Gülşən İslam qızı Axundova


DİL SİSTEMİNDƏ MƏİŞƏT LEKSİKASININ YERİ



Yüklə 102,26 Kb.
səhifə2/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   2   3   4   5   6   7   8   9   ...   52
2017-1862

DİL SİSTEMİNDƏ
MƏİŞƏT LEKSİKASININ YERİ



Məlumdur ki, müxtəlifsistemli dillərin leksik tərkibinin semantik təhlili dilçiliyin ən aktual prob- lemlərindəndir. Bu baxımdan Azərbaycan və ingilis dil­lərinin leksik tərkibinin sistemli təşkili, leksik tərkibin daxili əlaqələr, taksonomik qruplar üzrə təsnifatı və semantik cəhətdən kontrastiv - xarakteroloji təsviri və təhlili Azərbaycan dilçiliyi üçün olduqca əhəmiyyətlidir. Bu nov tədqiqatlar müxtəlif dillərin lüğət tərkibinin təşkilini dərk etməyə imkan verəcəkdir. Məlumdur ki, biz leksika və ən çox da məişət leksikası vasitəsilə olduqca böyük biliyə malik oluruq. Bu münasibətlə V.İ.Abayevin fikri yerinə düşərdi: “Məhz leksika həssas və vicdanlı nişanvuran kimi təsərrüfatda, məişətdə baş verən bütün dəyişiklikləri və xalqlar arasında bu və ya digər əhəmiyyətli qarşılıqlı əlaqələri və təsirləri qeydə alır. Dilin digər sahələri (fonetika, morfologiya, sintaksis) ya bu hadisələri ümumiyyətlə əks etmir, ya da onları olduqca ləng və az əks etdirirlər” (18,s.40).

Məişət leksikası xalqın həyatını, onun gündəlik qayğılarını, xalqın mədəni səviyyəsini, onun müdrikliyini əks etdirir. Məişət leksikası həmçinin xalq


3





təfəkkürünün bütün nailiyyətlərini, əcdadlarımızın təcrübəsini, müşahidələrini gələcək nəsillər üçün müha­fizə edir.

Müasir dilçiliyin ən aktual problemləri arasında müxtəlifsistemli dillərin leksik tərkibinin təsviri və tədqiqi xüsusi yer tutur. Bununla bərabər, leksikanın sinxron planda tədqiqi üçün onun sistem təşkilinin öyrənilməsi labüddür, çünki J.Vandriyes demişkən “söz bizim təfəkkürümüzdə heç bir zaman tamamilə təcrid olunmuş halda mövcud olmur, o həmişə bu və ya digər əhəmiyyətə malik olan söz qrupuna daxil olaraq müəy­yən məna kəsb edir” (51,s.78).

Ona görə də müasir dilçilikdə leksik hadisələrin, leksik kateqoriyaların tədqiqi mütləq şəkildə onların sis­temli əlaqələrinin nəzərə alınması şərtilə aparılmalıdır. Baxmayaraq ki, həm Azərbaycan, həm rus dilçiliyində və eləcə də germanistikada dillərin leksik-semantik siste­minə həsr olunmuş elmi əsərlər mövcuddur (bax: 6; 7; 37; 41; 45; 20), bununla belə, dilin leksik tərkibinin sistemli şəkildə öyrənilməsi sahəsində hələ də yetərincə çətinliklər var. Bu çətinliklər onunla əlaqədardır ki, hər bir dilin leksikası, fonetika və qrammatikadan fərqli olaraq, qapalı sistem deyil, açıq sistemdir və daim dəyiş­kənliyə məruz qalır.

Məlumdur ki, leksika saysız-hesabsız dil vahid­lərindən ibarətdir, lakin eyni zamanda dilin leksik tərki­bini təşkil edən sözlər bir-birilə əlaqədədir, çünki onların ifadə etdiyi gerçəklik də bu əlaqələrin təzahürüdür. Məhz bu dilxarici əlaqələrin nəticəsi kimi sözlər müəyyən


4



qruplara ayrılır və bu qrupları “tematik” qruplar da adlandırmaq olar (45,s.l3).

Beləliklə, bir sıra dilçilər, o cümlədən D.Şmelyov, K.Musayev (45,s.l3; 37,s.l2) konkret dillərin leksikası- nın tematik qruplara bölünməsini məqsədəuyğun sayırlar, çünki məhz bu halda tədqiqatçı dilin bütövlükdə lüğət tərkibində təzahür edən qanunauyğunluqları aşkar et­məyə imkan tapmış olur.

Dilin məişət leksikasının ayrıca tədqiqat obyekti kimi seçilməsi olduqca düzgün qərardır, çünki leksika maddi gerçəkliyin müxtəlif sahələrini əks etdirir və qrammatikaya nisbətən daha tez digər dillərin təsirinə məruz qalır və daha dinamikdir. Məişət leksikasının müxtəlifsistemli dillərdə öyrənilməsi həmçinin bu dillərin tarixi leksikologiyası baxımından da önəmlidir.

Azərbaycan və ingilis dillərinin məişət leksikasının öyrənilməsi nəinki leksik-semantik xüsusiyyətləri müəy­yənləşdirməyə, həmçinin bu leksikanın funksional spe­sifikliyini təyin etməyə imkan yaradır. Bu tədqiqat həmçinin hər iki xalqın maddi mədəniyyəti, onların tarixi keçmişi haqqında təsəvvür əldə etməyə kömək edir. Məi­şət leksikasının öyrənilməsi həmçinin dil tarixi ba­xımından da aktualdır.

Azərbaycan dilinin məişət leksikası dialekt və şivələr hesabına zənginləşir, ingilis dilinin məişət lek- sikası isə daha çox alınmalar hesabına. Bu növ tədqiqat məhz belə problemləri öyrənməyə imkan yaradır.

Eyni zamanda Azərbaycan dilinin məişət leksi- kasında mövcud olan dialekt və şivə sözlərinin bir


5





hissəsi qədim türk leksik qatına aiddir. Bu sözlərin müəyyənləşdirilməsi ümumiyyətlə türk dillərinin seman- tik inkişafının rekonstruksiyasına aid zəngin material verə bilər və bununla da tarixi-müqayisəli leksikologiya sahəsinin əsas problemlərindən birinin həllinə kömək edə bilər.

Tədqiqat işinin elmi-nəzəri əhəmiyyəti ondan iba­rətdir ki, onun nəticə və müddəaları müqayisəli-tipoloji leksikologiya və eləcə də semantik sahə (семантическое поле) nəzəriyyəsinin daha dərindən tədqiqində istifadə oluna bilər. Eyni zamanda leksik-semantik qrupların hər iki dildə təsnifatı, onların əsas xüsusiyyətlərinin müəy­yənləşdirilməsi, onların kvalifikativ və kvantiatativ ana­lizi və zənginləşməsi yollarının təyin olunması, funksi­onal səciyyəsi və sair müqayisəli leksikologiya, müqayi­səli semasiologiya baxımından da əhəmiyyət kəsb edir.

Tədqiqat işinin praktik əhəmiyyəti ondan ibarətdir ki, onun materialları və nəticələri müqayisəli tipologiya, leksikologiya, leksikoqrafiya və sair aid dərslik və dərs vəsaitlərinin yazılmasında, tədqiq olunan problemlə əla­qədar mühazirələrin hazırlanmasında, hər iki dilin leksi- koqrafik və məişət leksikasına aid lüğətlərin və sözlük­lərin tərtib olunmasında istifadə oluna bilər. Eyni za­manda tədqiqat işi tərcümənin praktik və nəzəri məsə­lələrinin həllinə, diplom və magistr işlərinin hazırlan­masına kömək edə bilər. Tədqiqat işi həmçinin sosiolinq- vistikaya aid praktik kursların keçirilməsində də istifadə oluna bilər.

Məlumdur ki, ingilis dili German sistemli dil ailə­


6





sinə, Azərbaycan dili isə türksistemli dil ailəsinə mən­subdur. İngilis dilinin lüğət tərkibi dünyada ən zəngin olanlardandır və bu da əsasən alınma sözlər hesabına reallaşır. Müasir ingilis dilinin lüğət ehtiyatını əsasən German mənşəli (qədim ingilis və skandinav) leksika və Roman mənşəli (fransız, latın, italyan, ispan) alınmalar təşkil edir. Eyni zamanda ingilis dilində yunan dilindən də alınmalar var (20,s.248-250).

İngilis dilinin məişət leksikası onun lüğət tərkibində xüsusi yer tutur, çünki bu leksika ingilis xalqının həyatının müxtəlif sahələrini əhatə edərək onun mentaliteti, tarixi haqqında maraqlı informasiyanı əks etdirir. İngilis dilinin məişət leksikası əsasən ingilis - sakson mənşəlidir, məsələn: pan - tava, kettle - çaydan; knife - bıçaq və s.

İngilis dilində əsasən ümumişlək isimlər, sifətlər və feillər Skandinav mənşəlidir. Fransız dilindən ingilis di­linə əsasən məişət polisisteminə aid dəb ilə əlaqədar sözlər və mətbəx leksik-semantik qrupuna daxil olan söz­lər, siyasət, məhkəmə işi, ədəbiyyat və incəsənətə aid leksik vahidlər keçmişdir. Bir qayda olaraq German mən­şəli sözlər daha qısa və az dərəcədə formaldır (53).

Latın mənşəli sözlər və yaxud “uzun sözlər” çox vaxt insanın savadlı olmasından xəbər verir. Hər halda ingilislər belə hesab edir. Məsələn, həmişə German mən­şəli freedom (azadlıq) və latın mənşəli liberty (azadlıq) sözləri arasında seçim olur, ingilis dili alınma sözlərin istifadəsində olduqca çevik və dinamikdir. İngilis adi danışıqda əsasən German mənşəli sözlərdən istifadə edir,


7





ciddi nitqdə və ya məktubda (məsələn ensiklopedik məqalədə) isə latın mənşəli sözlərin sayı artır. İngilis dilinin səciyyəvi xüsusiyyəti latın sözlərdən bir növ “efemizm” kimi istifadə olunmasıdır, məsələn: siyasi nitqdə to kili - öldürmək əvəzinə to neutralize
- neyt­rallaşdırmaq” işlədilir.

Müasir Azərbaycan dilinin leksikasına mənşəcə tərkibi nöqteyi-nəzərdən yanaşdıqda, çox mürəkkəb və rəngarəng mənzərəyə rast gəlirik. Burada xalis Azərbay­can sözləri, türk dillərinə aid olan müştərək sözlər, başqa dillərdən alınmış sözlər isə üçüncü yer tutur.

Azərbaycan dili türksistemli dillərdən olduğu üçün onun da leksikasında əsas yeri türk dillərinə məxsus olan sözlər tutur. Bunlar ümumtürk dillərinin müştərək ümumi fonduna daxildir. Doğrudur, türksistemli dillərə məxsus olan sözlərin bir çoxu bütün türk dillərində eyni formaya, şəklə malik deyildir. Bunların yazılışında, tələffüzündə müəyyən fərqlər var. Və bu sözlərin əksəriyyəti məişət leksikasına aiddir, məsələn: dəniz, dəmir, kəpənək, saqqal.

Müasir Azərbaycan dilinin üçüncü layını alınma sözlər təşkil edir.Bunlardan ən əsası ərəb və fars dil­lərindən alınmalardır. Ərəb və fars alınmaları Azərbaycan dilinin bütün üslublarında geniş iş lənir. Azərbaycan dilinin məişə t leksikasında da onların xüsusi yeri var, məsələn:


Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin