dəftər, qələm, zərf, kitab, sandıq, mütəkkə, təsbeh, zəfəran, məcməyi, qədəh, müşəmbə, zümrüd, yaqut, vəsmə, kətan - ərəb dilindən alınmalar;
zər, mücrü, səbət, ayna, həsir, çarpayı, ləyən,
8
nəlbəki, piyalə, kəfgir, kasa, çəngəl, darçın, mirvari, firuzə, gümüş, kəhrəba, sədəf, paltar, zərbafta - fars dilindən alınmalardır (40,s.6-8).
Azərbaycan dilinə dilxarici faktorlarla bağlı elmin, ticarətin, mədəniyyətin inkişafı ilə əlaqədar rus dilindən və digər Avropa dillərindən də alınma sözlər keçmişdir. Məsələn: rus dilindən birbaşa Azərbaycan dilinə aşağıdakı məişətlə bağlı sözlər keçmişdir: vedro, çamadan, çətkə, podnos, samovar, qaloş, qofta, lent və s.
Eyni zamanda, rus dili vasitəsilə dilimizə məişətlə bağlı aşağıdakı Avropa mənşəli sözlər daxil olmuşdur, məsələn: pudra, krem, tomat, metr, fənər, atlas, qlobus (latın və yunan mənşəli); tranzistor, seyf və s. (ingilis dili mənşəli)və s.
Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan dilinin məişət leksikası dialekt və şivələr hesabına da zənginləşir, məsələn: qiymə, yuxa, fətir, yaşmaq, tərlik, şapşapı, dağar, çölmək, badya və s. məişətlə bağlı sözlər əbədi dilimizə dialekt və şivələrdən daxil olmuşdur (29,s. 6-8).
Yuxarıda qeyd olunduğu kimi, məişət leksikası həm ingilis, həm də Azərbaycan dilinin lüğət tərkibində olduqca önəmli yer tutur, çünki onda bir çox əşya və hadisələr öz ümumiləşmiş inikasını tapır. Məişət leksi- kasının öyrənilməsi nəinki dil tarixçiləri, semasioloqlar, leksikoqraflar üçün, həmçinin tarixçilər, etnoqraflar, psixoloqlar üçün böyük əhəmiyyət kəsb edir.
Son dövrdə dilçilikdə taksonomiya (təsnifat) sahəsində işlərə böyük maraq göstərilir. Taksonomiya taxis - qədim yunan sözü olaraq - “quruluş, səliqə və nomos -
9
“qanun” sözlərindən ibarət olub, “təsnifat və sistemləşdirmə prinsipi haqqında təlim” deməkdir. Müasir elmə bu söz və bu məfhum İsveç botaniki Ogüsten Dekandol tərəfindən gətirilmişdir (1778-1841). Sonra bu termin mürəkkəb sistemlərin təsnifatında, yarımsistemlərə bölünməsində bir çox sahələrdə, o cümlədən dilçilik, coğrafiya, geologiya, arxeologiya və s. istifadə olunmağa başlamışdır (54).
Tədqiqatımızda taksonomiyaya müraciət etməyimiz onunla əlaqədardır ki, həm ingilis, həm də Azərbaycan dilinin məişət leksikası mürəkkəb polisistemdir, bir çox sahələri əhatə edir və onun hərtərəfli leksik - semantik tədqiqi yalnız onun tematik qruplara bölünməsi nəticəsində uğurlu ola bilər. Bu münasibətlə K.M.Musayev qeyd edir: “Konkret dilin leksikasının öyrənilməsi üçün ən doğru üsul onun tematik qruplara bölünməsidir” (37,s.l2).
Rus dilçiliyində leksikanın taksonomik təsnifatına və yaxud sistemləşdirilməsinə böyük diqqət yetirilir. Leksikanın leksik-semantik qruplar üzrə ayrılması ənənəsi XIX əsrə aiddir. Taksonomik təlimin əsas müddəaları M.M.Pokrovski və N.V.Kruşevskinin adları ilə bağlıdır. Belə ki, M.M.Pokrovski öz tədqiqatlarında ayrıca sözlərin deyil, söz qruplarının təhlilinə xüsusi diqqət yetirirdi. Bu müəllif qeyd edirdi: “Sözlər və mənalar bir - birindən ayrılıqda həyat yaşamırlar, bizim şüurumuzdan asılı olmayaraq onlar qruplar daxilində birləşirlər və bu birləşmənin əsasını həm oxşarlıq, həm də tam əkslik təşkil edə bilər” (39,s.82).
10
M.M.Pokrovski hesab edirdi ki, “hər bir dildə, dialektdə və yaxud şivədə onun inkişafının müəyyən mərhələsində yalnız bu dilə xas olan sözlərin semantik qrupu mövcud olur və onun spesifikliyi yalnız müqayisə nəticəsində müəyyən olur” (39,s.82).
Leksik-semantik qruplar haqqında təlim V.Vino- qradov, F.P.Filin, A.Ufımtseva, D.N.Şmelyovun tədqiqatlarında inkişaf etdirilmişdir.
Leksikanın qruplar üzrə öyrənilməsinin zəruriliyi V.V.Vinoqradovun tədqiqatlarında müntəzəm olaraq vurğulanır.
Qeyd etmək lazımdır ki, sözlərin leksik-semantik və yaxud taksonomik təsnifatı sahəsində ən uğurlu addımlardan birini F.P.Filin etmişdir. Belə ki, o haqlı olaraq yazır ki, “sözlərin leksik-semantik qrupları deyəndə biz tarixi inkişaf nəticəsində bu və ya digər dildə yaranmış dil vahidlərini nəzərdə tuturuq. Eyni leksik- semantik qrupa daxil olan sözlər özünəməxsus mənalara malik olub eyni zamanda bir-birilə sıx əlaqədə olur. Bu mənalara sinonimlik, antonimlik, müxtəlif dəqiqləşmələr, fərqləndirilmə və yaxud yaxın mənaların ümumiləşdirilməsi də daxildir (43,s.525).
F.P.Filin qədim rus dilinin məişət leksikasım tədqiq edərkən ilk alimlərdən idi ki, leksik-semantik qrup anlayışını dilçilik elminə gətirdi. Belə ki, o qeyd edir: “Müxtəlif məna çalarlı yaxın (o cümlədən qarşılaş- dirilmiş məna - antonimlər) və identik məna daşıyan, lakin fərqli məna çalarlı (sinonimlər) sözlərin toplusunu leksik-semantik qrup adlandırmaq olar” (42,s.225).
11
“Очерки по теории языкознания” əsərində F.P.Filin “leksik-semantik” və “semantik” qruplar anlayışını təhlil edir, lakin onlar arasında dəqiq fərq qoymur. O iddia edir ki, tematik qruplarda hər şey ondan asılıdır ki, sözlərin hansı əlaməti əsas götürülür; eyni tematik qrupların daxilində daha kiçik, lakin bir-birilə sıx əlaqədə olan sözlərin leksik-semantik qrupları mövcud ola bilər (yenə orada).
F.P.Filin dildə leksik-semantik və tematik qruplar üzrə sözlərin istifadəsini təhlil edərkən bunların arasında olan ümumi (oxşar) və fərqli cəhətləri müəyyən edir: ümumi cəhət ondadır ki, bu qruplara daxil olan sözlərin mənası obyektiv gerçəkliyin dərk olunmasını əks etdirir. Fərqli cəhət isə ondadır ki, sözlərin leksik-semantik qrupları dilin leksik semantikasının inkişafının nəticəsidir, onun qanunları və qanunauyğunluqlarının məhsuludur. Tematik qrupların tərkibi isə yalnız bu və ya digər xalqın bilik və təcrübə səviyyəsindən, gerçəkliyi fərqləndirmək və lüğəvi vahidlərlə əks etdirmək qabiliyyətindən asılıdır. Bu əsərdə alim sözlərin leksik - semantik qruplarının əsas əlamətlərin fərqləndirir və qeyd edir ki, bu qruplara aşağıdakı xüsusiyyətlər məxsusdur:
cins - növ münasibətləri;
sözlərin sinonimik və antonimik semantik əlaqələri;
əsas və onunla əlaqədar olan törəmə (производные) sözlər.
mantik qrupun ümumi semantik ideyası ifadə oluna bilməz, törəmə sözlər olmadan isə bu qruplar bəsit olardı. F.P.Filinin təsnifatında əsas meyar sözlər arasında əlaqədir (42,s.232). Lakin qeyd olunmalıdır ki, əgər tematik qruplarda bu əlaqələrin yalnız zahiri əlamətləri əsas götürülürsə, leksik-semantik qruplar isə dilin daxili spesifik hadisəsi olaraq onun tarixi inkişafı ilə əlaqədardır.
Beləliklə, demək olar ki, V.V.Vinoqradov, F.P.Filin və D.N.Smelyov leksikanın taksonomik (lek- siksemantik) interpretasiyasının əsasını qoymuşlar. Azərbaycan dilçiliyində də bu sahədə müəyyən işlər görülüb, Azərbaycan dilinin ayrı-ayrı leksik-semantik qruplarına həsr olunmuş tədqiqat əsərləri hazırlanmışdır. Lakin Azərbaycan dilinin məişət leksikasına aid tədqiqat əsərləri kifayət qədər deyil. Bunlardan yalnız A.Rzainin “Заимствованная бытовая лексика в азербайджанском языке” (1990). M. Zeynal ovun “Бытовая лексика в диалектах и говорах азербайджанского языка на территории Нахичеванской АССР” (AKD,1982) qeyd etmək olar.
Doğrudur, Azərbaycan dilçiliyində məişət leksika- sının bir sahəsi olan xörək adlarına həsr olunmuş Məmmədova Svetlana Nəsib qızının “Azərbaycan dilində xörək adları” adlı dissertasiyası da mövcuddur (1999). Lakin təəssüflə qeyd olunmalıdır ki, hələ indiyə qədər Azərbaycan dilçiliyində məişət leksikası kompleks şəkildə taksonomik təsnifata və təhlilə məruz qalmamış və bu problem olaraq qalır. Eyni zamanda məişət
13
leksikasının müxtəlifsistemli Azərbaycan
dillərində tədqiqi bir sıra spesifik dil
aşkarlanmasına gətirib çıxaracaqdır ki, bu
önəmlidir.