FdSdli - Слоеная лепешка круглой формы, приготовленная на масле;
Fisincan - Баранина или курица, обжаренная в масле с молотым грецким орехом, очищенным гранатом, пассированным луком (2,s.62).
Azərbaycan dilinin yemək adları mənşəyinə görə rəngarəngdir və aşağıdakı qruplara bölünür:
Ümumtürk və yaxud türk mənşəli yemək adları: qovurma, bozartma, basdırma, şorba, dolma, əzmə və s.
Qafqaz dillərinə məxsus yemək adları: xaçapuri, sasivi;
Rus və Ukrayna dillərinə məxsus yemək adları: kvas, borş, kotlet, piroq, brınza (pendir növü), bublik.
Avropa dillərinə məxsus yemək adları: bifşteks, hamburger, vineqret, salat və s.
5.iran dillərinə və ərəb dilinə məxsus yemək adları: piti, peşvəng, küsvərə, sırdağ, müsəmma, ziren, ləvəngi, pətə, mütəncəm, küftə, dovğa, düşbərə, kabab, xəşil.
Azərbaycan mətbəxindən fərqli olaraq, Böyük Britaniya mətbəxi o qədər də zəngin deyil. Britaniya mətbəxi əsasən o qədər də ləziz olmayan mətbəx sayılır, lakin xörək hazırlayanda britaniyalılar ərzaq məhsullarının keyfiyyətinə böyük diqqət yetirirlər. Britaniya kulinariyasında istifadə edilən souslar və ədviyyatlar xörəklərin dadını dəyişdirməyə deyil, onların təbii dadını çatdırmağa xidmət edir və olduqca sadədirlər. Böyük Britaniya müstəmləkə ölkə kimi inkişaf edəndə onun
47
mətbəxi bir sıra xarici dövlətlərin və birinci növbədə Hindistan mətbəxinin təsirinə məruz qalmışdır. Məsələn: ingilis-hind mənşəli toyuqdan bişirilmiş tikka masala müasir dövrdə Britaniyanın milli xörəyi hesab olunur (52, 55).
Britaniya mətbəxi “təxəyyülü olmayan və ağır xörəklərə malik” mətbəx sayılır. Ənənəvi Britaniya yeməkləri balıq, çipslər və əzmə kartof və ətdən bişirilən qızartma (zapekanka) sayılır.
ingilis dilinin ksenonimləri və yaxud yemək adları mənşəyinə görə aşağıdakı qruplara bölünür.
Xalis ingilis mənşəli yemək adları: chips, beef- steak, fried eggs, omelette, entrecote və s.
Fransız mənşəli yemək, içki və şirə adları: cara- mel, meringue (piroq), champagne və s.
Rus və Ukrayna mənşəli yemək və içki adları: kvas, vodka, kaşha, ryazhenka, kalatch, gol(o)ubets, pel- meni, borşh, rassolnik, nalivka, nastoyka.
Ərəb-fars və türk mənşəli yemək adları: pilaw, sherbet, yoghurt, kefir, sumach, turkish delight.
Alman mənşəli yemək adları: snitsel, brank- furter.
İtalyan mənşəli yemək adları: pizza, macaroni, spagetti.
Gürcü mənşəli yemək adları: khachapuri, satsivi və s.(52).
Azərbaycan və ingilis dillərində ksenonimlərin se- mantik əlamətlərə görə kontrastiv təhlili göstərir ki, hər iki dildə yemək adları hipero-hiponimik münasibətlər
48
müstəvisində reallaşır və bu münasibətləri aşağıdakı taksonomik sıra şəklində əks etmək olar: