İngilis dilində qab-qacaq taksonomik qrupunda sinonimik münasibətlərin zənginliyi, bir çox leksik vahidlərin çoxmənalılığı, alınma sözlərin mövcudluğu, arxaik sözlərin, tarixizmlərin işlənməsi və ingilis dilinin ərazi variantlarının olması (məsələn: ingilis dilinin Britaniya variantı, ingilis dilinin Amerika variantı), dialek- tizmlər, üslubi çalarlı leksika (danışıq leksikası, kitab leksikası və s.) qab-qacaq LSQ-nun sinonimliyinin əsas mənbələrindəndir.
Amerika ingiliscəsi və Britaniya ingiliscəsinin əsas fərqi bu leksik-semantik qrupda Amerika orfoqrafiya- sının spesifikliyi (yazılışın sadələşdirilməsi) və lüğət fondunda müşahidə edilən sapmalardır. Belə ki, bəzi qab-qacaq növlərini ifadə edən sözlərin yalnız ya Amerika, ya Britaniya variantı mövcuddur, məsələn:
Pusher (Brit) - kiçik yaşlı uşaqlar üçün yeməyi qaşığa qoymaq üçün istifadə edilən alət (kəmçə);
Spider (Amer) - hörümçəyə bənzəyən dirəkli uzun qulplu tava.
Bəzən eyni söz ingilis dilinin müxtəlif ərazi variantlarında müxtəlif əşyaların nominasiyası üçün istifadə edilir, məsələn: server sözü Britaniya ingiliscəsində “kəmçə”, Amerika ingiliscəsində isə “məcməyi, sini” mənasında işlənir.