winter coat, summer dress, evening dress; qış paltosu, yay paltarı, ziyafət paltarı.
Yuxarıda verilmiş təsnifata əsasən demək olar ki, nominasiya növləri çoxdur və onların xarakteri müxtəlifdir. ingilis dilindəki geyim adları polisistemi olduqca mürəkkəbdir, motivləşmə üsulları spesifikdir. Belə bir nəticəyə gəlmək olur ki, geyim adlarının nominasiyası müxtəlif prinsiplərə əsaslanır və onları da ayrı - ayrı qruplar üzrə ümumiləşdirmək olar.
Beləliklə, müəyyən motivləşmiş əlamətlərin ümumiləşdirilməsi nominasiya prinsipinin yaranmasına gətirib çıxarır.
Bu meyardan çıxış edərək, biz Azərbaycan dilin-
78
dəki geyim adlarının aşağıdakı ikinci dərəcəli nominasiya növlərini və yaxud motivasiya prinsiplərini fərqləndiririk:
istifadə olunan materiala görə nominasiya: çit paltar, yun əlcək, xəz palto, dəri gödəkcə, ipəkyaylıq, yun jaket, kətan köynək, velvet penjək, maxer şərf.
insan bədəninin hissələrinə görə nominasiya: ayaqqabının burnu, beli kəsik paltar; qolu qısa paltar, qolu uzun paltar, qolsuz paltar, boynu açıq paltar, boynu bağlı paltar, uzunboğaz jaket.
yaş və cinsi mənsubiyyətə görə nominasiya, məsələn: uşaq paltarı, qadın paltarı, kişi geyimi, kişi köynəyi, uşaq papağı.
Sosial və milli mənsubiyyətə görə nominasiya: cərrah xalatı, ləzgi corabı, ləzgi papağı, kazaki papağı, çərkəzi papağı, dənizçi paltarı, hərbi geyim, polis geyimi və s.
geyimin istifadə dairəsinə görə nominasiya: ev paltarı, ziyafət paltarı, toy paltarı, iş paltarı, çimərlik paltarı.
ilin fəsillərinə görə nominasiya: qış paltosu, yay paltarı, qış ayaqqabısı.
geyimin bu və ya digər hissəsində yerləşən detalına görə nominasiya, məsələsi: ön kökatma (paltarda), arxa cib, ön cib, qat-qat ətək.
geyimin bir hissəsinin bütöv geyim vasitəsilə adlandırılması, məsələn: şalvar balağı, papaq bağı, balağın aşağısı, qolun ağzı, ayaqqabı bağı, paltarın ətəyi.
geyimin funksiyasına görə nominasiya: məşq
79
paltarı, balet paltarı, idman ayaqqabısı, xəstəxana xalat. geyimin formasına əsasən adlandırma, məsələn: yaxası açıq paltar, uzunboğaz qofta, yaxası bağlı paltar, düz paltar, beli kəsik paltar, klyoş ətək (gen ətək).
ölçü və kəmiyyətə görə nominasiya: əlli iki ölçüdə papaq, qırx altı ölçüdə gödəkcə, əlli ölçüdə paltar.
müəyyən əlamətlərə və keyfiyyətə görə nominasiya: saya (bir rəngli) paltar, astarlı pencək, xal-xal jaket, zolaqlı penjək, rəngbərəng paltar, bağlı ayaqqabı, açıq ayaqqabı.
peşə və sənət ilə əlaqədar olan nominasiya: həkim xalatı, cərrah xalatı, rəqqasə paltarı, gimnast paltarı, güləşçi geyimi, idmançı paltarı, dənizçi geyimi,aşpaz paltarı, polis geyimi.
səs təqlidi nəticəsində yaranmış geyim (ayaq- abı) adları, məsələn: şapşap.
iş prosesi ilə əlaqədar nominasiya. Bu adlandırma bilavasitə üç qrupa ayrılır:
prosesi bildirən nominasiya: tikmə, büzmə, naxış- vurma, toxuma, yunuəyirməvə s.
geyimlə əlaqədar insanların sənətlərini bildirən nominasiya: toxucu, dərzi (paltar tikən), çəkməçivə s.
sənət bildirən leksik vahidlər: papaqçılıq, çəkməçilik, dərzilikvə s.
yer adları ilə bağlı nominasiya: Gəncə, Basqal, Şəki, Nerati kəlayağıları, panama - papaq növü(Panama ölkəsinin adından götürülmüşdür, rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir); Bolonya plaş (vaxtılə
80
yüksək dəbdə olub).
Beləliklə, ingilis və Azərbaycan dillərindəki geyim adlarının semantik zonalara və yaxud motivləşmə prinsiplərinə əsasən kontrastiv təhlili göstərir ki, hər iki dildə geyim adlarında ümumi xüsusiyyətlər təzahür etsə də, hər iki müqayisə olunan dil həmçinin spesifik xüsusiyyətlərə malikdir. Məsələn, ingilis dilində səs təqlidi nəticəsində yaranmış geyim adı mövcud deyil, halbuki Azərbaycan dilində şapşapı səs təqlidi nəticəsində əmələ gəlmişdir. Azərbaycan dilindəki geyim adlarında əsas motivləşmə əlaməti kimi geyimin funksionallığı ön plana çəkilir. İngilis dilində, Azərbaycan dilində olduğu kimi geyimin materialı, forması və geyim tərzi böyük əhəmiyyət kəsb edir. Geyimlərin forması hər iki dildə olduqca tutumlu sistem təşkil edir.
Qeyd etmək lazımdır ki, ingilis dilində Azərbaycan dilindən fərqli olaraq geyim adlarında eponimlərin, yəni şəxsiyyət adlarının rolu olduqca böyük və əhəmiyyətlidir, məsələn: