Accessories - aksesuarlar: bag - çanta, handbag - əl çantası, purse - pul kisəsi, suitcase - çemodan, belt - kəmər, umbrella - çətir, button - düymə, hat - şlyapa, fur hat - xəz papaq, scarf - şarf,silk scarf - ipək şərf, woolen scarf - yun şərf, gloves - əlcəklər, handkerchief - dəsmal, sunglasses - gün eynəyi, glasses - eynək, contact lenses - kontakt linzalar, tie - qalstuk, silk tie - ipək
62
qalstuk.
Shoes - ayaqqabılar: winter boots - qış ayaqqabısı, ladies’ boots - qadın ayaqqabısı, high - heel shoes - hündurdaban ayaqqabı, low - heel shoes - alçaqdaban ayaqqabı, flat - heel shoes - dabansız, düzdaban ayaqqabı, open - toe shoes - bumuaçıq ayaqqabı, slippers - şapşap.
Gördüyünüz kimi, həm ingilis, həm də Azərbaycan dillərində geyim leksik-semantik qrupun hipero - hipo- nimik sıralarında müəyyən oxşarlıq mövcuddur. Bununla bərabər, geyim terminologiyasının yaranmasında, daha dəqiq desək, geyim adlarının tarixən təşəkkülündə bəzi spesifik cəhətlər mövcüddur ki, onları nəzərə çatdırmaq məqsədəuyğun olardı. Belə ki, Şəhla Nağıyevanın “Quba şəhərinin məişət və mədəniyyəti (XIX-XX əsrin əvvəllərində)” namizədlik dissertasiyanın avtoreferatında (Bakı,2012) müəllif Azərbaycan geyimlərinin və parçalarının tarixinə nəzər salaraq qeyd edir:
“Libaslar zircamə, yəni alt (gecə köynəyi) və üst (tuman, üst köynək, bulusa, don, çaxçur, candonu, önlük və s.) olmaqla iki dəstəyə bölünürdü. Baş geyimləri geymə (cutqu) və örtmə olmaqla müxtəlif ölçülü və adlı büşmə (kəlayağı), şal, çərşo (çərşab), məndil (ləçək), rübənd, dingə, duvaq, çalma və s. ibarət idi. Büşmənin yaşa və zövgə görə “Gəncə”, “Basqal”, “Şəki”, “Neratı”, “Gülabzani” kimi növləri geniş yayılmışdı. Ayrı-ayrı materiallardan tikilən çərşablar müxtəlif adlarla tanınırdı: darayı, mov, girvənkə, krepdeşin və s. Ənənəvi ayaq geyimlərinə corab, şətəl, başmaq, nəleyin, səndəl,
63
qrablı (qaloş), tufli və sar daxil idi.
Qubada ənənəvi kişi alt geyimlərini “ağ” köynək - şalvar (köynək, dizlik), üst geyim kompleksini üst köynək, nifəli şalvar, don (arxalıq), çuxa, kürk, candonu, əba, döşlük, və s.; baş geyimlərini ağ yaylıq, şəbkülah, araqçın, təzək, papaq (“ləzgi”, “kazaki”, “noğayi”, “çərkəzi”, “düşbərə”, “Buxara”, “Şirazi”, “xrom”, “qu- laqlu”, “şiş”, “motal”), əmmamə və s; ayaq geyimlərini: başmaq, uzunboğaz çəkmə, (xrom və s.), çarıq (Şirazi və s.), corab, zindani - məst, dübəndi, səndəl, çuvek, qrabli və s. təşkil edirdi” ( bax:16,s.l5-16).
Avtoreferatdan gətirdiyimiz parça Azərbaycan geyim adlarının bir tərəfdən rəngarəngliyi və çoxçe- şidliyini, digər tərəfdən isə bir çox geyim adlarının arxaikləşməsini və istifadədən çıxmasını göstərir, məsələn: zircamə (alt paltarı), çaxçur, buluşa, candonu, məndil, rubənd, dingə, əba, patava, şəbkülah, zindani - məst, dübəndi, çuxa, culfa və sair geyim adları artıq müasir Azərbaycan ədəbi dilində işlənmir.
Qeyd etmək lazımdır ki, geyim və baş örtüklərinin adlarında yer və millət adlarına tez - tez təsadüf olunur, məsələn:
Kəlayağıların Gəncə, Basqal, Şəki, Nerati növləri, papağların “Buxara”, “Şirazi”, ləzgi, kazaki, noqayi, çərkəzi” və s. növləri bu fikrin sübutudur.
Maraqlı faktdır ki, ingilis dilində də geyimlərin adlandırılmasında yer adlarının müəyyən rolu var. Zənnimizcə, bu nominasiya insan təfəkkürünün adlan- dırmada konkretləşdirməyə, kateqorikliyə üstünlük ver
64
məsi ilə əlaqədardır. İndi isə bəzi misallara yer verək. İngilis dilində geyim adlarının yer adları ilə adlandırılması bu və ya digər geyim növünün istehsal yeri və yaxud güman edilən istehsal yeri ilə bağlıdır. Məsələn, müasir dövrdə Bermuda shorts, Hawaiian shirts, Fair İsle sweaters, Holland (linen) shirts, Damask shirts, polonaise (in the fashion of polish women), basque, jersey (originally Yersey frock), Balaclava, Capri pants, mantua and denim (“Serge de Nimes - after the city) bu qəbildəndir.
Bununla belə, ingilis dilində həm tarixən, həm də müasir dövrdə öz işləkliyini və aktuallığını itirməyən geyim adlarının yaranmasında mühüm bir tendensiya müşahidə olunur. Bu tendensiya tədqiq olunan rutinizmlərin əmələ gəlməsində şəxs adlarından geniş istifadə olunma halları ilə əlaqədardır. Demək olar ki, bu şəxs adlarının əksəriyyəti hərbi münasibətlərlə bağlıdır;
Dostları ilə paylaş: |