Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə11/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
2017-1862

Çölmək II cölməx (Lənkəran, Ordubad, Culfa) - xörək bişirmək üçün saxsı qab. Bu növ qab (qazan) Naxçıvan Respublikası və Lənkəran zonasında geniş izlənir. Məsələn:

Çölmədə ət bişirillər (Culfa);

Nənəm çölməydə xörəy bişirmişdi;

Çölməy düşdi yerə tikə-tikə oldi (Lənkəran);

Çölməxdə biz qərtop bişirərıx(Ordubad) (l,s.450).

Bu söz qədim türk dilinin yazılı abidələrində “cülmək” formasında həmin mənada işlənir (33,s.221; 29,s.l3).

Badya // badyə. Bu söz badyə formasında Bakı və Şamaxı dialekt və şivələrində, badya formasında Şuşa, Gəncə, Qazax dialekt və şivələrində, bayda formasında isə Şuşa və Tovuz dialekt və şivələrində işlənir. Onun mənası “süd sağılan ağzı gen mis qab” deməkdir, məsələn:

Ağız, nə qədə qəleyçi bırdadu, gəl bagyəni verək,


26



ağartsun (Bakı);

Ma bir bayda qatıx ver (Şuşa) (l,s.51).

Bu leksik vahid yuxarıda qeyd olunan mənada “Kitabi Dədə Qorqud” dastanlarında (12,s.l62) və şifahi xalq ədəbiyyatı nümunələrində işlənmişdir (Bayatılar. Bakı, 1960,s.93; 29,s.l3).

Çalxar - dəridən düzəldilmiş nehrə. Bu söz çalxar formasında Laçın və Naxçıvan dialekt və şivələrində, çalxor formasında Qubadlı dialektində işlənir, məsələn: Çalxari təmiz saxla (Laçın); Çalxarda bir az yağ var (Naxçıvan); Keçi dərisinnən yaxşı çalxor olur (Qubadlı) (l,s. 434).


Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin