Ənənəvi təlimin başlıca nöqsanları nəzəri təmayülün üstün olması, şagirdlərin
qeyri-fəallığı, metodikaların yeknəsəqliyi, şagirdlərin dalğınlığı, həll yollarının,
əsasən, hazır şəkildə verilməsi, fərdiləşdirmə üçün şəraitin olmaması, vaxtın dəqiq
reqlamentləşdirilməsindən ibarətdir. İnteraktiv təlimin başlıca nöqsanlarına isə
vaxtın reqlamentləşdirilməsinin çətinliyini, müəllimdən dərsə hazırlıq üçün böyük
əmək və vaxt tələb olunmasını, dəqiq planlaşdırmanın mürəkkəbliyini və s. aid
etmək olar.
Təlim modelləri
passiv (ənənəvi),
aktiv və
interaktiv olmaqla üç əsas qrupa
ayrılır.
Passiv (ənənəvi) təlim və ya ekstraaktiv təlim modelinin əsas xüsusiyyəti
öyrənənlərin deyil, öyrədici mühitin fəallığının üstün olmasından ibarətdir. Bu, o
deməkdir ki, şagirdlər təlim materiallarını bir-biri ilə ünsiyyətdə olmadan, heç bir
yaradıcı fəaliyyət göstərmədən müəllimin nitqindən və dərslikdəki mətnlərdən
öyrənirlər. Ənənəvi dərs modeli uzun illər tətbiq olunsa da, dərsə verilən ən yeni
tələblər belə, onun strukturunda uşaqların fəallığını təmin edə bilməmişdir.
Aktiv və interaktiv metodlar isə, ənənəvi metodlardan fərqli olaraq, şagirdlərin
müstəqilliyini və idrak fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli,
adətən, yaradıcı xarakterli ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim
münasibətləri sistemində ünsiyyətin zəruriliyinin təmin olunması tələbi ilə
şərtləndirilir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki, şagirdlər öyrənmə
subyekti kimi yalnız özləri üçün calışır, müəllimdən başqa prosesin digər
iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola bilmirlər» (V. Slastenina. Моskva,
2004).
Yeni dövrün təlim nəzəriyyələrində XXI əsrdə insanın, bir şəxsiyyət kimi, in-
tellektual səviyyəsinin daha da aktuallaşdırılması, digər inkişaf etmiş ölkələrdə
olduğu kimi, Azərbaycanda da yeni təlim metod və texnologiyalarından, xüsusilə
interaktiv təlim metodlarından istifadəyə geniş yer verilməsi məsələləri nəzərdə
tutulur.
İnteraktiv təlimdə müəllim–şagird, şagird–şagird əməkdaşlığı əsas şərtdir. İn-
teraktiv metod isə şagirdlərin təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və
keyfiyyətlərə yiyələnməsini həyata keçirən yanaşma, vasitədir.
«İnteraktiv təlim metodunun tətbiqi zamanı istiqamətverici ideyalar kimi qəbul
edilərək, praktikada tətbiq edilməli prinsiplər isə aşağıdakılardır:
•
Şagirdə yönəlmiş təlim prinsipi. Şagird təlim prosesinin mərkəzi obyekti
kimi çıxış etməli, təlim prosesi uşağın imkan və qabiliyyətlərinə, biliyinə,
maraq və tələbatlarına yönəldilməlidir.
•
Fəal təlim prinsipi. Tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını,
təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə
imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın.
•
İnkişafetdirici təlim prinsipi. Təlim cəmiyyətin inkişaf təmayüllərini əks
İsmət Məmmədova, Günay Həsənova
Dostları ilə paylaş: