Məlumdur ki, etik və estetik normalar insanın əxlaqında, davranışında öz əksini tapır və bunlar da bilavasitə insanın hər gün işlətdiyi qab-qaçaqdan, yemək üçün istifadə olunan alətlərdən asılıdır, çünki onun zövqünü, estetik görüşlərini formalaşdırır. Bu baxımdan yemək mədəniyyəti insanın ümumi səviyyəsinin formalaşmasında da mühüm rol oynayır.
Qeyd etmək lazımdır ki, tarixi inkişaf nəticəsində hər iki xalqın istifadə etdiyi qab-qacaq, yemək alətləri böyük təkamülə məruz qalmışdır. Belə ki, əgər ibtidai insan yalnız daş alətlərdən istifadə edirdisə, sonrakı dövrlərdə (Neolit, Eneolit,Tunc,) artıq saxsı, mis və s. qab-qacaqdan istifadə olunmağa başlandı. Müasir dövrümüzdə isə qab-qacağın materialı müxtəlifdir: çini, mis, şüşə, plasmas və s.
Tədqiqatımız göstərdi ki, həm ingilis, həm də Azərbaycan dillərində fərqləndirilmiş qab-qacaq taksonomik leksik-semantik qrupu paradiqmatik tipli strukturdur. Bu leksik-semantik qrupu təşkil edən isimlər hər iki dildə ən yüksək işləkliyə malik isimlərdir, məsələn: knife - bıçaq, fork - cəngəl, cup - fincan, plate - boşqab.
Tədqiq olunan leksik-semantik qrupun leksik vahidləri həm əsas, həm də ikinci dərəcəli nominasiya vasitəsilə əmələ gəlmişdir.
Əsas nominasiyaya deyəndə biz kök sözləri nəzərdə tuturuq, ikinci dərəcəli nominasiyaya isə düzəltmə və
16
mürəkkəb sözləri aid edirik. Frazeologizmlər də ikinci dərəcəli nominasiyaya aiddir, məsələn:
Əsas nominasiya: plate - boşqab, pan - tava, spoon - qaşıq.
İkinci dərəcəli nominasiya - baby cup - uşaq üçün fincan; hotplate - qapaqlı boşqab və s.
Tədqiqatın bu hissəsində biz leksik məna məfhumuna münasibətimizi bildirmək istərdik. Xarici se- masiologiyada məna bir qayda olaraq K.Oqden və L.Osqudun üçbucağı vasitəsilə açıqlanır:
simvol
məfhum
referent
Bu üçbucağın sol tərəfində əks olunan münasibət leksik məna hesab olunur və bu fikir əksər dilçilər tərəfindən dəstəklənir (49,s.ll; 50,s.72; 48,s.22; 44,s.70).
Bu sxematik göstəricini nəzərə alaraq ingilis və Azərbaycan dillərində məişət leksikanı, yaxud rutinizm- ləri (rutinizmlər haqqında bax: Егорова К.C. Лингвистические особенности бытовой лексики аутентичных англоязычных путеводителей по России, АКД, Санкт- Петербург, 2013,s.4) belə təsvir edirik:
17
məfhum
simvol
funksiya
forma
Burada üçbucağın bütün tərəfləri qab-qacaq leksik- semantik qrupuna daxil olan sözləri səciyyələndirir, ingilis dilində qab-qacaq - ware leksik-semantic qrupu mərkəz vəziyyəti tutur və buraya üç həcmcə müxtəlif arxisemlər daxildir:
Ware-^aca,
Cı^tlery - süfrə alətləri
R^ceptacles - qablar
Cooking utensils - xörək bişirmək üçün avadanlıq (ləvazimat).
İngilis dilində qab-qacaq leksik-semantik qrupu müxtəlif inteqral və differensial semaları əks etdirir; ümumi semantik məna leksik paradiqmanın üzvlərini birləşdirir, differensial əlamət isə bu komponentləri bir- birindən ayırır. Beləliklə, tədqiq olunan LSQ tərkibində aşağıdakı paradiqmalar fərqləndirilir ki, bunlara ümumi əlamət xasdır və onun əsasında sözlər yarımqruplara
Tədqiq olunan leksik-semantik qrupda leksik vahidlər arasında münasibət iyerarxiya və paradiqma əsasında qurulur. Bir-birinə tabelilik münasibətində olan sözlərin toplusu hipero-hiponimik sıralar yaradır. İngilis dilində qab-qacaq leksik-semantik qrupunun nominasiyası hipero-hiponimik sıraların çoxsəviyyəliliyi ilə seçilir. Məsələn, hipero-hiponimik münasibətlər sisstemində ware (qab-qacaq) - receptacles (qablar) receptacles hiponimi digər səviyyədə receptacles - drinking vessels artıq hipero- nim olur. Beləliklə, keçmiş hiponim öz növbəsində sonrakı pillədə hiperonim olur.
Qab-qacaqLSQ-u çoxpilləli hipero - hiponimik münasibətlər sistemində belə əks etdirmək olar: Hipero-hiponimik sıra Ware
Receptacles Drinking vessels Glass Wine glass
Red wine glass; white wine glass.
İnglis dilində qab-qacaq leksik-semantik qrupunun reallaşmasında hipero - hiponimik münasibətlərin rolu olduqca böyükdür və bu hissədə biz Y.V.Ivanovanın «Структурно-семантические и лингвокультурные характеристики англоязычной бытовой лексики (на материале лексико-семантической группы «посуда».
19
(АКД,Самара,201 l,s.8-10) əsərinə müraciət etmişik.
Azərbaycan dilində isə qab-qacaq leksik-semantik qrupu həmçinin hipero - hiponimik münasibətlər vasitəsilə reallaşır və bu münasibətləri aşağıdakı kimi əks etdirmək olar:
Hipero - hiponimik sıra
Qab-qacaq
1
Müəyyən tutumlu qablar (boşqablar, qədəhlər)
1
Xörək bişirmək üçün qablar (qazanlar,tavalar, və s.)
1
Süfrə alətləri (bıçaqlar, çəngəllər və s.)
Xörək bişirmək üçün avadanlıq (soba, qaz sobası və s. təndir, kürə).
Burada bir məqamı qeyd etmək lazımdır. Yuxarıda göstərildiyi kimi, qab-qacaq leksik-semantik qrupu öz funksionallığı ilə hər iki dildə seçilir. Bu ümumi cəhətdir. Lakin Azərbaycan xalqının və ingilis xalqının spesifik məişət formalarından asılı olaraq, bəzi spesifik qab formaları mövcuddur, məsələn: Azərbaycan dilindəki aş qazanı, həvəngdəstə, kürə (çörək bişirilən yer), dağar (dəridən düzəldilmiş qab), piti qabı, çölmək (ət xörəyi bişirmək üçün istifadə edilən saxsı qab), badya (mis qab) və sair sözlər ingilis dilində mövcud deyil.
Bununla bərabər, ingilis dilində mövcud olan aşağıdakı spesifik leksik vahidlər Azərbaycan dilində yoxdur: spider (Amer) - uzun qulplu ayaqları olan tava
20
(oxşatma nəticəsində “hörümçək” sözündən əmələ gəlmişdir);
bellarmin - spirtli içkilər üçün səhəng, bardaq (bu bardaq kardinal Robert Bellarminin şərəfinə belə adlandırılmışdır (1542-1621) və s. (27,s.9). Bu qəbildən olan sözlər hər iki dildə müəyyən yer tutur, lakin biz onların bəzilərini qeyd edirik.
İngilis dilində tədqiq olunan leksik-semantik qrupun leksik vahidləri arasında müşahidə edilən digər Semantik əlaqə-sinonimlik əlaqəsidir. Tədqiq olunan lek- sikada aşağıdakı sinonimlik əlaqələri müəyyən edilmişdir: