tərbiyə sisteminin məqsədi hərtərəfli inkişaf
etmiş, sağlam və yüksək əmək məhsuldarlığına, vətənin müdafiəsinə hazır olan,
müasir cəmiyyətin fəal qurucularını yetişdirməkdən ibarətdir. Belə məqsədlərin
əsaslandırılmış qoyuluşunun obyektiv səbəblərindən biri, ilk növbədə istehsalatın
və hərbi işin tərəqqisi, insanların fiziki inkişafına və hazırlığına göstərilən tələbatdır.
Fiziki tərbiyənin spesifik sahələrinə və tərbiyənin digər növləri ilə onun
qarşılıqlı əlaqəsinə görə əsas vəzifələr 3 qrupa ayrılır:
• müasir cəmiyyətdə insanların hərəki qabiliyyətlərinin inkişafı, sağlamlıqlarının
möhkəmləndirilməsi, iş qabiliyyətlərinin yüksəldilməsinə nail olmaq;
• azad cəmiyyət qurucuları olan gələcək Azərbaycan vətəndaşları üçün həyatda
zəruri olan hərəkət, bacarıq, vərdiş və xüsusi biliklərin sistemli şəkildə
formalaşdırılması və təkmilləşdirilməsi;
• müstəqil Azərbaycan Respublikasının gələcək vətəndaşlarında mənəvi, iradi
və estetik keyfiyyətlərin tərbiyə edilməsi, onların zehni inkişafının
təkmilləşdirilməsi.
Fiziki tərbiyə sistemində insanların psixoloji xüsusiyyətləri də nəzərə alınır.
İdmançıların peşəkar hazırlığı onların psixoloji keyfiyyətləri (iradi və mənəvi
keyfiyyətlər) ilə müəyyən olunur. Bu keyfiyyətlər idmançını psixoloji cəhətdən
yarışa hazırlayır. 
Yuxarıda qeyd olunduğu kimi, şəxsiyyətin ən mühüm, güclü mənəvi-iradi
xüsusiyyətləri intizam, məsuliyyət, səbr və məqsədəuyğunluqdur. Bu
keyfiyyətlərin, eləcə də şəxsiyyətin formalaşması həm də fiziki tərbiyə və idman
fəaliyyəti zamanı baş verir. Erkən yaşlardan başlayaraq uşaqların inkişafında bu
fəaliyyət mühüm yer tutur.
Məktəb dövründə uşaq bilik, bacarıq və vərdişlərə sahib olur. Bu zaman onun
dünyagörüşünün təməli qoyulur, iradəsi və xarakteri formalaşır. Bu dövrdə
müəllimlərdən təhsilalanlarda mənəvi keyfiyyət və düşüncələrin formalaşmasına
düzgün rəhbərlik tələb olunur. Şagirddə intizam və məsuliyyətin formalaşdırılması
məktəbin qarşısında duran ən ümdə vəzifələrdən biridir.
Professor M. Məhərrəmov təlimdə müvəffəqiyyətin rəhni dedikdə, buraya, ilk
növbədə, iradə və müsbət iradi keyfiyyətlərin tərbiyə olunmasını daxil edirdi.
Müəllif «Yaxşı oxumağın sirri» əsərində yazır ki, iradə qüvvəsi insan fəaliyyətinin
bütün sahələrində yüksək nailiyyətlərə çatmağı təmin edir. Təlim isə fəaliyyətin
mürəkkəb növlərindəndir. Möhkəm iradə təlim işində də müvəffəqiyyət
qazanmağın rəhnidir. İradə insanın öz fəaliyyətini şüurlu surətdə tənzim edib,
qarşıya çıxan çətinlik və maneələrə qalib gəlməsində, özünüidarəetmə bacarığında
Namiq Cəfərov. Məktəbli şəxsiyyətinin mənəvi-iradi 

Yüklə 224,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin