Giriş İnsanın mənəvi-iradi xüsusiyyətləri çox geniş və bu günümüz üçün aktual olan bir problemdir. Buraya insan mənəviyyatından və əxlaqından başlamış insanların bir-birinə olan münasibəti, mədəniyyəti, ünsiyyət qurmaq bacarığı, mübarizliyi


keyfiyyətlərinin formalaşdırılmasının elmi-nəzəri əsasları



Yüklə 224,52 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix26.05.2022
ölçüsü224,52 Kb.
#59682
1   2   3   4   5   6
NamigJafarov

keyfiyyətlərinin formalaşdırılmasının elmi-nəzəri əsasları
31
http://journal.edu.az


təzahür edir [Məhərrəmov M. 1961]. İradə fəaliyyətdən ayrılmazdır, o yoxdursa,
fəaliyyət də yoxdur.
Hər bir fəaliyyət zamanı qarşıya qoyulmuş məqsədə nail olmaq üçün səy
göstərilir. Məqsədin aydınlığı, hərtərəfli və dərindən dərk edilməsi çox
əhəmiyyətlidir. Bu, insanın qüvvələrini səfərbər edir, onu ciddi mübarizələrə
hazırlayır. Məqsəd dərk edildikdən sonra ona nail olmaq arzusu yaranır. Arzu –
müəyyən məqsədin əldə edilməsinə istiqamətlənməkdir. Arzu etdiyimiz məqsədə
nail olmaq üçün düşünür, yollar müəyyənləşdirir, vasitələr əldə edirik.
Şəxsiyyətin mənəvi-iradi keyfiyyətləri iş prosesində təzahür edir və formalaşır.
İradi keyfiyyətlər də, mürəkkəb psixi xüsusiyyətlər kimi, insanın həyat prosesində
formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. 
Mənəvi-iradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa bölmək olar.
Müsbət mənəvi-iradi keyfiyyətlərə məsuliyyətlilik, səbrlilik, təkidlilik, qətiyyət,
cəsarət, özünü ələ almaq, dözümlülük, intizamlılıq, müstəqillik və s. aid edilir.
Bu keyfiyyətlərin hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi
iradi keyfiyyətlərə təqlidçilik, təlqinə qapılmaq, neqativlik, tərsliyi də aid etmək
olar. Mənəvi-iradi fəaliyyət prosesində uşağın müvafiq iradi keyfiyyətləri təzahür
edir və formalaşır. 
Məktəblilərdə mənəvi-iradi fəaliyyət özünü müxtəlif formalarda büruzə verir.
Əgər şagirdlərin birində təkidlilik görünürsə, başqa birində bu keyfiyyət müşahidə
olunmur, biri özünü çox müstəqil aparırsa, digəri, əksinə, tez təsir altına düşür.
Biri öz əzmi, cəsarəti ilə hamını heyran edirsə, digəri öz qətiyyətsizliyi ilə fərqlənir
və s. Deməli, şəxsiyyətin mənəvi-iradi fəaliyyətini müsbət və mənfi cəhətdən
səciyyələndirən davranışında bu fəaliyyətin icra üsulları müəyyənləşib sabitlik
kəsb etdikdə onlar şəxsiyyətin şəxsi mənəvi-iradi keyfiyyətlərinə çevrilir. Belə
keyfiyyətlər çoxdur. 
Belə bir sual meydana çıxır: mənəvi-iradi keyfiyyətlər necə formalaşır?
Müxtəlif mənəvi-iradi keyfiyyətlərin formalaşması yolları haqqında sualın cavabı
birmənalı deyil. Mənəvi-iradi keyfiyyətin xarakterindən asılı olaraq, onun konkret
təşəkkülü şəraitindən danışmaq olar, lakin şəxsiyyətin mənəvi-iradi keyfiyyətlər
kompleksinin formalaşmasına kömək edən ümumi cəhətləri də yaddan çıxarmaq
olmaz. Müsbət mənəvi-iradi keyfiyyətlərin inkişafına şəxsiyyətin bir sıra mühüm
xüsusiyyətləri təsir edir. Belə xüsusiyyətlərə, ilk növbədə, güclü borcluluq hissini
(vətən, valideynlər qarşısında), həyati məqsədlərin aydınlığını, bu məqsədlərə
çatmaq əzmini aid etmək olar. Bu xüsusiyyətlər insanın öz davranışında fəal,
niyyətlərində təkidli olması üçün lazımi şərait yaradır, onu mübarizliyə sövq edir. 
Mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılması məktəblilərin tərbiyəsində ən
mühüm məzmun xətlərindən biridir. Fiziki tərbiyə dərsləri digər fənlərin tədrisi
prosesindən fəal və mütəhərrik olması ilə fərqlənir. Bu, şagirdlərin mənsub
olduqları davranış xüsusiyyətlərini müəyyənləşdirməyə və buna müvafiq tərbiyə
P E D A Q O G İ K A
32
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2019, №4


