Giriş Son illərdə Azərbaycan Respublikasının təhsil sistemində interaktiv təlim metodlarının mənimsənilərək tədris prosesinə tətbiq olunması sahəsində müəyyən nəticələr əldə edilmişdir


Ənənəvi və interaktiv təlim metodları – üstünlüklər və çatışmazlıqlar



Yüklə 262,26 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix17.05.2023
ölçüsü262,26 Kb.
#115027
növüDərs
1   2   3   4   5   6
IsmetMammadovaGunayHasanova

Ənənəvi və interaktiv təlim metodları – üstünlüklər və çatışmazlıqlar
23
http://journal.edu.az


etdirməli, uşağın «yaxın inkişaf zonasına» yönəlməlidir, yəni təlim uşağın
özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan
bilik və bacarıqları əldə etmək kimi potensial imkanlarına tuşlanmalıdır.
Qabaqlayıcı təlim prinsipi. Təlim inkişafı qabaqlamalı və yeni nəsilləri
fəaliyyətə hazırlamalıdır. 
• Təlim-tərbiyə sisteminin çevikliyi prinsipinə əsasən ictimai mühitin, cəmiyyətin
dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris
planlarının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji
texnologiyaların seçilməsinin sistematik yenilənməsi baş verməlidir. 
Əməkdaşlıq prinsipi. «Müəllim–şagird–valideyn» qarşılıqlı münasibətləri
sistemində onların hər biri təlim prosesinin gedişində tərəf-müqabil kimi iştirak
etməlidir.
Dialoji təlim prinsipi. Məsələlərin birgə həlli gedişində özünün, qrup
üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi,
faydalanması məqsədilə hər bir şagirdin müzakirələrdə, qrupun işində iştirakı
təmin edilməlidir» (Григальчик Е., Губаревич Д. Минск, 2003).
Təcrübə və müşahidələr sübut edir ki, interaktiv təlim metodu üçün aşağıdakı
cəhətlər səciyyəvidir:
• müəllimin özünün fəallığı ilə yanaşı, şagirdlərin də yaradıcı fəaliyyətə cəlb
edilməsi;
• şagirdin aktiv fəaliyyəti prosesində ona elementar bacarıqların aşılanması;
• müəllim–şagird, şagird–şagird əməkdaşlığı;
• hərəkətli, süjetli, didaktik, rollu oyunlardan istifadə, sosial bərabərliyin və
müsbət psixoloji mühitin yaradılması;
• müəllimin təqdim etdiyi tematik materialın şagirdlərin yaradıcı təfəkkürünə
və milli düşüncə tərzinin formalaşmasına təsiri.
İnteraktiv təlim metodu dərsə hazırlıq prosesində müəllimin, dərsdə isə
şagirdlərin fəallığını tələb edir. İnteraktiv təlim həm təhsilləndirici, həm
inkişafetdirici, həm də tərbiyələndirici metod olmaqla təlimin keyfiyyətini
yüksəldir. İnteraktiv təlim metodu şagirdlərin idrak fəaliyyətinə əsaslanan və
təlim prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi
nəzərdə tutur.
İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin inkişaf səviyyələrini
B.Blum taksonomiyası ilə müəyyən etmək olar:
• Biliklərin mənimsənilməsi bacarığı şagirdin öyrənəcəyi mövzuları, konkret
faktlardan bütöv nəzəriyyələrə qədər, yadda saxlaması, ifadə edə bilməsidir. 
Dərketmə bacarığı şagirdin öyrəndiyi materialı şərh etməsi, hadisələrin
gələcək inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsidir.
• Tətbiqetmə bacarığı şagirdin öyrəndiyi materialın məzmununu konkret şərait
və vəziyyətdə tətbiq edə bilməsidir. 
P E D A Q O G İ K A
24
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2019, №4


• Analiz etmə bacarığı şagirdin öyrəndiyi materialı tərkib hissələrinə ayırmaqla
onun strukturunu müəyyən etməsidir. 
• Sintez etmə bacarığı elementləri kombinə etməklə tamın alınmasıdır.
• Qiymətləndirmə bacarığı şagirdin öyrəndiyi materialın əhəmiyyətini müəyyən
edə bilməsidir.
İnteraktiv təlim bilik, bacarıq, təcrübə və vərdişlərə yiyələnməyə, cəmiyyətin
vətəndaşları üçün zəruri sosial və intellektual təfəkkürün, müstəqil fəaliyyət,
müstəqil düşünmə bacarıqlarının inkişafına kömək edən, demokratik üsullarla
aparılan təlim prosesidir. Son tədqiqatların nəticələri göstərir ki, interaktiv təlim
metodları konstruktivizm nəzəriyyəsinə istinad edərək, təlimə İKT-nin yaxından
tətbiqi ilə effektiv nəticə verir. 
İnteraktiv təlim modeli öz qarşısına bütün iştirakçıların bir-biri ilə fəal qarşılıqlı
təsirdə əlverişli, rahat öyrənmə şəraitinin yaradılması məqsədini qoyur.
Müəllimlərin dərs prosesində məhz bu modeldən istifadə etmələri təlimə innovativ
məzmun gətirir. İnteraktiv təlimin təşkili həyati situasiyaları modelləşdirmək,
rollu oyunlardan istifadə, situasiyanın təhlili əsasında problemin birlikdə,
əməkdaşlıq şəraitində həllinin üstünlüyü ilə secilir. Aydındır ki, interaktiv dərslər
öz quruluşuna görə ənənəvi dərslərdən xeyli fərqləndiyi üçün onun təşkili
müəllimdən peşəkarlıq və yaradıcı fəallıq tələb edir. Deməli, çevik, düşündürücü
idrak fəallığını doğurmayan metodlar uşaqların marağını təmin etmir, onları
fəaliyyətə qoşmur.
Təlim prosesində işgüzar fəaliyyət mühiti, əməkdaşlıq şəraiti yaradıldığından
iştirakçıların yüksək fəallığı təmin olunur. Sxem 1-də ənənəvi və fəal təlim
arasındakı fərqlər müqayisəli şəkildə göstərilmişdir.
İnteraktiv təlimə tədrisin təşkili və idarə olunması metodlarının məcmusu kimi
baxmaq olar. Bu metodun prinsipləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
• təlimin subyekt-subyekt xarakteri daşıması;
• şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
İsmət Məmmədova, Günay Həsənova

Yüklə 262,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin