2. HALLARIN İŞLƏDİLMƏ ŞƏRAİTİ
Öyrəndiyimiz kimi, ərəb yazısında qısa saitlər və tənvinlər əks etdirilmədiyindən hal əlamətləri də çox vaxt öz ifadəsini yazıda tapmır. Onları müəyyən etmək oxucunun öz öhdəsinə buraxılır. Bunu edə bilmək üçün isə oxucudan tam bir sıra leksik-qrammatik qaydaları qabaqcadan, həm də əməli şəkildə bilmək tələb olunur5. Beləliklə harada və necə işləndiyini bilməyin ərəb dilini öyrənənlər üçün xüsusi əhəmiyyəti vardır.
Adlıq hal
Cümlədə hər hansı bir qrammatik təsirdən ( عمل “idarədən”) azad şəkildə işlədilən isimlər adlıq halda olur. Buraya aşağıdakı vəziyyətlər daxildir:
1) Mübtəda və ya xəbər olanda. Məsələn:
الحركة بركة Hərəkət bərəkətdir. (Atalar sözü)
2) ايهاvə ya ايتها xitab ədatından sonra gələndə. Məsələn:
ايها الناس (ey) adamlar / (ey) camaat!
ايتها النساء (ey) qadınlar!
3) Bilavasitə يا xitab ədatından sonra gələrək tərkibi vəziyyətdə olmadıqda (tənvin-damması və ya artikli atılmaq şərti ilə) Məsələn:
يا صديق (ey) dost!
4) من حيث “cəhətdən; baxımdan; etibarilə” mənasında işlədilən tərkibdən sonra gəldikdə. Məsələn:
من حيث المبداًprinsip etibarilə
5) Müraciət, fəxri ad, mənsəb, ləqəb və s. bu kimi məfhum ifadə edərək şəxs bildirən isimdən əvvəl gəldikdə. Burada bir növ təyin kimi işlənən isim ərəb qrammatikasında تابعٌ (توابع) “əlavə” adlanır. əlavələr təyin etdikləri isimlə tam şəkildə uzlaşaraq eyni müəyyənlikdə və ya qeyri-müəyyənlikdə, eyni cins, hal və kəmiyyət olur. Məsələn:
الرفيق الوزير Yoldaş vəzir
السيد الىزير Cənab vəzir
الدكتور علي Doktor Əli
Dostları ilə paylaş: |