metodlarını seçməyə şərait yaradır. Eyni zamanda, qeyd etmək lazımdır ki, mənəvi-
iradi xüsusiyyətlərin formalaşması yalnız müvafiq şəraitin yaradıldığı hallarda
mümkündür. Hər hansı çətinliyin dəf edilməsi, yorğunluğa qarşı dözüm, icrası
risk tələb edən hərəkəti yerinə yetirmək və s. hallar iradi keyfiyyətlərin
formalaşması üçün zəmin yarada bilər. Ciddi oyun və yarış qaydaları, onlara
riayət olunması şagird psixologiyasında nizam-intizam anlayışını formalaşdırır,
lakin fiziki tərbiyə prosesində çox mühüm bir cəhət diqqət mərkəzində
saxlanılmalıdır. Bu, oyun, yarış, hətta ən sadə hərəkətlərin icrasında şagirdlərin
tərəf-müqabillərinin seçilməsi zamanı biri-birinə fiziki hazırlıq cəhətdən yaxın
olan iştirakçıların müəyyən edilməsidir. 
Fiziki cəhətdən zəif olan şagird öz gücünə müvafiq iştirakçı ilə yarışmalıdır.
Dərs prosesində zəif şagirdin fiziki cəhətdən daha yüksək hazırlıqlı şagirdlə
yarışmasına yol vermək olmaz. Bu halda zəif şagirddə müəyyən mənada psixoloji
təcrid sindromu yarana bilər. Belə uşaqlar dərs, oyun, yarışlarda iştirak etməkdən
çəkinir, özünütəcrid vəziyyətinə düşürlər. Fiziki tərbiyə dərsləri elə təşkil
olunmalıdır ki, şagirdin fiziki cəhətdən zəif olduğu hamı tərəfindən hiss olunmasın.
Bu kateqoriyaya aid olan şagirdlərin fiziki hazırlığında baş verən ən cüzi müsbət
dəyişikliklər də təqdir olunmalı, rəğbətləndirilməlidir. Bu səbəbdən də komandaları,
qrupları formalaşdırarkən çalışmaq lazımdır ki, şagirdlər fiziki hazırlıq cəhətdən
bir-birinə uyğun olsunlar.
Ümumtəhsil məktəblərində təhsil illəri şagirdin əqli, iradi, fiziki cəhətdən
inkişafı və formalaşdırılması dövrünü əhatə edir. Şagird şəxsiyyətində mənəvi-
iradi xüsusiyyətlərin formalaşdırılmasında metodik cəhətdən düzgün təşkil edilmiş
fiziki tərbiyə dərsləri müstəsna təsir imkanlarına malikdir.
Q.D.Babuşkin və V.N.Smolentsova belə hesab edirlər ki, mənəvi-iradi
keyfiyyətlərin formalaşmasında aşağıdakı qaydalara riayət olunmalıdır:
• əhəmiyyətsiz çətinliklərlə mübarizədə asan tapşırıqların (ilk mərhələdə asan
tapşırıqlar məktəblilərdə mənəvi-iradi keyfiyyətlərin formalaşmasına kömək
edir) intensivliyini tədricən artırmaq;
• təyin edilmiş vəzifəni yerinə yetirməyə sövq etmək;
• çətin tapşırığın yerinə yetirilməsinin mümkünlüyünə əminlik yaratmaq;
• sürətli və çox güc sərf edilən hərəkətlərin icrasına nail olmaq;
• tapşırıqların necə yerinə yetirilməsinə diqqət göstərərək, onların düzgün
icrasını tələb etmək və s. [Омск, 2007].
Bundan əlavə, müəlliflər mənəvi-iradi keyfiyyətlərin formalaşması üçün vacib
və zəruri şərtin özünütərbiyə olduğunu göstərirlər. Bu baxımdan, özünütərbiyənin
əsas prinsipləri aşağıdakılardır:
• özünə nəzarət etməyi bacarmaq, istədiyini deyil, lazım olanı yerinə yetirmək;
• hər zaman mükəmməl nəticə göstərməyə nail olmaq, öz fəaliyyətinin ilk və
son nəticələrini gözləmək şərti ilə hər şeyi dəqiq, səliqəli yerinə yetirmək;
Namiq Cəfərov. Məktəbli şəxsiyyətinin mənəvi-iradi 

Yüklə 224,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin