Flatware ismi Britaniya ingiliscəsində “xırda dayaz qab” mənasında (boşqablar, nimçələr), Amerika ingiliscəsində isə - süfrə alətləri (bıçaqlar, çəngəllər, qaşıqlar) mənasında işlənir.
Bununla belə, elə sözlər var ki, onların ərazi variantında leksik mənası qismən dəyişikliyə uğramış, sözün mənası genişlənmiş, onun əlavə - ikinci dərəcəli mənası əsas, ümumi mənası əsasında inkişaf etmişdir, məsələn: pot sözü Böyük Britaniyada “qazan” mənasında işlənir, Amerikada isə onun mənası böyük fincan (çay və ya kofe üçün) deməkdir. Jar sözünün ingilis ədəbi dilində mənası səhəng, bardaq deməkdir. Böyük Bri-taniyada isə bu sözün əlavə “pivə krujkası” mənası var.
Tədqiq olunan leksikaya həmçinin tarixi ameri- kanizmlər daxildir. Bu elə leksik vahidlərdir ki, onlar Böyük Britaniyada işləkliyini itirmiş, lakin ABŞ-da köhnəlmiş söz hesab edilmirlər və bu vəziyyət tarixi faktlarla, Amerikanın britaniyalılar tərəfindən işğalı ilə bağlıdır, məsələn: vedrə sözü müasir ingilis ədəbi dilində bucket sözü ilə ifadə edilirsə, Amerika ingiliscəsində isə pail sözü mühafizə edilib və işlənir, lakin Britaniya lüğətində bu söz old - fashioned - köhnəlmiş söz kimi verilir (27,s.l0).
Bununla belə, qeyd olunmalıdır ki, müasir dövrdə ingilis dilinin ərazi variantları arasında fərqlər tədricən aradan qaldırılır. Əvvəllər milli çalarlı leksik vahidlər indi artıq sinonim kimi işlənir; həm Amerika, həm də Britaniya lüğətlərində qeyd olunur və həm amerikalılar, həm də britaniyalılar tərəfindən nitqdə işlənir. Bu isə
23
qab-qacaq taksonomik qrupunun işlənmə tezliyini, zənginliyini təmin edir. Təsadüfi deyildir ki, ingilis dilinin bir çox frazeoloji ifadələrinin, paremioloji vahidlərinin əsasını məişətlə bağlı sözlər, qab-qacaqla bağlı sözlər təşkil edir, məsələn: